Kitab Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edən folklorunun (qeyri-maddi mədəni irsin) hüquqi qorunmasından bəhs edir. Kitab aidiyyatı peşə sahibləri, elmi işçilər, ali təhsil müəssisələrinin tələbələri və elmi ictimaiyyət üçün nəzərdə tutulub
Müəllif :
Səməd Vəkilov
Nəşr tarixi : 2020
Kitabda bir fəlsəfi-elmi obyekt kimi “insan hüquqları” anlayışının fəlsəfi-məntiqi metodlarla dərk olunmasının bəzi aspektləri öz əksini tapır. İnsan hüquqları anlayışının tərkib və bütöv halda öyrənilməsinin əsasları müəyyən olunur. İnsan hüquqları anlayışına ontoloji və qnoseoloji nöqteyinəzərdən izahlar verilir, hər iki aspektdə ümumiləşdirilmələr aparılır. Belə qərara gəlinir ki, insan özü təbii bir varlıqdır. Onun hüquqları da ontoloji əsaslara, yəni təbii əsaslara malikdir. Eyni zamanda insan hüquqları qnoseoloji baxımdan da dərk olunur. Belə ki, qərara gəlinir ki, insan hüquqları nəzəri fikirlərdən ibarətdir, bu fikirlər epistemoloji (kifayət qədər əsaslandırılmış həqiqi, faktiki elmi biliklər (gerçək biliklər) nöqteyinəzərdən) olaraq, sistemli əsaslarla təhlil olunur. İnsan hüquqları anlayışının dialektik vəhdətdə dərk olunması haqqında bəzi fikirlər yer alır. Həmçinin kitabda insan hüquqlarının fəlsəfi kateqoriyalarla dərk olunmasının da əsasları öz əksini tapır. Burada fəlsəfi kateqoriyalar hüquqların sistemli olaraq inkişafının dərk olunmasını meydana gətirir. Əlavələr hissəsində obyektlərin predmet kimi öyrənilməsində istifadə edilə biləcək elmi-metodoloji aspektlər izah olunur. Kitabda əksini tapan fikirlər hüquq fəlsəfəsinin tərkib hissəsi olduğundan, əsər hüquqşünaslar, fəlsəfə ilə maraqlananlar, siyasətşünaslar və humanitar elmin digər sahələri üzrə araşdırma aparanlar üçün faydalı ola bilər.
Müəllif :
Elşən Nəsibov
Nəşr tarixi : 2014
Təqdim olunan tədris vəsaitinin birinci fəslində elmmetrikanın yaranma tarixi, Web of Science və Scopus indekslənmə bazalarında istifadə olunan əsas elmmetrik göstərcilər, onların hesablanması üsulları və təyinatı nəzərdən keçirilir. Bundan başqa Web of Science və Scopus bazalarının resurlarından istifadə ətraflı təsvir olunur. İkinci fəsil müxtəlif sistemlərdə müəllif identifikatorlarının və profillərinin yaradılmasına həsr olunmuşdur. Bu fəsildə Scopus Author Identifier, WoS (ResearcherID), ORCID, Science Index (eLIBRARY) müəllif isentifikatorlarının alınması və Google Scholar müəllif profilinin yaradılması ətraflı təsvir edilir.
Müəllif :
Lətifə Ağamalıyeva
Nəşr tarixi : 2024
"Hüquqi Baxış: Müqavilələr, İnsan Hüquqları və Sən" adlı bu kitab, hüququn əsas prinsiplərini sadə və anlaşılan dildə izah etməklə oxuculara hüquqi biliklər qazandırmağı hədəfləyir. Kitabın əsas istiqaməti insan hüquqları və müqavilə hüququdur, bu sahələr hüququn təməl elementlərini təşkil edir və fərdlərin hüquqi münasibətlərində mühüm rol oynayır. İnsan hüquqları beynəlxalq səviyyədə qəbul olunmuş fundamental hüquqlardır və BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsi (1948) bu hüquqların beynəlxalq müdafiəsinin təməl sənədi kimi çıxış edir. Bu kitab, insan hüquqlarını müdafiə etmək üçün beynəlxalq qanunvericiliklə yanaşı, yerli qanunların da əhəmiyyətini vurğulayır
Müəllif :
Vüsal Mehdiyev
Nəşr tarixi : 2023
Konstitusiya hüququ dinamik və daim inkişafda olan elmdir. Hər kəsin bu elmin inkişafına töhfə vermək hüququ var – Sizin də. Daim “niyə”, “nə üçün” və sair kimi sualları verin: Nə üçün məhkəmə məhz bu cür qərar verdi? Məhkəmə bu işi başqa nə cür həll edə bilərdi? Bəlkə məhkəmənin qərarı düzgün deyil və məhkəmə hansısa bir amili nəzər almayıb? Müasir hüquq təhsil metodlarını nəzərə alaraq, Sizin bu fənnin öyrənilməsindən götürə biləcəyiniz ən vacib dəyər konstitusiya hüququ məsələləri barədə düşünmək və təhlil etmək bacarığınızdır. Mahiyyət etibarilə konstitusiya hüququ dərsi düşünmək və təhlil etmək bacarıqlarının inkişafına yönəlmişdir.
