Axtarışın nəticələri

İnstitut əməkdaşları üçün təlim keçirilmişdir

28 dekabr tarixində Hüquq və İnsan Haqları İnstitutunda professor Kamran Behbudov “Kontrakt qanunvericiliyinin post-sovet məkanında inkişafı və Avropa İttifaqının (Aİ) müqavilələrini yeniləşdirmək prinsipləri” mövzusunda təlim keçmişdir. İnstitut əməkdaşları üçün təşkil olunmuş təlimdə K.Behbudov müqavilə hüququnun anlayışları, tarixi, mahiyyəti, həmçinin keçən əsrlərdə Azərbaycanda bağlanan ticarət razılaşmaları və müqavilələri haqqında geniş məlumat vermişdir.

Ətraflı

Əməkdaşımızın fikirləri Rusiya saytında dərc edilib

Laçın dəhlizində baş verən son hadisələrdən bəhs edən “Почему Армении не нравятся российские миротворцы” (“Rusiya sülhməramlıları nə üçün Ermənistanın xoşuna gəlmir”) adlı məqalə Rusiyanın “Взгляд. Деловая газета” saytında yerləşdirilmişdir. Məqalədə göstərilir ki, Ermənistan lideri N.Paşinyan Rusiyanı günahlandıraraq, Qarabağda yerləşdirilmiş sülhməramlıların öz öhdəliklərini yerinə yetirmədiyini bildirmişdir. Onun sözlərinə görə, Laçın dəhlizinin nəzarət altında saxlanılması öhdəliyi yerinə yetirilmir, guya Azərbaycan Laçın dəhlizini qanunsuz blokadaya almışdır... Lakin Moskva bu ittihamları qəbul etməmişdir.

Ətraflı

İnstitutumuzun rəhbəri USAID Özəl Sektorun İnkişafı layihəsinin təmsilçiləri ilə görüşüb

27 dekabr 2022-ci il tarixində Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə USAID Özəl Sektorun İnkişafı layihəsinin nümayəndələri Şəlalə Kamilova və Rəşid Məmmədovla görüşmüşdür. Qeyd olunmuşdur ki, ABŞ İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşən PSA layihəsi (Özəl Sektorun İnkişafı layihəsi) Azərbaycanda qadın sahibkarlar arasında araşdırma aparmış və bu sahədə mövcud olan çətinliklərin aradan qaldırılmasına dair bir sıra tövsiyələri özündə ehtiva edən Qadınların Milli Biznes Gündəliyini hazırlayıb dövlət və özəl sektoru təmsil edən qurumlara təqdim etmişdir. Tövsiyələrin bir qisminin qanunvericiliyə aid olduğunu nəzərə alaraq, tərəflər bu təkliflərin yanvar ayında İnstitutda müzakirə edilməsi barədə razılığa gəlmişlər.

Ətraflı

İnstitutun rəhbəri Polis Akademiyasında təşkil olunmuş konfransda iştirak edib

27 dekabr 2022-ci il tarixində Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Polis Akademiyası tərəfindən təşkil edilmiş “Müasir dövrdə insan hüquqlarının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir. Tədbir Ümumdünya insan hüquqları Bəyannaməsinin 74 illiyinə həsr olunmuşdur. Tədbirdə müxtəlif dövlət qurumlarının, o cümlədən Ombudsman, Konstitusiya Məhkəməsi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Baş Prokurorluğun və s. nümayəndələri iştirak etmişlər. Eyni zamanda tədbirə onlayn şəkildə müxtəlif ölkələrdən olan alimlər, habelə və Akademiyanın müəllim və tələbələri də qoşulmuşlar.

Ətraflı

İnstitutda Mülki Məcəlləyə dair bəzi təkliflər müzakirə edilmişdir

26 dekabr 2022-ci il tarixində institutumuzun əməkdaşı Günay Əliyevanın hazırladığı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü fəslinə (“Qeyri-kommersiya təşkilatları”) dair təkliflər dinlənilib. Müzakirədə institutun rəhbəri Məhəmməd Quluzadə, əməkdaşlar Fərid Ələkbərov və İsmayıl Musayev iştirak etmiş və təklif edilən tövsiyyələrə dair öz fikirlərini bildirmişlər. Gələcəkdə əməkdaşlar arasında bu cür təkliflərinin hazırlanıb müzakirəyə çıxarılması gözlənilir.

