Məqalədə korrupsiya və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərdən sayılan vəzifə saxtakarlığının cinayət-hüquqi təhlilindən bəhs edilir. Belə ki, vəzifə saxtakarlığı korrupsiya və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər arasında özünün ictimai təhlükəliliyi, təcrübədə baş vermə tezliyi ilə fərqlənən əməllərdən biridir. Ona görə də, məqalədə vəzifə saxtakarlığı əməli ilə bağlı hüquq ədəbiyyatlarında bəzi müəlliflər tərəfindən səsləndirilən fikirlərə istinad edilməklə, adı çəkilən cinayətin mahiyyət və məzmununa da aydınlıq gətirilir.
Müəllif :
Aslanov O.R. Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2021
Меры принуждения в уголовном праве тесно связаны с основными принципами уголовного права. Одним из таких принципов является презумпция невиновности. В этом утверждении нет не малейшего преувеличения. Наоборот, оно выглядит слишком будничным, прозаичным, по сравнению с тем бесценным человеческим благом, которое презумпция невиновности призвана оберегать и защищать.
Müəllif :
Нигяр Гасымова
Nəşr tarixi : 2019
Məqalədə dövlətin cəmiyyət həyatının bütün sferalarında yeri və rolundan danışılır. Burada, həmçinin dövlətin suverenliyi və müstəqilliyinin əldə edilməsi və qorunub saxlanmasında xalq-dövlət birliyinin vacib faktor olduğu da diqqətə çatdırılır. Həmçinin, məqalədə Azərbaycan Respublikasında milli və dövlət təhlükəsizliyinin anlayışı, onun obyektləri, siyasi və hüquqi əsasları verilir, milli və dövlət təhlükəsizliyinin təmin edilməsində dövlət hakimiyyətinin demokratik prinsiplərlə təşkilindəki rolundan danışılır. Hər bir vətəndaşa məxsus hüquq və azadlıqların təmin edilməsinin milli və dövlət təhıükəsizliyi ilə əlaqə məsələləri də şərh edilir
Müəllif :
Qasımov S.Y. Milli Aviasiya Akademiyası
Nəşr tarixi : 2021
Tədqiqatın məqsədi dövlət qulluqçularının əmək münasibətlərinin tənzimlənməsi sistemində əsas yer tutan hüquq sahələrinin - konstitusiya, inzibati, əmək və sosial təminat hüquq normalarının nisbətini müəyyən edən elmi və normativ müddəaların təhlilindən ibarətdir.
Müəllif :
Oruc Məmmədov h.f.d
Nəşr tarixi : 2019
На сегодняшний день в Каспийском регионе вследствие его выгодного географического расположения на стыке континентов и цивилизаций, перекрёстке ключевых трансазиатских торговых магистралей сформировался мощный транзитный центр, характерной особенностью которого является сосуществование на относительно ограниченном пространстве большого количества самых разнообразных транспортных проектов. Эти международные проекты одновременно конкурируют и дополняют друг друга, отражая пёструю палитру геополитических и геоэкономических интересов внутренних и внешних акторов, соперничающих за влияние в регионе. В данной статье исследуются основные международные транспортные инициативы, реализуемые в регионе Прикаспия, а также возможности их сопряжения и софункционирования в контексте геополитических интересов государств, лоббирующих проекты и участвующих в них
Müəllif :
Гидаятова С.А. Бакинский Государственный Университет
Nəşr tarixi : 2021
Məqalə muzdlulara təlim keçmə, muzdluların hərbi sahədə müəyyən bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesinin həyata keçirilməsi məsələlərinə həsr olunub. Məqalədə muzdluya təlim keçmə muzdluluğun formalarından biri kimi göstərilir. Xüsusilə qeyd olunur ki, başqa ölkələrdən muzdla yığılan şəxslər hərbi münaqişədə və ya hərbi əməliyyatlarda bilavasitə iştiraka hazırlıq məqsədilə həyata keçirilir. Məqalədə xüsusilə qeyd olunur ki, həm birinci, həm də ikinci Qarabağ müharibəsində Suriyada, Livanda, Fransada və digər ölkələrdə xüsusi təlim keçmiş muzdlular Ermənistan ordusu ilə birlikdə Azərbaycan ordusuna qarşı döyüşüblər.
Müəllif :
Kərimov Ş.M., Hüseynova A.B. Milli Aviasiya Akademiyası, Bakı Biznes Universiteti
Nəşr tarixi : 2021
В современной целостной системе международных экономических отношений закономерной тенденцией является возрастание роли международного инвестиционного сотрудничества между различными странами. Наряду с трансграничным перемещением товаров и услуг, трудовой миграцией постепенно все большее место в системе международных экономических отношений занимает трансграничное движение капиталов.
Müəllif :
Фарид Хатамзаде
Nəşr tarixi : 2019
Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk vaxtından respublikamızın məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, cinayət-hüquqi siyasətin liberallaşdırılması, cəzanın humanistləşdirilməsi, cəzadan azad etmə institutunun daha geniş tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Bu baxımdan cənab Prezidentin 3 aprel 2019-cu il tarixdə imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilmısi haqqında” Fərmanı ölkəmizdə həyata keçirilən məhkəmə hüquq islahatlarının məntiqi davamıdır.
Müəllif :
Nazim Əliyev, Mirəli Kazımov
Nəşr tarixi : 2019
Konstitusiya islahatları bir tərəfdən xalq hakimiyyətinin möhkəm təməllər üzərində qurulmasına və gücləndirilməsinə xidmət edir, digər tərəfdən isə, dövlət hakimiyyətinin və dövlət idarəetməsinin həyata keçirilməsində bilavasitə iştirak edən hər bir dövlət vəzifəli şəxsin - dövlət qulluqçusunun, o cümlədən hər bir dövlət orqanının konstitusion-hüquqi məsuliyyətinin artırılmasını şərtləndirir
Müəllif :
Oruc Məmmədov
Nəşr tarixi : 2019
Məqalə Konstitusiyaya əsaslanan xalq hakimiyyətinin yerlərdə təşkili və həyata keçirilməsi problemlərinə həsr edilmişdir. Konstitusiya və qanunların müddəaları əsasında mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında münasibətlər təhlil edilir, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyətinin təşkili sahəsində həll edilməsi zəruri olan problemlər aşkar edilir və bu problemlərin həlli istiqamətləri nəzərdən keçirilir. “Bələdiyyələrlə yerli icra hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Qanunun qəbul edilməsi, bələdiyyə seçkiləri zamanı namizədlərin seçkiqabağı platformalarının mahiyyətinin seçicilər üçün açıqlanması, habelə yerlərdə sosial-iqtisadi inkişafın təmin edilməsi ilə bağlı təkliflər əsaslandırılır.
Müəllif :
Hüseynov S.Z. Milli Aviasiya Akademiyası
Nəşr tarixi : 2022