Депортация – термин, давно применяемый в международном и национальном праве, но при этом, и сегодня не получивший однозначного понимания в современном правовом регулировании. Прежде всего депортация в современных государствах применяется наравне с такими институтами, как выдворение, экстрадиция, реадмиссия, репатриация и др. Поэтому необходимо четко отличать не только само понятие, но и процедуру осуществления, в частности депортации.
Müəllif :
Светлана Несмеянова - доктор юридических наук, профессор
Nəşr tarixi :
Azərbaycan Respublikasının Konstitu-siyasının 55-ci maddəsinin 2-ci bən-dinə əsasən, Azərbaycan Respublika-sının vətəndaşları dövlət orqanlarında qulluq et-mək hüququna malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının və-təndaşları sırasından təyin edilirlər [1, s.19]. Əc-nəbilər və vətəndaşlığı olmayan şəxslər isə qa-nunla müəyyənləşdirilmiş qaydada dövlət qullu-ğuna qəbul edilə bilərlər. Milli qanunvericiliyə görə dövlət qulluğunun anlayışı müəyyən edil-mişdir. Daha dəqiq desək, Azərbaycan Respubli-kasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində döv-lət qulluqçularının öz vəzifə səlahiyyətlərini yeri-nə yetirməsi dövlət qulluğu adlanır. hüquqi təbiə-tinə görə dövlət qulluğu hüquq vasitəsilə yaranır.
Müəllif :
İlkin Ələkbərov - Daxili İşlər Nazirliyi Polis Akademiyası “Daxili işlər orqanlarının inzibati fəaliyyəti” kafedrasının müəllimi, polis leytenantı
Nəşr tarixi : 2023
Vərəsəlik hüququnda mirasın qəbulu institutu, mülki hüquq nəzəriyyəsin-də və məhkəmə praktikasında önəm-li bir yerə sahibdir. Çünki fiziki şəxsin ölümü ilə ona məxsus olan (mülkiyyətində və sahibliyində olan) əmlak vərəsələrə keçir. Əgər şəxsin ölümü ilə ona məxsus olan əmlak dövlətə keçərək orta-dan qalxsaydı, o halda özəl mülkiyyətdən danış-maq olmazdı.
Müəllif :
Ramil Xəlilov (PhD) - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Nəşr tarixi : 2023
İfadənin yerində yoxlanılması kompleks xarakterə malik olan elə bir istintaq hərə-kətidir ki, onun tərkibində digər istintaq hərəkətlərinin (istintaq baxışı,dindirmə, istintaq eksperimenti, tanınma üçün təqdim etmə və s.) elementləri də daxildir. Lakin bununla belə o, qeyd edilən istintaq hə-rəkətlərindən tamamilə fərqlənir.
Müəllif :
Rasim İSAQOV - DİN-in Polis Akademiyasının “Kriminalistika” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı
Nəşr tarixi : 2023
Cinayət prosesinin məqsədlərinə çatması, vəzifələrini yerinə yetirməsi üçün əsas rol oynayan, sübutetmənin məqsədi, məhkəmə icraatının – cinayət mühakimə icraatının konstitusion vəzifəsi olan həqiqətin müəyyən edilməsi ən qədim dövrlərdən bəri fəlsəfi düşüncənin, fəlsəfənin maraq obyekti, əsas məsələsi olan dünya haqqında həqiqətin müəyyən edilməsi, dünyanın, real həyatdakı hadisə və proseslərin dərk edilməsi ilə bağlı yanaşmanın xüsu-si təzahürü, konkret sahəvi xarakter almış formasıdır. Bu baxımdan da belə demək doğru olar ki, cinayət prosesində həqiqətin müəyyən edilməsi ən ümumini tədqiq edən, bütün sahələrin arayışlarının xidmət etdiyi fəlsəfədəki həqiqət kateqoriyasının və həqiqətin müəyyən edilməsi yolunun cinayət prosesinə bu sahənin xarakterik xüsusiy-yətlərinə görə şəkillənmək, formalaşmaqla transformasiyasıdır. Bu məqalə fəlsəfədə həqiqət və həqiqətin müəyyən edilməsinə dair yanaşmalara qısa baxışdır və onun cinayət prosesinə transformasiyasının təsvirini verir.
Müəllif :
Aygün Cəbyiyeva - Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə eksprtizası kafedrasının müəllimi, Cinayət prosesi kafedrasının qiyabi doktorantı
Nəşr tarixi : 2023