Axtarışın nəticələri

Abbas İslamov: Aqafangelin “Patmutyun hayots”u: erməni tarixinin iflası

Kitab erməni ədəbiyyatının klassiklərindən biri olan Aqafangelin əsərinin tənqidi təhlilinə həsr edilmişdir. Aqafangelin əsəri yeganə mənbədir ki, onun əsasında guya 301-ci ildə tarixdə ilk dəfə olaraq xristianlığın mifik “haylar ölkəsi”nin dövlət dini elan edilməsi barədə hay tarixi ənənəsinin əfsanəsi yaradılmışdır. Kitabda aparılan ətraflı təhlillər sübut edir ki, Aqafangelin əsəri qətiyyən heç bir səhih tarixi informasiyaya malik deyil və cəfəng, anti-tarixi, xronologiyası olmayan uydurmaların kompilyasından və Bibliyadan edilmiş çoxsaylı plagiatdan ibarətdir. Aqafangelin “Hayların tarixi” əsərinin əsl məzmununun açılması radikal etnik millətçiliyə mübtəla olmuş hay tarixi ənənələr nəzəriyyəsinin iflası deməkdir.

Ətraflı

Beynəlxalq (Publik) Hüquq kursu (dərslik)

Azərbaycan Respublikasında müvafiq tədris proqramı əsasında kollektiv müəlliflər tərəfindən yazılmış bu dərslikdə beynəlxalq (publik) hüququn xüsusi hissəsini təşkil edən hüquqi qurumlara anlayış verilir, onların nizamasalma predmeti, prinsipləri, mənbələri, subyektləri və s. məsələlərə ətraflı şəkildə toxunulur və onların mahiyyətinə aydınlıq gətirilir. Əsərdə beynəlxalq (publik) hüququn xüsusi hissəsinə dair müddəalar nəzərdən keçirilərək, onun sistemi tədqiq edilir, onun konkret hüquq sahələri fərqləndirilir.

Ətraflı

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin 2018-ci il üçün hesabatları dinlənildi

Bu gün AMEA Rəyasət Heyəti aparatı Mətbuat və informasiya idarəsi AMEA-nın institut və təşkilatlarının ictimaiyyətlə əlaqələr şöbələrinin 2018-ci il üzrə hesabat iclasını keçirib. Tədbirdə RH aparatı Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev, rəis müavini Ülviyyə Rzayeva və ictimaiyyətlə əlaqələr şöbələrinin müdirləri iştirak ediblər.

Ətraflı

Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər

AMEA Hüquq və İnsan Haqları İnstitutunun 2017-ci il nəşri olan“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” (Les dagats causes aux monuments historuques et culturels quı se trouvent sur les terretorıres occupes del Azerbaidjan ) adlı kitabı fransız dilində nəşr olunub. Tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirmiş, dəhşətli cinayətlərə əl atmışlar.

Ətraflı

Aytən Mustafazadə “Parlament” medalı ilə təltif edildi

Azərbaycan Respublikası Parlamentinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 2018-ci il 24 dekabr tarixli 224-V saylı Sərəncamı ilə AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə Azərbaycan Respublikası Milli Məclisinin “Parlament” medalı ilə təltif edilmişdir.

Ətraflı

Aytən Mustafazadə: “Əlilliyi olan şəxslərin məşğulluğu problemləri”

Bu monoqrafiya əlilliyi olan şəxslərin məşğulluğu və işə düzəldilməsinin bəzi aktual problemlərinə həsr olunmuşdur. Müəllif tərəfindən monoqrafiyada əlilliyi olan şəxslər cəmiyyətin sosial strukturunun ayrılmaz tərkib hissəsi, əlilliyi olan şəxslərin məşğulluğu və işə düzəldilməsi isə müasir cəmiyyətin sosial problemlərindən biri kimi xarakterizə olunur, əlillik anlayışına kompleks-sosial yanaşma, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı mütərəqqi dünya təcrübəsi, əlilliyi olan şəxslərin əmək fəaliyyətinə cəlb olunmasının aktuallığı və əhəmiyyəti, əmək qanunvericili-yində əlilliyi olan şəxslərin əməyini tənzim edən normalar, əlilliyi olan şəxslərin peşə reabilitasiyası və əlilliyi olan şəxslər üçün iş yerlərinin kvotalaşdırılması, məşğulluq və işədüzəltmənin nəzəri aspektləri, əlilliyi olan şəxslərin məşğulluğu və işə düzəldilməsinin anlayışı və əsas cəhətləri, əlilliyi olan şəxslərin məşğulluğu və işə düzəldilməsi sahəsində inkişaf etmiş xarici ölkələrin qabaqcıl təcrübəsi ilə bağlı məsələlər ətraflı şəkildə araşdırılır, əmək bazarında əlilliyi olan şəxslərin qarşılaşdığı əsas problemlərə diqqət çəkilir və onların həlli yolları göstərilir.

Ətraflı