The rationale that the prosecutor joining as a party to legal proceedings in criminal justice and beyond is in the public interest, could be considered a generally accepted position. However, the question is whether the concept of the public interest, apparently self-explanatory, is, in fact, so explicit and clear. Clarification of this question requires an examination of the concept public from various angles. An overview of the legislative provisions regulating the prosecutor's participation in different proceedings may facilitate this clarification. The effectiveness of prosecutorial participation in advancing the public interest in matters of societal concern needs careful consideration. It may be assisted by comparison with foreign and international experience, which will be reflected to a certain extent in this paper.
Müəllif :
Kamran Aliyev
Nəşr tarixi : 2021
Mәqalәdә әn әvvәl hüquq mәnbәlәrinin maddi, ideoloji, formal vә s. mәnada anlamının fәrqlәndirilmәsinin zәruriliyi qeyd olunur. Hüquq mәnbәlәrinin fәrqli anlamı müәyyәn araşdırma dәyәrinә malikdir. Bunların sırasında hüquq mәnbәlәrinin maddi mәnada anlamı daha mürәkkәbdir. Bu halda mәnbә qismindә cәmiyyәtin maddi şәraiti, onun iqtisadi münasibәtlәri çıxış edir. Mәqalәdә xüsusi olaraq qeyd olunur ki, hüquq mәnbәlәrinin formal mәnada anlamı “hüquq formaları” anlayışı ilә üst-üstә düşür. Hәr ikisi dövlәtdә rәsmi olaraq tanınan hüquq normalarının ifadә formaları kimi çıxış edir. Mәhz bu mәnada hüquq mәnbәlәri vә hüquq formaları anlayışlarının eyniliyi müşahidә olunur. Müәllif yanaşmasına görә, hüquq mәnbәlәrinә dair müxtәlif tәsnifatlar hüquq mәnbәlәrinin formal (hüquqi) vә sosial olaraq daha mәntiqli bölgüsü ilә әvәz edilә bilәr. Bu zaman formal hüquq mәnbәlәri qismindә hüquqi sәnәdlәr sistemini (normativ hüquqi akt, mәhkәmә presedenti, normativ müqavilә vә s.) nәzәrdәn keçirmәk lazımdır.
Müəllif :
Yavәrzadә Y.E.
Nəşr tarixi : 2024
Sahibkarlıq münasibәtlәrinin günbәgün inkişaf etdiyi bir cәmiyyәtdә kommersiya mübahisәlәrinin mәhkәmәyә qәdәr icraat çәrçivәsindә müxtәlif formada tәnizmlәnmәsi inkişaf edәn cәmiyyәtlәr üçün vacib elementlәrdәn biridir. Belә ki, cәmiyyәtdә inkişaf edәn münasibәtlәr nә qәdәr dinamik olarsa, hәmin münasibәtlәrlә әlaqәdar yaranan mübahisәlәrdә çoxşaxәli, çoxtәrәfli vә müxtәlif hәll yollarından istifadә olunaraq hәll edilә bilәr. Bu hәll yollarından biri dә mediasiya prosesidir. Mediasiya prosesinin yeni olması onun araşdırılmasını, hәmin proses üçün faydalı olacaq halların müәyyәnlәşdirilәrәk qanunvericiliyә daxil edilmәsinin, bu sahәnin ayrıca tәdqiqini, onun inkişaf etdirilәrәk cәmiyyәtdәki münasibәtlәri tәnzimlәnmәsini şәrtlәndirir.
Müəllif :
Quliyeva N.E.
Nəşr tarixi : 2024
Mülkiyyәt hüququ hüququn fundamental kateqoriyalarından biridir. Mülkiyyәt hüququnun anlayışı dedikdә, onun bütün növ vә formalarına xas olan vә digәr növ hüquqlardan fәrqlәndirәn әlamәtlәrinin qarşılıqlı mәntiqli әlaqәsinin mәcmusu başa düşünmәlidir. Mülkiyyәt hüququ uzun tarixi inkişafın mәhsulu olsa da, ümumilәşdirilmiş kateqoriya kimi onun anlayışı ayrı–ayrı növ vә üsullarının formalaşmasından sonra yaranmışdır. Mәqalәdә mülkiyyәt vә mülkiyyәt hüququ anlayışının bәzi cәhәtlәri fәrqlәndirilir, bu kateqoriyalar ilә әmlak vә әşya kateqoriyalarının müqayisәli tәhlili aparılır. Mülkiyyәt vә mülkiyyәt hüququ anlayışlarının bir-birinә yaxın vә әlaqәli anlayışlar kimi ümumi vә fәrqli, o cümlәdәn bir-biri ilә tam üst-üstә düşmәyәn cәhәtlәri müәyyәn edilir, mülkiyyәt hüququnun mәhdudlaşdırılmasının konseptual әsasları qeyd olunur.
