Məqalədə aparılan selektiv abortlara görə Azərbaycan Respublikasının dünya ölkələri arasında doğulan uşaqların cins nisbətinə görə ən ön yerlərdə olmasının hüquqi aspektlərinin tədqiqinin nəticələri təqdim edilmişdir. Belə ki, əvvəl selektiv aborta görə həmin siyahıda Çin liderlik edirdisə, hazırda təəssüflər olsun ki, ölkədə dünyaya gələn 100 qıza 115 oğlan sayı ilə Azərbaycan sırada birinci yerə keçmişdir. XXI əsrdə Azərbaycanda nəsil artımında baş vermiş tənəzzül və insan dölündə cinsiyyətin müəyyən edilməsinə imkan yaradan müayinə imkanlarından geniş istifadə nəticəsində ölkədə hamiləlik dövründə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə öz növbəsində doğulan uşaqlar arasında cinsiyyət nisbətinin əsaslı dərəcədə pozulmasına yol açır.
Müəllif :
Hikmət Babayev - Bakı Dövlət Universitetinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2023
Məhkum qadınlarla bağlı problemlərə diqqət yetirdikdə, daha çox məhdudlaşdırmaların mülki və siyasi hüquqlarla əlaqədar olduğunu müşahidə edə bilərik. Məqalədə məhkum qadınların xüsusi vəziyyətindən irəli gələrək daha çox problemlərin mövcud olduğu hüquq və azadlıqların müdafiəsi ilə bağlı məsələlər təhlil olunacaqdır. Burada ilk növbədə, şərəf və ləyaqətin müdafiəsi qeyd edilməlidir. Məhkumların, xüsusən də azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınların hüquqi vəziyyətinin xüsusiyyətlərinin müəyyənləşdirilməsinə həsr olunmuş bütün beynəlxalq sənədlərdə onların hüquq və azadlıqlarının tənzimlənməsi problemi mühüm yer tutur. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, beynəlxalq standart və normalar heç də həmişə ardıcıl olmur, bəzən bir-birinə ümumiyyətlə uyğun gəlmir və azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınların vəziyyətinin tənzimlənməsində ziddiyyətlər yaradır. Bu da həmin norma və standartların milli təcrübəyə tətbiqində bir çox problemlərin meydana çıxmasına gətirib çıxarır. Lakin mövcud problemlər yalnız beynəlxalq standartların pərakəndəliyindən irəli gəlmir. Dövlətdaxili hüquqda olan bir çox çətinliklər də məhkum qadınların hüquq və azadlıqlarının müdafiəsi üçün maneələr formalaşdırır.
Müəllif :
Günay Hacıyeva - BDU-nun İnsan hüquqları və İnformasiya hüququ UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2023
Sosial mediadan istifadə getdikcə artmaqdadır və bu gün bir çox valideynlər uşaqlarından paylaşım obyekti kimi istifadə edir və davamlı olaraq övladları haqqında paylaşımlar edirlər. Bu da valideynin ifadə azadlığı ilə uşağın şəxsi toxunulmazlıq hüququ arasında mütənasibliyin qorunması məsələsini gündəmə gətirmiş və sharenting problemini aktuallaşdırmışdır. Bu problemin aradan qaldırılması üçün yalnız hüquqi tənzimləmədə müəyyən qadağaların qoyulması ilə kifayətlənmək effektiv nəticələr verməyə bilər. Çünki əksər hallarda öz övladının video və ya fotolarını sosial şəbəkədə paylaşan valideyn pis niyyətli olmasa da, sosial şəbəkə platformalarının istifadə qaydaları və şərtləri uşaqların foto və videolarının başqa şəxslər tərəfindən qeyri-qanuni məqsədlərlə istifadəsi ilə nəticələnir. Ona görə də sharenting probleminin aradan qaldırılması kompleks tədbirlər vasitəsilə mümkün ola bilər. Məqalədə insanlar tərəfindən sosial mediadan istifadə artdığı üçün sharenting sindromundan uşaqları qorumaq üçün həmin kompleks tədbirlər siyahısı müfəssəl təhlil olunmuş və praktik təkliflər irəli sürülmüşdür.
