Məqalədə ən əvvəl qeyd olunur ki, yetkin hüquq düşüncəsi ictimai münasibətlərin səmərəli tənzimlənməsinə müsbət təsir göstərir - hüquq qaydasının möhkəmləndirilməsinə xidmət edir.
Məqalədə bildirilir ki, cəmiyyətdə ikili dəyərlər mövcud olduqda hüquq öz həqiqi dəyərini itirir və onun vasitəsilə bütün şəxslərin tələbatlarını ödəmək mümkün olmur. Qeyd olunur ki, hüquq düşüncəsinin inkişafında maneə olan əsas meyl bəzi insanların davranışında zamanın və cəmiyyətin tərəqqisinə cavab verməyən neqativ xarakterli “sosial təcrübə”nin yer tutmasıdır. Bu “təcrübə”yə müvafiq olaraq, üstünlük birbaşa hüquqa deyil, məhdud sosial qrup dairəsindəyayılmış davranış nümunələrinə verilir.
Müəllif xüsusi qeyd edir ki, ölkədə aparılan hüquqi islahatlar dərinləşdikcə hüquqa neqativ münasibət bəsləyən şəxslərin dairəsi də daralır.
Müəllif :
İ.H.Cəfərov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
В данной статье рассматриваются основные вопросы теории естественного права. Естественный закон относится к набору моральных принципов, которые, как считается, присущи человеческой природе и Вселенной. Эти принципы считаются универсальными и применимы ко всем людям независимо от их культуры, религии или национальности. Естественное право имеет долгую и богатую историю, восходящую к Древней Ереции. Очерки по естественному праву помогают исследовать и понятъ, как эта концепция развивалась с течением времени, ее значение в разных культурах и ее актуальность в наше время. Естественное право является фундаментальной концепцией философии. Данная статья исследует философские основы естественного права, его связь с другими философскими концепциями и то, как оно влияет на современный философский дискурс.
Müəllif :
Л.Ш.Алиева - Бакинский государственный университет
Nəşr tarixi : 2023
В статье рассматриваются современные тенденции развития цифрового маркетинга и его перспективы. Проанализированы востребованные и перспективные инструменты digital-маркетинга. Современный маркетинг приобрел много направлений: контент-маркетинг, socialmediamarketing, поисковый маркетинг, performance marketing, email маркетинг и другие, которые свидетельствуют об эволюции сферы маркетинга и её цифровизации. В эпоху развития цифровой экономики предприятиям и компаниям необходимо применять инновационный подход в решении поставленных задач, проводить эксперименты с производственными технологиями, использовать цифровой маркетинг для продвижения нового продукта
Müəllif :
С. С. Гаджиев - Бакинский Государственный Университет
Nəşr tarixi : 2022
Məqalədə ən əvvəl qeyd olunur ki, hüquq düşüncəsi hüquqi əhəmiyyət kəsb edən hallarda insanların davranışını tənzimləyən sosial-hüquqi göstərişlər və hamılıqla qəbul olunmuş dəyərlər formasında hüquqi gerçəkliyi əks etdirən şüur sahəsidir. Hüquq düşüncəsi vasitəsilə hüququn özünün və hüquqi nizamlanma üsullarının həqiqiliyi dərk edilir, hüquq haqqında elmi-praktiki biliklər formalaşdırılır. Məqalədə, həmçinin qeyd olunur ki, hüquqi təzahürlər aləminin dərk edilməsinin real alətləri qismində hüquqi ideyalar, anlayışlar, fərziyyələr, nəzəriyyələr çıxış edir ki, onların da köməyi ilə hüquqi sferanın analizi həyata keçirilir, hüquqi bilgilər toplanılır və dəqiqləşdirilir.
Müəllif :
İ.H.Cəfərov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
В данной статье исследуется соотношение естественного и позитивного права, справедливости и закона, места нормы права в естественно правовом учении. Также рассматривается научный подход Г.Кельзена и других ученых к данным понятиям.
Müəllif :
Л. Ш. Алиева - Бакинский государственный университет
Nəşr tarixi : 2022
В статье рассматриваются отдельные виды чрезвычайных ситуаций природного, техногенного, антропогенного и т.д. характера, исследуются их патогенез и этиология, негативные последствия для отдельной личности и общества в целом, анализируются причины вспышки в мире пандемии COVID-19, просчеты в организации ее локализации и оказании медицинской помощи гражданам, заразившимся коронавирусом, показана взаимосвязь между этим патогенным вирусом и уничтожением тропических лесов, непомерным извлечением из недр земли полезных ископаемых, которые являются естественным резервуаром для многих смертельно опасных для человека вирусов, затрагиваются причины терроризма и концептуальные просчеты в организации уголовноправового противодействия этому широко распространенному в мире кровавому явлению, подвергнуты системному анализу тревожные тенденции, сложившиеся во многих странах мира в брачно-семейных отношениях, переместившие эту базовую ячейку общества на край пропасти и изменившие как первозданную суть семьи, так и гендерный баланс в социуме. По мнению автора, одними из причин этого негативного феномена являются перманентное отступление многих стран мира от Создателя и Его заповедей, повсеместное игнорирование многовековых нравственных императивов и общечеловеческих ценностей.
