Kommersiya əməliyyatlarının həyata keçirilməsi zamanı daha sürətli və operativ sənədləşmənin aparılmasında elektron imzadan istifadə böyük rol oynayır. Sürətlə inkişaf edən internet texnologiyaları vasitəsilə müqavilə və bu kimi digər sənədlərin təsdiqlənməsi, o cümlədən ticarətin ən müasir növü hesab edilən elektron ticarətin idarə olunması bu sahədə qanuni tənzimləməni də zəruri edir. Hazırki məqalə elektron imza anlayışının qanunvericilikdə yerini müəyyən edir, kommersiya əməliyyatlarının elektron qaydada həyata keçirilməsi, elektron ticarətin qanunvericilikdə tənzimini və mövcud praktiki boşluqları və çatışmazlıqları araşdırır, eləcə də bu mövzuda Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları ilə beynəlxalq sənədlər və xarici ölkələrin tənzimləmələrini müqayisəli təhlil edir. Məqalədə, həmçinin, elektron imzanın tətbiqi ilə əlaqədar Azərbaycan qanunvericiliyinə dəyişikliklər üçün bir sıra təkliflər irəli sürülür.
Müəllif :
Fidan Ələkbərova
Nəşr tarixi : 2020
Məqalədə preyudisiya institutu ilə sübutların qiymətləndirilməsi prinsipi arasındakı qarşılıqlı əlaqə məsələləri araşdırılır. Hüquq ədəbiyyatında preyudisiya institutunun sübutların qiymətləndirilməsi prinsipinin tələbləri baxımından təhlili aparılır, bu anlamda yaranan nəzəri və təcrübi problemlər təhlil edilir və çıxış yolları təklif olunur.
Müəllif :
F.M.Abbasova - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Məqalədə pandemiya kontekstində fövqəladə vəziyyətlər zamanı hökumət səlahiyyətləri ilə insan hüquqları arasında ədalətli balansın təmin edilməsi problemi araşdırılır. Burada fövqəladə vəziyyət terminin anlayışı, elementləri və bu vəziyyətlərdə insan hüquq və azadlıqlarının müdafiə olunması mexanizmi beynəlxalq qanunvericilik və Azərbaycan Respublikası Qanunvericiliyi baxımından təhlil edilmişdir. Epidemiyaların qarşısının alınması məqsədilə tətbiq edilən və insan hüquqlarına münasibətdə məhdudiyyət tədbirlərinin həyata keçirilməsinə imkan verən xüsusi karantin rejiminin qanuni əsasları tədqiq olunmuşdur.
Müəllif :
Murad Alızadə
Nəşr tarixi : 2020
Protection of the right to life has an essential role in the Human Rights system and is vital for realization of other remaining rights. For several years while dealing with cases related to other rights and creating complex elements, the European Court of Human Rights in cases concerning the right to life just examined whether the negative obligation not to kill was violated or not. However, the situation changed first with McCann v UK case, where the Court put a positive obligation on States to conduct effective investigations and evolved it with other cases that were also related to the conflict in Northern Ireland. The conflict itself is interesting from another perspective too which is called ‘Collusion’, where the State agents allegedly contacted Loyalist paramilitaries in order to eliminate Nationalist minorities so that it seemed there was not a violation of negative obligation ‘not to kill’.
Müəllif :
Elkhan Heydarli
Nəşr tarixi : 2020
Taking into consideration that there is a considerable amount of international courts and tribunals, this article explores both theoretical and practical approaches to the problem of parallel proceedings in international dispute settlement and tries to investigate its nature, (il)legality, and (im)possible solutions. Parallel proceedings arise wherever the same or a related dispute is submitted concurrently to more than one forum (arbitral tribunal or court) for resolution1 and constitute a breach of public international law. In this regard, the article examines consequences of parallel proceedings and harmful results to the dispute settlement process itself and the parties as well as tries to find fruitful solutions to this issue by analyzing the legislation of different countries, the general principles of law recognized by civilized nations, judicial doctrines such as judicial propriety and judicial comity, decisions of (inter)national courts and tribunals, works of a number of authors, different views on the issue and different practices adopted in the world. In conclusion, the article summarizes all the positions studied on the issue and expresses the attitude towards this concern and its law-violating nature.
Müəllif :
Fatima Eyyub
Nəşr tarixi : 2020
Məqalədə milli (dövlətdaxili) və beynəlxalq hüququn nisbətinin konsepsiyaları nəzərdən keçirilir, məhkəmə presedentinin Azərbaycan Respublikasının hüquq mənbələrinin növü qismində tanınmasının perspektivləri əsaslandırılır. Araşdırmanın gedişatında milli hüququn mənbələri sistemində beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinin yeri və rolu haqqında nəticələr formalaşdırılır.