Müəllif :
Gülnaz Rzayeva - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi.
Nəşr tarixi : 2023
Tədqiqatın məqsədi, tədqiqatda dünya siyasətində iqtisadi prinsiplər və iqtisadi sərvətin tərəqqi konteksində insan rifahına qiymət meyarının təşkili təhlil edilmişdir. Real siyasi-iqtisadi səmərəliliyin fenomen anlayışı, insan və dövlət vəhdəti, iqtisadi təhlükəsizlik konteksində araşdırılmışdır. Dünya siyasətində iqtisadi rifahın təmin olunmasına mümkün təhdidlər, müasir texnika və texnologiya mövqeydən təxribat pozuculuq fəaliyyətləri tədqiq edilmişdir. Eləcə də mövzunu aktuallığını şərtləndirən hüquq siyasəti və siyasi-iqtisadi sahədə inhisarçılığa, haqsız rəqabətə şərait yaradan səbəb nəticə əlaqələrinin iqtisadi mahiyyəti, məqsəd və mənafeləri geosiyasi konteksdə şərh edilmişdir.
Müəllif :
Könül Ağayeva - i.f.d, AR ETN-nın İqtisadiyyat İnstitutunun, aparıcı elmi işçi
Dağbəyi Allahverdiyev - i.f.d, AR ETN-nın İqtisadiyyat İnstitutunun, aparıcı elmi işçi
Nəşr tarixi : 2023
В статье рассматниваются актуальные проблемы современных внешнеэкономичеких связей государств и международных торгово-транспортных перевозок. Решение этих неотложных политко-экономических проблем и задач видится не только в необходимости учёта реалий в глобальном масштабе, но и в позиции мирового сообщества, в его усилиях, на различных политико-экономических уровнях, по формированию тесного, на международно-правовых основах, взаимовыгодного сотрудничества и равноправного партнёрства, в том числе, в области транспортной безопасности.
Müəllif :
Октай Эфендиев - доктор юридических наук, профессор
Nəşr tarixi : 2023
Bu məqalədə insan hüquqlarının yaranma tarixinə, insan və cəmiyyət arasındakı münasibətlərə, habelə dövlətimizdə insan hüquqlarının formalaşmasına toxunulmuşdur. Məqalədə insanın mülki hüquq və azadlıqlarının beynəlxalq-hüquqi normalarda təsbiti və bu normaların Azərbaycan Respublikası Konstitusiyasına implementasiyası öz əksini tapmışdır.
Müəllif :
Məhparə Fətullayeva - hüquq üzrə fəlsəfə doktoru, dosent
Nəşr tarixi : 2023
Bu məqalənin məqsədi hazırkı qlobal və xeyli dərəcədə xaotik dünyamızda özünü biruzə verən “separatçılıq” konsepsiyasının araşdırılmasından ibarətdir. Bir qayda olaraq, separatçılıq, bir qayda olaraq, “dövlət” kimi tanınan siyasi qurumun tərkibindən müəyyən bir sosial qrupun və ona aid ərazinin ayrılması kimi başa düşülür. Burada ən başlıca problem isə, ondan ibarətdir ki, separatçılığın beynəlxalq hüquqi səviyyədə cinayət əməli kimi müəyyənləşdirilməsi, demək olar ki, qeyri-mümkündür. Bu baxımdan, məqalədə separatizmin bir sıra təzahür formaları araşdırılır və separatçılığa qarşı mübarizənin konstitusion-hüquqi və cinayət-hüquqi aspektləri tədqiq edilir
Müəllif :
Ramin Əliyev - hüquq magistrı (Bakı Dövlət Universiteti), Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsi Sosial fənlər kafedrasının müəllimi
Nəşr tarixi : 2023
Uşaqların xüsusi müdafiəsinə zərurətin formalaşması və onların hüquqlarının tanınması dünyada baş verən tarixi proseslər nəticəsində gündəmə gəlmişdir. Məqalədə uşaqların sosialiqtisadi və mədəni hüquqlarının beynəlxalq-hüquqi müdafiəsini şərtləndirən amillər həm nəzəritarixi, həm də təcrübi aspektdən tədqiq olunmuşdur. Müqayisəli təhlillərin nəticəsi olaraq məqalədə uşaqların müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının təcrübəyə tətbiqi zamanı qarşıya çıxan problemlərə aydınlıq gətirilmiş, təklif və tövsiyələr təqdim olunmuşdur. Aparılmış tədqiqatın nəticəsi olaraq mövcud təcrübi və hüquqi problemlərin aradan qaldırılması məqsədilə təkliflərin təqdim olunması ilə yanaşı, dövlətdaxili tənzimləmənin müsbət istiqamətdə inkişaf edən normaları ilə bağlı təhlillər də aparılmışdır.
