Şirvanşahlar Dövləti – İslam dünyasında ən uzunömürlü hakimiyyət
Oktyabrın 23-24-də Bakı Konqres Mərkəzində “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” adlı beynəlxalq elmi konfrans keçirilmişdir.
ƏtraflıOktyabrın 23-24-də Bakı Konqres Mərkəzində “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” adlı beynəlxalq elmi konfrans keçirilmişdir.
ƏtraflıMüvafiq proqram əsasında yazılmış dərslik cinayət hüququnun mühüm bölmələrindən olan mülkiyyət əleyhinə edilən cinayətlərə həsr edilmişdir və ali məktəblərin hüquq fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur. Kitabda mülkiyyət əleyhinə edilən cinayətlərlə mübarizəyə dair Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin inkişaf tarixi nəzərdən keçirilmiş, baxılan cinayətlərin təsnifatı verilmiş, bu təsnifat üzrə göstərilən cinayətlərin cinayət-hüquqi təhlili üzərində müfəssəl dayanılmışdır. Bu zaman yeri gəldikcə məhkəmə təcrübəsindən, Azərbaycan Respublikası Ali Məhkəməsi və SSRİ Ali Məhkəməsi Plenumlarının qərarlarından, respublikada mülkiyyət əleyhinə edilən cinayətlərlə bağlı statistik göstəricilərdən, habelə BMT-nin dünyada cinayətkarlığın vəziyyəti barədə Xülasələrinin məlumatlarından istifadə edilmişdir.
Ətraflı10-12 sentyabr 2018-ci il tarixlərində AMEA Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq hüquq şöbəsinin müdüri, eyni zamanda Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidenti Ramin Qurbanov Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurasının sədri Luis Maria Aquilar Moralesin dəvəti əsasında “Müasir demokratiyalarda hakim və qanunun aliliyi” adlı beynəlxalq seminarda iştirak etmək üçün Meksikada rəsmi səfərdə olub.
Ətraflıİyunun 6-sı AMEA-nın magistratura proqramı üzrə Hüquq və İnsan Haqları İnstitutunda təhsil alan magistrant Allahverdiyeva Aysel Etibar qızının institutun Təhsil və Xarici Əlaqələr şöbəsi tərəfindən magistr dissertasiyası işinin müdafiəsi təşkil olunmuşdur.
ƏtraflıTrend-in məlumatına görə, bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı Aytən Mustafazadə Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən “Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı” ilə təltif edilib.
Ətraflı22 may 2018-ci ildə AMEA Hüquq və İnsan Haqları İnstitutunun Mülki Müdafiə Qərargahının rəisi xəbərdarlıq və toplanış məşqi keçirib.
Ətraflı18 may 2018-ci il tarixində saat 11.00-da AMEA Hüquq və İnsan Haqları İnstitutunda Beynəlxalq Əlillər Cəmiyyəti İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı layihənin təqdimatına həsr edilmiş tədbir keçiriləcək.
Ətraflı3 may 2018-ci il tarixində saat 10.00-da (qeydiyyat 9.30da başlayır) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, AMEA Hüquq və İnsan Haqları İnstitutu və “Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası”nın birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş.
Ətraflı17 aprel 2018-ci iltarixdə AMEA Hüquq və İnsan Haqları İnstitutunda Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Regionşünaslıq (Amerika və Qafqaz üzrə) ixtisasının elmi istehsalat təcrübəsinə yeni başlayan tələbələri üçün seminar məşğələsi keçirilib.
Ətraflı2018-ci ildə«Özümüzü və dünyanı dərketmə yolunda» adlı elmi məqalələr toplusu nəşr olunub. Topluda AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorant və dissertantlarının 2017-ci ildəki elmi məqalələridərc olunub. Toplunun layihə rəhbəri və elmi redaktoru AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadədir.
Ətraflı