Məqalədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 28 dekabr tarixli qərari ilə bağlı müəllifin elmi mülahizəsi irəli sürülmüşdür. Bu zaman Konstitusiya Məhkəməsi haqqında qanunvericilik, dünya dövlətləri təcrübəsi və qərarla bağlı müəllifin
irəli sürdüyü bəzi məqamlar qarşılıqlı şəkildə və ardıcıllıqla təhlil edilir. Müəllifin gəldiyi nəticələr sırf özünün elmi yanaşması olmaqla müvafiq dövlət orqanlarını tənqidi xarakter daşımır.
Müəllif :
Kəmalə Mehdiyeva - hüquq üzrə fəlsəfə doktoru, Paris XII Créteil Universitetinin professoru
Nəşr tarixi : 2024
Yerli özünüidarə ideologiyasının həyata keçirilməsinin zəruri şərtlərindən biri Avropa Şurası üzv dövlətləri tərəfindən “Yerli özünüidarə haqqında” Avropa Xartiyasına uyğun yerli özünüidarəyə dair milli qanunvericiliyin yaradılmasıdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun (2 iyul 1999-cu il) 7-ci maddəsinə uyğun olaraq yerli özünüidarəyə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından və qanunlarından, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının aktlarından (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından və qanunlarından, Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aktlarından) ibarətdir.
Müəllif :
Sahil Hüseynov
Nəşr tarixi : 2024
Müxtəlif ölkələrdə prokurorların cinayət hüquq sistemində statusu fərqli olmasına baxmayaraq, bütün dövlətlərin hüquq ənənələrində dövlət ittihamçısının cinayət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətli rolu, habelə böyük gücü və öhdəlikləri mövcuddur. Dürüst, müstəqil və tərəfsiz (qərəzsiz) dövlət ittihamını müdafiə edən prokurorun iştirakı olmadan bu sahədə qanunun aliliyi və insan hüquqlarının müdafiəsini təsəvvür etmək mümkün deyildir
Müəllif :
Anar Nəsibov, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini, baş ədliyyə müşaviri.
Nəşr tarixi : 2020
Məlum olduğu kimi, hüquqi yardım almaq və müdafiəçinin köməyindən istifadə etmək hüququ hər bir insana aid fundamental konstitusion hüquqdur. Müdafiə hüququ qanunla şübhəli və təqsirləndirilən şəxslərə verilmiş prosessual hüquqlardan, həmçinin onların mənafelərinin qorunması üçün qanunla qadağan olunmayan digər üsullardan istifadə etmək imkanını ehtiva etməklə yanaşı, həm də ədalət müha kiməsi maraqlarının təminatçısı, onun fundamental əsaslarından biri kimi çıxış edir
Müəllif :
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi
Nəşr tarixi : 2021
“Gender bərabərliyi” anlayışı cəmiyyətdə kişilərlə qadınlar arasında “de-yure” və “de-fakto” bərabərliyin təmin edilməsini, hər iki cinsə bərabər im -kan ların yaradılmasını ehtiva edir. Cəmiyyət üzvləriqa dınlar və kişilər özlərinin bioloji xüsusiyyətlərinə, ana tomik strukturlarına görə cins fərqliliyinə malik olsalar da, sosio-mədəni mühitdə bərabər imkanlara sahibdirlər . Bu baxımdan “Cins” termini bioloji fərqliliyi, “Gender” (və ya sosial cins) kişi və qadınların ictimai mü nasibətlər çərçivəsində formalaşan rol və vəzifələrini əhatə edir.
Müəllif :
Günay Süleymanova, Abşeron rayon prokurorluğuna ezam olunmuş Daşkəsən rayon prokurorluğunun müstəntiqi, II dərəcəli hüquqşünas.
Nəşr tarixi : 2021
İstintaq və məhkəmə orqanlarının cinayət işi üzrə həqiqətin müəyyən edilməsinə dair fəaliyyəti keçmişdə baş verən hadisələrə, faktlara və hallara yönəlmiş olur. Təhqiqatçı, müstəntiq, prokuror və məhkəmə hadisələrin bilavasitə müşahidəçisi olmurlar. Buna görə də cinayət işi üzrə istintaq aparan şəxsin fəaliyyəti bilavasitə özünün müşahidə etmədiyi halların tədqiqinə yönəlir. Bu halların müəyyən edilməsi cinayətin maddi izləri və cinayət hadisəsi ilə əlaqədar halları müşahidə etmiş şəxslərin məlumatları – yəni ümumilikdə sübutetmə prosesində əldə edilmiş məlumatlarla mümkündür.
Müəllif :
Tural İbrahimov, Ağdaş rayon prokuroru ədliyyə müşaviri.
Nəşr tarixi : 2021
Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin “sağlamlığın qorunması hüququ”nu təsbit etmişdir. Konstitusiyanın 41-ci maddəsində (Maddə 41. Sağlamlığın qorunması hüququ) göstərilmişdir ki, “Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır”. Bu hüququn təmin edilməsi üçün heç bir şərt, o cümlədən xidmətin əvəzinin ödənilməsi şərti qoyulmamışdır. Bu məqalədə bu məsələ araşdırılacaq.
Müəllif :
Günay Əyyubova, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini baş ədliyyə müşaviri.
Nəşr tarixi : 2021
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) normalarının tətbiqi üz rə va hid istintaq və məhkəmə təcrübəsi mühüm əhəmiyyət kəsb edir. Cinayət Məcəlləsinin ən çox tətbiq olunan normaların dan biri də cinayətlərin təkrar törədilməsidir.
Müəllif :
Mürvət Həsənov, Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müş
Nəşr tarixi : 2021