Müəllif :
Zamiq Allahverdiyev - Doktorant, Bakı Dövlət Universiteti, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası
Nəşr tarixi : 2023
Dövrümüzün reallığı olan sosial media insanların qarşılıqlı ünsiyyəti və müxtəlif hüquq və azadlıqlarını realizəsi üçün rahat və maneəsiz virtual mühit olmaqla, hüquqi tənzimetmənin də obyektinə çevrilmişdir. İnsanların əksəriyyətinin istifadə etdiyi bir vasitə olan sosial media həm də müxtəlif hüquqların pozulduğu bir mühitdir. Ona görə də sosial media platformalarının insan hüquq və azadlıqlarının qorunması aspektindən təhlili aktual problem hesab olunur. Məqalədə sosial mediaya dair müxtəlif yanaşmalar əlaqəli şəkildə təhlil olunmuş, sosial media ilə bağlı hüquqi problemlər ortaya qoyulmuş, onların həllinə dair təklif və tövsiyələr irəli sürülmüşdür.
Müəllif :
Elnur Hümbətov - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müəllimi
Nəşr tarixi : 2023
Müəlliflik hüququ yaradıcıllıq azadlığının əsas təminatlarından biri olmaqla yanaşı fundamental insan hüquqlarından biri olan əqli mülkiyyət hüquqlarına aid edilir. Müəlliflik hüququ münasibətlərinin tənzimlənməsi isə özünəməxsusluğu ilə seçilən spesifik münasibətlər kimi nəzərə çarpır. Son dövrlərdə informasiya texnologiyalarının sürətli inkişafı müəlliflik hüququna dair münasibətlərinin də xaraktercə köklü şəkildə dəyişməsinə səbəb olmuşdur. Qeyd olunan istiqamətdən yanaşaraq o da qeyd edilməlidir ki, müəlliflik hüququ obyektlərinin mühafizəsinin ənənəvi üsul və vasitələri onlayn mühitdə baş verən hüquq pozuntusuna səbəb olacaq cəhdləri üzrə mübarizədə effektiv hesab olunmur. Odur ki, rəqəmsal cəmiyyətin və kiberməkanın xüsusiyyətləri, subyektlərin spesifik xarakteristik cəhətləri, habelə informasiya texnologiyalarının inkişaf nəticələri nəzərə alınmaqla müəlliflik hüquqlarınn təmini və müdafiəsi üzrə yeni mexanizmlər formalaşdırılmalıdır. Məqalədə qeyd olunan xüsusatlar, habelə müəlliflik hüququ və informasiya texnologiyalarının qarşılıqlı əlaqələri və bir-birinə təsiri, rəqəmsal cəmiyyətdə müəlliflik hüquqlarının təmin və müdafiə edilməsi məsələləri araşdırılımışdır.
Müəllif :
Əkbər Əliyev - BDU Hüquq fakültəsi “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının doktorantı, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin böyük məsləhətçisi
Nəşr tarixi : 2023