Müəllif :
Eminli N.M.
Nəşr tarixi : 2024
Tәqdim olunan mәqalә İnsan Hüquqları üzrә Avropa Mәhkәmәsinin (İHAM) praktikasında ayrı-seçkiliyin hüquqi tәrif edilmәsi üçün istifadә olunan meyarların vә terminlәrin xülasәsinә hәsr edilmişdir. Bu mәqsәdlә, 1960-cı illәrdәn başlayaraq baxılmış әsas işlәr tәdqiq edilmiş, Mәhkәmәnin bu sahәdә presedent hüququnun mahiyyәti vә hüquqi mövqeyi nәzәrdәn keçirilmişdir. Ayrı-seçkiliyin tәsdiq edilmәsi üçün istifadә olunan kriteriyalar konkret mәhkәmә işlәrindәn misallar göstәrilmәklә xülasә olunur. Bәzi işlәrdә yerli xüsusiyyәtlәrin vә cavabdeh dövlәtlәrin mülahizә azadlığının kifayәt qәdәr nәzәrә alınmaması Mәhkәmә fәaliyyәtinin tәkamülçü mahiyyәtinә uyğun sayılmamışdır.
Müəllif :
Novruzova S.S.
Nəşr tarixi : 2024
Mәqalә Beynәlxalq Cinayәt Mәhkәmәsinin (BCM) üzv olan vә olmayan dövlәtlәrlә hüquqi mәsәlәlәr üzrә әmәkdaşlıq problemlәrinә hәsr edilmişdir. Mәhkәmәnin iştirakçısı olma vә Statutun ratifikasiya edilmәsi milli qanunvericiliklәrdә müvafiq dәyişikliklәr edilmәsini, o cümlәdәn, Mәhkәmәnin yurisdiksiyasına aid olan cinayәtlәrlә bağlı ölkә vәtәndaşının hәbs edilmәsi vә Mәhkәmәnin sәrәncamına verilmәsi, sәrәncama vermә vә ya digәr hüquqi yardımla bağlı müxtәlif ölkәlәrdәn vә Mәhkәmәdәn sorğular daxil olduqda Mәhkәmәnin sorğusunun icra edilmәsinә üstünlük verilmәsi, şahidlәrin vә zәrәrçәkmişlәrin vә onların ailә üzvlәrinin vә digәr şәxslәrin tәhlükәsizliyinin tәmin edilmәsi üçün tәhlükәsizlik tәdbirlәrinin qәbul edilmәsini, o cümlәdәn tәsvirin vә ya sәsin dәyişdirilmәsinә imkan verәn texniki vasitәlәrdәn, audio-vizual texnologiyadan, tәhlükә altında olan şәxsә münasibәtdә tәxәllüslәrdәn istifadә edilmәsini vә digәr mәsәlәlәrin nәzәrә alınmasını tәlәb edir. Tәhlükәsizlik Şurasının situasiyanı Mәhkәmәyә göndәrmәk sәlahiyyәti, Statutun iştirakçısı olmayan dövlәtlәrin Şuranın qәrarlarını qәbuletmә, icraetmә vә kömәk göstәrilmәsi üzrә öhdәliklәrinin olması hәm Statutun ratifikasiyası, hәm dә qoşulmama barәdә qәrar qәbul edilәrkәn dövlәtin vә vәtәndaşların tәhlükәsizliyinin prioritet tәmin edilmәsindәn çıxış edәrәk hәrtәrәfli tәhlil edilmәlidir.
Müəllif :
Әsgәrova M.P
Nəşr tarixi : 2024
Mәqalә Azәrbaycan Respublikasında yerli özünüidarәnin mövcud vәziyyәtinin qiymәtlәndirilmәsinә hәsr edilmişdir. Avropa Şurasının Yerli vә Regional Hakimiyyәtlәr Konqresinin Tövsiyәlәrindә göstәrilmiş iradların vә Azәrbaycanda yerli özünüidarәnin nәticәlәrinin müqayisәli-hüquqi tәhlili Respublikada yerli özünüidarәnin inkişafını lәngidәn maneәlәrin tәsnifatını әsaslandırmağa imkan verir. Yerli özünüidarәnin inkişafına mane olan daxili vә xarici amillәrin aradan qaldırılması üçün aşağıdakı iki tәklifdәn birinin qәbul edilmәsinin zәruriliyi göstәrilir: 1) Avropa Şurası ilә Azәrbaycan arasında “Yerli özünüidarә haqqında” Avropa Xartiyasının denons edilmәsi barәdә qәrarın qәbul edilmәsi; 2) Azәrbaycanda demokratiya vә hakimiyyәtin әks-mәrkәzlәşmәsi prinsiplәrinә әsaslanan yerli özünüidarә islahatlarının aparılması.