Ətraflı

Əməkdaşımızın “Azərbaycan” qəzetində məqaləsi dərc olunub

İnstitutumuzun əməkdaşı Vüsalə Muradxanlının “Azərbaycan” qəzetinin 22 dekabr 2022-ci il tarixli buraxılışında “Ermənistan beynəlxalq hüququn prinsiplərini pozduğunu bildiyi halda xislətindən əl çəkmir” adlı məqaləsi dərc edilmişdir. Məqalədə qeyd olunur ki, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan qonşu ölkələrlə, o cümlədən Ermənistanla münasibətlərinin beynəlxalq hüququn prinsipləri əsasında qurulmasının və tənzimlənməsinin tərəfdarı olduğunu nümayiş etdirir. Buna baxmayaraq, Azərbaycan Ermənistanın təcavüzü məsələsinə beynəlxalq hüququn prinsipləri çərçivəsində baxılmasını tələb etdiyi halda, Ermənistan tərəfi "xalqların öz müqəddəratını təyinetmə" prinsipinə istinad edərək təcavüzkar müharibənin səbəblərini və nəticələrini öz üzərindən atmağa çalışır.

Ətraflı

Əməkdaşlarımız təlimdə iştirak etmişlər

19-20 dekabr tarixlərində institumuzun əməkdaşları Nərmin Həsənova, Vüsalə Muradxanlı, Zamiq Aslanov, Əmrah Rəhimli və Araz Abdullasoy BMT-nin İnkişaf Proqramının qanunun aliliyi və insan hüquqları layihəsi əsasında təşkil edilmiş “Süni intellekt və inkişaf edən texnologiyalar dövründə məlumatların mühafizəsində çətinliklər” mövzusunda keçirilmiş təlimdə iştirak etmişlər. Təlimin moderatoru Tural Əhməd və təlimçi Virciniya De Nobreqa mövzu ilə əlaqədar slaydlar təqdim etmiş və interaktiv üsulda təlimi təşkil etmişlər.

Ətraflı

Alimimiz STEM beyin mərkəzinin forumunda moderator kimi çıxış edib

Dekabrın 19-da STEM Analitik Mərkəzi (Siyasət,Tarix və Etnoqrafiya Mərkəzi) və AMEA-nın Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsinə həsr olunmuş “Qafqazda təhlükəsizlik və çağırışlar” mövzusunda gənc alimlərin respublika forumu keçirilib. Forumda birinci panelin moderatoru əməkdaşımız Rizvan Hüseynov olub. Tədbir çərçivəsində azərbaycanlı gənc alimlər tərəfindən Qafqazın inkişaf perspektivləri, regionda gələcək əməkdaşlıq formatının hansı istiqamətlərdə aparılması, hansı təhlükəsizlik problemlərinin xüsusi maraq doğurması, müasir dövrün çağırışları və bu kimi digər məsələlər müzakirə olunub.

Ətraflı

Əməkdaşımız BDU-nun Hüquq fakültəsinin təşkil etdiyi debatda iştirak edib

19 dekabr tarixində İnstitumuzun əməkdaşı İsaməddin Xamoyev Bakı Dövlət Universitetində təşkil edilmiş “Səhnələşdirilmiş parlament debatı” adlı simulyasiya tədbirində iştirak etmişdir. Bakı Dövlət Universitetinin SABAH Qruplarının və Hüquq fakültəsinin tələbələrinin birgə iştirakı ilə keçirilmiş tədbirdə “Sosial təhlükəsizlik haqqında” Qanun layihəsi müzakirə edilmişdir. Tədbir tələbələrin parlament debatı aparmaq mədəniyyətinin, hüquq düşüncəsi və hüquq mədəniyyətinin, normativ hüquqi aktlara müstəqil münasibət bildirmək, mühakimə irəli sürmək və təhlillər aparmaq bacarıqlarının formalaşdırılması, həmçinin, natiqlik bacarıqlarının inkişaf etdirilməsi və tələbələrin normayaradıcılıq prosesinə fəal surətdə cəlb edilməsi məqsədilə təşkil olunmuşdur.

Ətraflı

İnstitutda BMT nümayəndələri ilə görüş keçirilib

16 dekabr 2022-ci il tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (“Mərkəz”) və Hüquq və İnsan Haqları İnstitutunun (“İnstitut”) rəhbərləri Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının əməkdaşları Vladimir Şkolnikov və Kamran Bağırov ilə görüş keçirmişdir.

Ətraflı