Müəllif :
M.F.Məlikova - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
It should be noted that, following the establishment of the Working Group on Trade and Investment (WGTI), the key debate was on the exact description of the investment in the World Trade Organization (WTO). When it comes to the need for foreign investment, it is clear that it was an opportunity for workers to increase exports, to grow the economy, and to succeed in Sustainable Development Goals (SDGs) and Member States that were against such foreign investment to gather and lift the multilateral investment problem and call it investment facilitation. In contrast to the full clarification on the meaning of trade facilitation, investment facilitation is a wider term that is not well defined and confused with investment promotion. Therefore, the article discusses, on the one hand, the initial data on Investment Facilitation – scope, principles, its importance to the WTO, and, on the other hand, the proposed model Investment Facilitation Agreement and the proposals and views of some international organizations and states. As a result, the advantages and disadvantages of Investment Facilitation Agreement are noted.
Müəllif :
Shahlar Ibadzade
Nəşr tarixi : 2020
Məqalədə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin yaradılmasının, insan və vətəndaş hüquq və azadlıqlarının demokratik institutunun inkişafının və milli qanunvericiliyin formalaşmasının əsasını qoymuş genişmiqyaslı islahatlardan bəhs edilir. Azərbaycanda əsaslı iqtisadi, dövlət və hüquq islahatlarının həyata keçirilməsi cəmiyyətin və dövlətin inkişafında, insan və vətəndaş hüquq və azadlıqlarının genişləndirilməsində və müdafiəsində, elmin, o cümlədən hüquq elminin inkişafında əvəzsiz rol oynamışdır. Ümummilli Liderin müəyyən etdiyi əsas müddəalar öz normativ təsbitini insan və vətəndaşın demokratik hüquq və azadlıqlarının elan edilməsinin rəmzinə çevrilmiş 1995-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiyasında tapmışdır. Məqalədə, insan və vətəndaş hüquq və azadlıqları sahəsində milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər təhlil edilir, hüquqi islahatların həyata keçirilməsində demokratik ədalət mühakiməsi, konstitusiya nəzarəti prinsiplərinə əsaslanan üçpilləli məhkəmə sisteminin rolu və islahatların nəticəsi olaraq dövlət orqanlarının fəaliyyətini sadələşdirən yeni institutların yaradılması vurğulanır. Bütün bunlar, təbii ki, hüquq elminin yeni sahələrinin və tədqiqat obyektlərinin formalaşmasına öz töhfəsini verdi. Məqalədə bu məsələlərin ətraflı təhlili verilmişdir.
Müəllif :
Z.H.Əliyev - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Məqalə müasir dövrdə konstitusiya islahatlarının tədqiqində müasir metodologiyanın bəzi xüsusiyyətlərindən bəhs olunur. Əsas məqsəd müasir konstitusiya islahatlarının elmi-metodik dəyərləndirilməsi, konstitusiya islahatları ilə bağlı nəzəriyyələrin araşdırılması və onların təcrübədə tətbiqi ilə əlaqədar elmi araşdırmaların nəticələrinin ümumiləşdiril- məsindən ibarətdir. Burada, həmçinin özündə konstitusiya hüquq normaları ehtiva edən digər normativ hüquqi aktlarına edilmiş əlavə və dəyişikliklərin tədqiqatı aparılmışdır. Tədqiqat nəticəsində mövzuya dair həm yerli, həm də xarici təcrübə öyrənilmiş, bu sahədə mövcud problemlərə münasibət bildirilmişdir. Mövcud hüquq ədəbiyyatı, normativ hüquqi baza təhlil edilmiş, bir sıra tövsiyə və təkliflər irəli sürülmüşdür.
Müəllif :
A.R. Qədiməliyev - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Nəşr tarixi : 2023
Cinayət prosesual hüquq ədəbiyyatında həqiqətin aşkar edilməsi mexanizmləri əsasən iki qrupa təsnif edilir; hüquq sistemlərindəki fərqlər baxımından “Anqlo-sakson və Kontinental” [2] kimi qəbul edilən bu bölgü, əsas əlamətlərindən dolayı müxtəlif adlarla adlandırılır: “ittihamedici və sorğulayıcı (təhqiqat)”, “kooperativ və iyerarxik”, “rəqib və rəqib olmayan”. Bu məqalədə həqiqətin müəyyən edilməsində inkvizitorial və adversarial sistemlərin mexanizmləri müqayisəli təhlil edilmiş, hər sistemə xas olan ayrı-ayrı mexanizmlərin müsbət və mənfi cəhətləri ilə bağlı hüquq ədəbiyyatındakı fikirlər nəzərdən keçirilmiş, effektiv mexanizmlər, mütərəqqi cəhətlər işıqlandırılmışdır.
Müəllif :
K.N.Səlimov - Bakı Dövlət Universiteti
A.Ə.Cəbiyeva - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023