Müəllif :
Hüseynov S.Z.
Nəşr tarixi : 2024
Bu məqalədə “Açıq Hökumət”-in anlayışı verilir. “Açıq Hökumət” demokratiyanın inkişafının əsası kimi qəbul edilir. Azərbaycan Respublikasında Açıq Hökumət elektron dövlət və elektron demokratiyanın əsası kimi araşdırılır. Açıq Hökumətin təşviqinə dair bütün fəaliyyət planları əsaslı şəkildə öyrənilir. Açıq hökumətə dair fəaliyyət planlarının icra edilməsi effektivliyi geniş şəkildə təhlil edilir. Açıq Hökumət Konsepsiyasının tarixi barədə ətraflı araşdırma aparılır. Açıq Hökumət Konsepsiyasının ilkin formada Amerika Birləşmiş Ştatlarında təşəkkül tapdığı, daha sonra Avropa ölkələrində tətbiqi barədə ətraflı məlumat verilir. Açıq Hökumət Tərəfdaşlığı təşkilatının yaranması və ilk üzv ölkələrin qəbul etdiyi sənədlərin əhəmiyyəti geniş təhlil edilir. Azərbaycan Respublikasının Açıq Hökumət Tərəfdaşlığı təşkilatına üzvlüyü və Azərbaycan Respublikasının qarşıya qoyduğu məqsədə nail olmaq üçün qəbul edilən Milli Fəaliyyət Proqramları barədə geniş statistik araşdırma aparılır.
Müəllif :
Ağamalıyev Ü.İ.
Nəşr tarixi : 2024
Məqalədə ərazi yurisdiksiyası daxilində pozitiv öhdəliklərin beynəlxalq insan hüquqları çərçivəsində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır. İnsan hüquqları konvensiyaları dövlətlər üçün öz sərhədləri daxilində insan hüquqlarını fəal şəkildə qorumaq və təşviq etmək üçün baza rolunu oynayır. Çətinliklər mövcud olsa da, beynəlxalq əməkdaşlıq və hesabatlılıq mexanizmləri müsbət öhdəlikləri gücləndirmək və universal insan hüquqlarının müdafiəsini təmin etmək üçün imkanlar təklif edir. Yaşamaq hüququ əksər konvensiyalarda neqativ öhdəlik kimi tanınan əsas insan hüququdur. Bununla belə, təhsil və səhiyyə kimi digər sahələrdə də pozitiv öhdəliklər mövcuddur ki, bu da dövlətlərdən bütün vətəndaşlar üçün bu hüquqların həyata keçirilməsini təmin etmək üçün fəal tədbirlər görməsini tələb edir. Təhsil və sağlamlıq hüququ müxtəlif konvensiyalarla qorunur, bəziləri inklüziv sistemlərin yaradılması və əsas xidmətlərə çıxışın təmin edilməsi kimi müsbət öhdəlikləri açıq şəkildə əks etdirir. Müsbət öhdəliklərin vurğulanması bütün fərdlər üçün bu hüquqların təmin edilməsi üçün dövlətin fəal fəaliyyətinin vacibliyini vurğulayır.
Müəllif :
Abbasov Ş.N.
Nəşr tarixi : 2024
Наказание, являясь одним из основных институтов уголовного права, несет в себе задачи общего и специального предупреждения, тем самым охраняя широкий круг общественных отношений. Эти задачи предусмотрены конституцией, которая является высшим правовым актом государства. С этой точки зрения назначение наказания направлено на воздержание от совершения преступлений и исправление лиц, совершивших преступления. В этом вопросе существуют разные правовые подходы к определению вида наказания и лиц, признанных виновными в совершения преступления. Некоторые ученые отстаивают концепцию ужесточения наказания, другие же исходя из предпосылок максимального приспособления наказания к принципу гуманизма, рассматривают возможность реабилитации лиц после освобождения из мест лишения свободы, поскольку они считают целесообразным назначение более мягкого наказания. Существует мнение некоторых ученых, полагающих о необходимости реабилитации отбывавших наказания лиц.
Müəllif :
Керимов Г.B.
Nəşr tarixi : 2024