İnstitutda Mülkü Müdafiə xəbərdarlıq və toplanış məşqi keçirilib
22 may 2018-ci ildə AMEA Hüquq və İnsan Haqları İnstitutunun Mülki Müdafiə Qərargahının rəisi xəbərdarlıq və toplanış məşqi keçirib.
Ətraflı22 may 2018-ci ildə AMEA Hüquq və İnsan Haqları İnstitutunun Mülki Müdafiə Qərargahının rəisi xəbərdarlıq və toplanış məşqi keçirib.
Ətraflı18 may 2018-ci il tarixində saat 11.00-da AMEA Hüquq və İnsan Haqları İnstitutunda Beynəlxalq Əlillər Cəmiyyəti İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı layihənin təqdimatına həsr edilmiş tədbir keçiriləcək.
Ətraflı3 may 2018-ci il tarixində saat 10.00-da (qeydiyyat 9.30da başlayır) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, AMEA Hüquq və İnsan Haqları İnstitutu və “Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası”nın birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş.
Ətraflı17 aprel 2018-ci iltarixdə AMEA Hüquq və İnsan Haqları İnstitutunda Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Regionşünaslıq (Amerika və Qafqaz üzrə) ixtisasının elmi istehsalat təcrübəsinə yeni başlayan tələbələri üçün seminar məşğələsi keçirilib.
Ətraflı2018-ci ildə«Özümüzü və dünyanı dərketmə yolunda» adlı elmi məqalələr toplusu nəşr olunub. Topluda AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorant və dissertantlarının 2017-ci ildəki elmi məqalələridərc olunub. Toplunun layihə rəhbəri və elmi redaktoru AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadədir.
Ətraflı6 aprel 2018-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda müxtəlif universitetlərdən - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Dövlət hüququ”, “Mülkü və təsərrüfat hüququ” , “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ,Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin “Beynəlxalq münasibətlər”, “Hüquqşünaslıq”, “Politologiya” ixtisasının, Azərbaycan Dillər Universitetinin“Beynəlxalq münasibətlər və idarəetmə” fakültəsinin, Azərbaycan Turizm və Menecment Universitetinin “Beynəlxalq münasibətlər”, Bakı Avrasiya Universitetinin “Regionşünaslıq” (ABŞ və Kanada ölkələri üzrə)ixtisaslarına yiyələnmək istəyən tələbələr üçün istehsalat təcrübəsi ərəfəsində görülən işlərlə bağlı elmi-praktik seminar keçirilmişdir.
Ətraflıİnsanlar məhkəmələrə müraciət edərkən vaxt itkisi ilə, artıq maddi xərclərlə, kargüzarlığın düzgün aparılmaması və.s bu kimi digər problemlərlə qarşılaşırlar. Mövcud problemlərin həll olunması üçün elektron məhkəmələrin istifadə olunması zəruri olduğundan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 13 fevral 2014-cü il tarixində “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncam imzalanmışdır. Sərəncam məhkəmə islahatları sahəsində strateji prioritet istiqamətləri müəyyən edərək Azərbaycan Respublikasında ədalət mühakiməsini həyata keçirən məhkəmə sistemində inqilabi təkamülün əsasını qoydu.
ƏtraflıBəşəriyyət öz inkişafının informasiya mərhələsinə qədəm qoyub. Müasir informasiya cəmiyyəti postsənaye dövrünün ictimai-siyasi, iqtisadi və sosiomədəni paradiqması kimi təzahür etməkdədir. İnformasiya sahəsində dövlətin strateji fəaliyyət xəttini dövlət informasiya siyasəti müəyyənləşdirir. Cəmiyyətdəki ictimai münasibətlərin palitrası dəyişdikcə paralel olaraq onları tənzimləyən normativ aktlar sistemi yaranır.
ƏtraflıMonoqrafiya postblok dünya düzənində beynəlxalq-siyasi və geostrateji şəraitdəki radikal dəyişikliklərlə bağlı yeni regional arxitektura təhlükəsizliyinin yaradılmasında Avropa İttifaqının roluna həsr olunmuşdur. Monoqrafiyada oxucuların diqqətinə təklif olunan tədqiqat predmetinin aktuallığının əhəmiyyətli aspekti Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşmasında aparıcı beynəlxalq aktorların çağdaş strategiyalarının təhlil edilməsinə olan elmi tələbatdır.
Ətraflı19 fevral tarixində Hüquq və İnsan Haqları İnstitutunda institutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə Bakı Dövlət Universitetinin “Sabah” qurupları üzrə Hüquqşünaslıq ixtisasının II kurs tələbələri üçün “Tibb hüququ” fənnindən mühazirə keçib.
Ətraflı