Axtarışın nəticələri

İnstitutun həmkarlar təşkilatının sədri kadr və fəalların ixtisasartırma kurslarında iştirak edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə 22-26 aprel tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Orqanayzinq:həmkarlar ittifaqı təşkilatının yaradılması, qurulması və möhkəmləndirilməsində yeni yanaşmalar və texnologiyalar” mövzusunda kurslar keçirilmişdir. Kurslarda 24 müxtəlif dövlət, komitə və təşkilatlardan, eləcə də AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu və Elm və Tarix Muzeyini təmsil edən həmkarlar təşkilatı sədr və təşkilati işlər üzrə komissiya sədrləri iştirak ediblər.

Ətraflı

ELAN Jurnalistlərin nəzərinə!

03 may 2019-cu il tarixdə, saat 10:00-da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, AMEA Hüquq və İnsan Haqları İnstitutu və “Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası”nın birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Hüquq elminin müasir problemləri: Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin yeni tendensiyaları” mövzusunda Respublika Elmi Nəzəri Konfrans keçiriləcək.

Ətraflı

Zamiq Aslanov: “Sağlamlığın qorunması hüququ insan və vətəndaşların əsas konstitusion hüquqlarından biri kimi” (monoqrafiya)

Bu monoqrafiya insan və vətəndaşların əsas konstitusion hüquqlarından biri kimi sağlamlığın qorunması hüququnun təhlilinə həsr olunmuşdur. Müəllif bu monoqrafiyada sağlamlığın və onun qorunmasının anlayışını, sağlamlığın qorunmasının əsas prinsiplərini, sağlamlığın qorunması hüququnun yaranması və inkişaf tarixini, sağlamlığın qorunması hüququnun hüquqi təbiətini və məzmununu, sağlamlığın qorunması hüququnun mənbələrini, sağlamlığın qorunması hüququnun dövlətdaxili və beynəlxalq təminatlarını, habelə sağlamlığın qorunması hüququnun dolğun təminatının mühüm şərti kimi tibbi yardım sisteminin inkişaf perspektivlərini ətraflı şəkildə araşdırmışdır. Monoqrafiya əsas etibarilə elmi işçilər, hüquq və tibb təhsili verən ali təhsil müəssisələrinin müəllimləri, doktorantları, magistrantları və tələbələri, habelə səhiyyə və sosial təminat işçiləri və bütövlükdə tibbi fəaliyyətin hüquqi tənzimi və əhalinin sağlamlığının qorunması problemləri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Ətraflı

Bəxtiyar Əliyev; Cavid Əlizadə; Elburus Edilov: “Kiberməkanda uşaqların təhlükəsizliyi məsələləri” (monoqrafiya)

Bu kitab uşaqları internet asılılığından, internetin mənfi tərəflərindən (bəzi internet oyunları uşaqların ölümünə səbəb olur) qorumaq və uşaqların sağlam gələcəyini təmin etmək istəyən valideynlər, mütəxəssislər, ümumiyyətlə, internet asılılığı problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Ətraflı

Yaponiyalı professorlarla görüş keçirildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda institutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə Yaponyanın Saitama Universitetinin nəzdnində fəaliyyət göstərən İctimai və Sosial Elmlər Ali Təhsil Məktəbinin professorları Makoto Nagasawa və Seiichiro Nakabayashi ilə görüşmüşdür.

Ətraflı

İnstitutda “Minilliyin layihəsi”nin rəhbəri ilə görüş keçirildi

2019-cu il martın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda institutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə “Minilliyin layihəsi” beynəlxalq tədqiqat təşkilatının icraçı direktoru Cerom Qlenn, həmçinin Azərbaycan Gələcəyin Tədqiqatları Cəmiyyətinin sədri, “Minilliyin layihəsi”nin Azərbaycan bölməsinin rəhbəri Reyhan Hüseynova, sədr müavini Eldar Müseyibzadə, bu cəmiyyətin layihələrinin koordinatoru Nərmin Musayeva ilə görüşmüşdür.

Ətraflı