“Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən qanlı qətliam olub. Bu, hər şeydən öncə, Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı həyata keçirdiyi təcavüzkarlıq, işğalçılıq, etnik təmizləmə siyasətini dəqiqliklə təsdiq edən bir hadisədir. Xocalı faciəsində xüsusi qəddarlıqla qətlə yetirilənlərin sayı ilə bağlı statistikanın təkrarlanması ona obyektiv siyasi-hüquqi qiymətin verilməsini şərtləndirəcək əsas amil deyildir. Çünki, insanlığa qarşı görünməmiş qəddarlığın dərəcəsinin yanında artıq statistika əhəmiyyətini itirir”. Bunu SİA-ya açıqlamasında AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq münasibətlər və insan hüquqları” şöbəsinin müdiri, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu deyib.
Ətraflı