Axtarışın nəticələri

Anons: Jurnalistlərin nəzərinə!

2018-ci il fevralın 21-də saat 11.00-da (Qeydiyyat saat 10:30-da) AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu “Tibb hüququ – Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirəcək. Tədbirdə Milli Məclisin deputatları və komitə sədrləri, Azərbaycanın müvafiq dövlət qurumlarının təmsilçiləri, ali təhsil ocaqlarının rəhbərləri, alimlər və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı gözlənilir.

Ətraflı

Aytən Mustafazadə Fəxri Professor adına layiq görüldü

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, Aytən xanım Mustafazadə Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun Fəxri professoru adına layiq görülüb.

Ətraflı

İctimaiyyətlə əlaqələr şöbələrinin illik hesabat iclası keçirildi

Fevral ayının 13-ü AMEA-da akademiyanın müxtəlif institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin 2017-ci il üçün hesabat iclası keçirilmişdir. Hesabat iclası AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən təşkil olunmuşdur.

Ətraflı

Nəsib Şükürov: Yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının müdafiəsində Yuvenal Ədliyyənin rolu və onun təkmilləşdirilməsi (monoqrafiya)

Monoqrafiyada, Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi tanınması, yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının müdafiəsinin beynəlxalq və dövlətdaxili hüququnun aktual problemlərindən biri olması, uşaq hüquqları sahəsində mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsi və bu sahədə dövlətdaxili mexanizmlərinin beynəlxalq mexanizmlərə uyğunlaşdırılması, “Yuvenal ədliyyə haqqında” qanunun qəbulu zərurəti, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin və əsasnamələrinin təkmilləşdirilməsi, yuvenal məhkəmələrin uşaqların törətdikləri hüquq pozuntusuna görə ədalətli qərarların çıxarılmasına xidmət etməsi kimi məsələlər tədqiq olunmuşdur.

Ətraflı

Aytən Mustafazadə,Zamiq Aslanov: Tibb hüququ

Dərs vəsaiti Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Azərbaycan Respublikasının qüvvədə olan yeni qanunvericiliyi, hüquq nəzəriyyəsi əsasında və səhiyyə sahəsində bir çox təcrübi problemlər nəzərə alınaraq hazırlanmışdır. Təqdim olunan dərs vəsaitində müasir dövrdə Azərbaycan Respublikasında tibbi fəaliyyətin hüquqi tənziminin və əhalinin sağlamlığının qorunması xüsusiyyətləri işıqlandırılmış, tibb hüququnun ümumi xarakteristikası, vətəndaşların əsas konstitusion hüquqlarından biri kimi sağlamlığın qorunması, tibbi fəaliyyət kontekstində insanın yaşamaq hüququ, Azərbaycan qanunvericiliyində və beynəlxalq təcrübədə pasiyent hüquqları, tibb işçiləri və həkimlərin hüquqi statusu...

Ətraflı

Aytən Mustafazadə ,Nazim Cəfərli: İslam hüququ

“İslam hüququ (insan hüquqları kontekstində)” adlı kitab islam və insan hüquq-ları və azadlıqları kontekstində işlənməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə ithaf olunmuşdur. Kitabda şəriət və fiqh elminin mahiyyəti, əsas xüsusiyyətləri, islamın meydana gəlməsi ərəfəsində Ərəbistanda ictimai münasibətlərin tənzimlənməsinin vəziyyəti, islamın meydana gəlməsi ilə insan hüquq və azadlıqlarının təminatı sahəsində baş verən köklü dəyişikliklər tədqiq və təhlil edilir.

Ətraflı

Anons jurnalistlərin nəzərinə!

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu olaraq, biz fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı məsələləri daim gündəmdə saxlayır, müvafiq elmi-tədqiqat işləri və ekspertizalar aparır, qanunvericilik təşəbbüsləri ilə çıxış edir, mütəmadi olaraq zəruri nəşr hazırlayır və beynəlxalq tədbirlər təşkil edirik. Bu işlərin davamı olaraq 25 yanvar 2018-ci il saat 12.00-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Fiziki imkanlari məhdud olan şəxslərin hüquqları” adlı kafedranın açılışı ilə əlaqədar “dəyirmi masa” keçiriləcək.

Ətraflı

Elşad Mirbəşir oğlu: Müasir Terrorizm və BeynəlxalqTəhlükəsizlik Problemi (monoqrafiya)

Yeni nəşrlərimizdən biri institutumuzun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşir oğlunun “Müasir Terrorizm və Beynəlxalq Təhlükəsizlik Problemi” adlı monoqrafiyasıdır. Müasir mərhələdə beynəlxalq təhlükəsizliyə ən ciddi təhdid yaradan təhlükələrdən biri də terrorizmdir. İnformasiya kommunikasiya texnologiyalarının, silah sənayesinin öz inkişafının kifayət qədər yüksək mərhələlərinə çatması terrorizmin təhlükəlilik dərəcəsini daha da artırmışdır. Belə ki, terrorçu təşkilatlar yeni imkanlardan fəal istifadə etməklə, daha ciddi təhlükə mənbəyinə çevrilmişlər. Bu baxımdan, müasir mərhələdə terrorizmə qarşı mübarizə məsələsi olduqca böyük aktuallıq kəsb etməkdədir.

Ətraflı