Əməkdaşımız sammitdə iştirak edib
Noyabrın 18-də İnstitutumuzun əməkdaşı İdris Zakirov “Rəqəmsal diplomatiya və dövlət idarəçiliyi” mövzusunda sammitə Zoom platforması üzərindən qatılmaqla onlayn iştirak edib. Sammitin açılışında İsveçrə Konfederasiyasının Prezidenti İgnazio Cassis, Malta Respublikasının Baş naziri Roberto Abela, BMT Baş katibinin texnologiya üzrə elçisi Amandeep Singh Gill və başqaları çıxış ediblər. Eyni zamanda, Microsoftun prezidenti cənab Brad Smithin sammit iştirakçılarına ünvanladığı video-müraciət də nümayiş etdirilib.
Ətraflı