Müəllif :
А.М.Джафаров - Министерство Юстиии Азербайджанской Республики
Nəşr tarixi : 2022
Məqalədə Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın davam edən təcavüzkar siyasətinin tarixi, siyasi və geosiyasi səbəbləri araşdırılır və ona müasir beynəlxalq hüquq müstəvisindən münasibət bildirilir. XIX əsrin birinci yarısından başlayaraq Qərbi Avropa ölkələri, Rusiya və İran Azərbaycanının tarixi ərazilərini erməniləşdirməyə başladılar. Bu işğalçılıq siyasəti XX əsrdə də davam etmiş, nəticədə Azərbaycan xalqına qarşı soyqırım və müharibə cinayətləri törədilmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzü indinin özünə kimi BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq olunmamışdır. Məqalədə belə bir nəticəyə gəlinir ki, Ermənistan təcavüzə görə beynəlxalq hüquqi məsuliyyət daşımalıdır. Bunun üçün isə beynəlxalq hüquqda kifayət qədər hüquqi əsaslar vardır.
Müəllif :
R.K.Məmmədov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
Məqalədə müvafiq qanunvericilik əsasında milli təhlükəsizlik kontekstində təhlükələrin (təhdidlərin) potensial və real növlərindən, bunun ağır və xüsusilə cinayətlərlə əlaqədar praktiki əhəmiyyətindən, təhlükəöncəsi vəziyyətdən, qabaqlayıcı tədbirlərlə onların vaxtında aşkar edilməsi və qarşısının alınmasından bəhs olunur, beynəlxalq təcrübəyə nəzər salınır, bu məsələlərdə əməliyyat-axtarış fəaliyyətinin rolu vurğulanır və qanunvericiliyin təkmilləşdirilməsinə dair bəzi təkliflər verilir.
Müəllif :
E.Q.Nəbiyev - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra burada sosial-iqtisadi həyatda baş verən islahat xarakterli dəyişikliklərin öyrənilməsi və araşdırılması günümüzdə bu sahədə baş verən proseslərin mahiyyətinə dərindən nəzər salmaq baxımından olduqca aktualdır və mühüm əhəmiyyət kəsb edir. Məqalədə XIX əsrdə Rusiya imperiyasının hökmranlığının ilk dövrlərindən başlayaraq Azərbaycanda həyata keçirilən aqrar siyasətin və kəndli islahatlarının həmin dövrdə cəmiyyətin sosial-siyasi, iqtisadi və hüquqi həyatının müxtəlif sahələrində aparılan islahatlaşma prosesindəki spesifikliyi açılıb göstərilir. Problemin araşdırılmasında əsas məqsəd mövcud mənbələrlə yanaşı, bir çox arxiv materiallarına da diqqət yetirilməsi, əvvəllərdə bu problemlə əlaqədar ortaya qoyulmuş tarixi-hüquqi yanaşmaların da nəzərə alınması ilə ümumiləşdirilmələrin və yeni dəyərləndirmələrin aparılmasıdır.
Müəllif :
X.C.İsmayılov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
Məqalədə ənənəvi yanaşma nöqteyi-nəzərindən normativ hüquqi aktların müasir hüququn ən mükəmməl və başlıca mənbəyi hesab olunduğu və bununla yanaşı olaraq müasir Azərbaycanda hüquq mənbələri sistemində məhkəmə presedentlərinin yerinin tədqiqinin vacibliyi vurğulanır. Qoyulan problemin təhlili nəticəsində belə bir mövqe ortaya qoyulur ki, son illərdə Azərbaycan hakimlərinin hüquq mədəniyyətinin və ixtisaslaşma səviyyəsinin yüksəlməsi məhkəmə praktikasının normativ tənzimləmədə mövcud olan boşluqları doldurmağa qadir olmasına ümid etməyə imkan verir. Araşdırma obyektini təşkil edən məsələlərdən biri də beynəlxalq prinsip və normaların mənbə kimi rolunun aydınlaşdırılmasından ibarətdir.
Müəllif :
Y.E.Yavərzadə - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022