Axtarışın nəticələri

İnstitutda Mülkü Müdafiə məşqi keçirildi

13 iyun 2017-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda 2017-ci il üçün təsdiq olunmuş Mülkü Müdafiə tədbirlər planına uyğun olaraq, “Fövqaladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülkü müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda İnstitutun rəhbər heyəti ilə birgə Mülkü Müdafiə məşqi keçirildi.

Ətraflı

Elmin populyarlaşdırılması mövzüsunda müşavirə keçirildi

30 noyabr 2017-ci il tarixində AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi AMEA-nın institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələri rəhbərlərinin iştirakı ilə birgə müşavirə keçirmişdir.

Ətraflı

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində ” mövzusunda beynəlxalq konfrans

19 oktyabr 2017-ci ildəsaat 10:00-da (qeydiyyat 9:30da başlayır) AMEA-nın Hüquq vəİnsan Haqlarıİnstitutu və “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin birgə əməkdaşlığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində ” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Ətraflı

Qonaq elmi işçinin hesabati dinlənilmişdİr

12 oktyabr 2017-ci il tarixdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda İnstitutun və XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (Agentlik) tərəfindən birgə həyata keçirilən “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı” çərçivəsində Hindistanın Cəvahirləl Nehru Universitetinin elmi işçisinin “Azərbaycanda multikulturalizm və tolerantlıq prinsipi; insan hüquqları” mövzusunda araşdırdığı elmi tədqiqat işinin hesabatı dinlənilmişdir.

Ətraflı

Yaşasaydı 57 yaşi olacaqdı…

Prоfеssоr Rövşən Mustаfаyеv. Аrtıq səkkiz ildən çохdur ki, bu qеyri-аdi insаn, böyük аlim, pаrlаq ictimаi хаdim аrаmızdа yохdur. Görkəmli Аzərbаycаn аlimi, böyük vətəndаş Rövşən Fаiq оğlu Mustаfаyеv 1960-cı il оktyаbrın 5-də Bаkı şəhərində ziyаlı аiləsində аnаdаn оlmuşdur. 1977-ci ildə Аzərbаycаn Dövlət Univеrsitеtinin filоlоgiyа fаkültəsinə dахil оlmuş və 1982-ci ildə аli təhsilini bitirmişdir. O, 1988-ci ildə Аzərbаycаn Dövlət Univеrsitеtində nаmizədlik dissеrtаsiyаsı müdаfiə еtmiş, еlə həmin ildə «Yаzıçı» nəşriyyаtındа gənc аlimin еlmi şərhləri ilə «Mirzə Şəfi Vаzеhin nəğmələri. Unudulmuş və аz tаnınаn rus tərcümələri» şеirlər tоplusu çаp оlunmuşdur.

Ətraflı