Müəllif :
Rəşid Əliyev
Nəşr tarixi : 2014
Bu iş hökumətlərarası təşkilatlar üçün yaradılmış “Creative Commons” lisenziyasına uyğun olaraq açıq şəkildə əldə edilə bilər. Nəşriyyatçılar Birləşmiş Millətlər Təşkilatının emblemini öz nəşrlərindən çıxarmalı və onun cildinə yeni tərtibat verməlidirlər. Tərcümələrdə məsuliyyətdən imtina ilə bağlı aşağıdakı qeydlər olmalıdır: “Hazırkı sənəd qeyri-rəsmi tərcümədir və onun üçün naşir tam məsuliyyəti öz üzərinə götürür.” Nəşriyyatçılar özlərinin redaktə olunmuş fayllarını apcict@un.org elektron poçtuna göndərməlidirlər. Müvafiq mənbələr göstərilməklə sitatların surətlərinin çıxarılmasına və yenidən çap edilməsinə icazə verilir.
Müəllif :
Rəhbər dövlət qulluqçuları üçün İKT-nin Əsasları Akademiyası - ESCAP / APCICT
Nəşr tarixi : 2021
“İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri” fənni üzrə mühazirələr toplusu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində qalib elan olunmuş “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris (çap və onlayn) vəsaitlərinin hazırlanması” layihəsi çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının dəstəyi ilə hazırlanmışdır. Mühazirələr toplusunun hazırlanmasının əsas məqsədini informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin elmi-metodoloji, nəzəri və hüquqi əsaslarının ali təhsilin bakalavriat səviyyəsində tədrisinə, habelə mövcud elmi-metodiki boşluqların aradan qaldırılmasına və azərbaycandilli elmi ədəbiyyatın formalaşmasına dəstəyin göstərilməsi təşkil edir. Mühazirələr toplusu informasiya təhlükəsizliyi, o cümlədən kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibercinayətkarlığa qarşı mübarizə və digər aidiyyəti sahələrdə tətbiq olunan hüquqi tənzimləmə mexanizmlərinə dair təhsilalanların biliklərinin artırılmasına dəstək verəcəkdir.
Müəllif :
Elvin Balacanov, Təbriz Cəfərov, Humay Hüseynova, Vüqar Qədimov
Nəşr tarixi : 2024
Dərslik Milli Aviaisya Akademiyasında bakalavriat səviyyəsində Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi ixtisasının tədris planında yer alan Mülki aviasiyada informasiya təhlükəsizliyi fənninin proqramı əsasında tərtib edilmişdir. Kitabda sistem yanaşma əsasında müəssisənin informasiya təhlükəsizliyi məsələlərinə, informasiya təhlükəsizliyinin təmini prinsiplərinə baxılmış, informasiyaya olan təhlükələrin təsnifatı, xarakteristikaları, onlarla mübarizə üsulları təqdim edilmişdir. Dərslik ilk növbədə ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulsa da, ondan müəssisələrdə informasiya proseslərinin təhlükəsizliyinin təmini ilə məşğul olan mütəxəssislər də istifadə edə bilər.
Müəllif :
Milli Aviasiya Akademiyası - X.İ.Abdullayev, N.T.Nağıyev, R.M.Muxtarov
Nəşr tarixi : 2019
“Gender Bərabərliyi” kitabı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ GmbH) tərəfindən icra edilən Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə layihəsi çərçivəsində nəşr olunmuşdur. Hüquqi vəsaitdə kişi və qadınlar arasında bərabərliyin təmin edilməsi, cinsi ayrı-seçkiliklə mübarizə, qadınların qərarqəbuletmədə təmsilçiliyi, beynəlxalq təşkilatların təcrübəsi və digər məsələlər əks olunub. Dərs vəsaiti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalara və milli qanunvericiliyə əsasən hazırlanıb. 6 fəsildən ibarət vəsait aydın və anlaşıqlı dildə yazılıb, ali təhsil ocaqları və dövlət orqanlarının istifadəsi üçün yararlı hesab edilir. Vəsaitin ali təhsil ocaqlarında “İnsan hüquqları”, “Gender bərabərliyinə giriş”, “Ailə hüququ” və digər fənnlərin tədrisində tətbiqi məqsədəuyğun hesab edilir.
Müəllif :
Səfərov Elgün, Səfərova Nigar
Nəşr tarixi : 2023
Qərbi Azərbaycandan etnik təmizlənmənin sonuncu mərhələsi (1987-1991) Çalxanqalaya köç kitabı. "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin "Çalxanqala: qaçqınların qayıdış həsrəti" layihəsi çərçivəsində hazırlanmışdır. Kitabda sonuncu etnik təmzilənmənin başlanması fonunda Qarabağı Ermənistana birləşdirlməsi "harakatının" ideoloqları Sumqayıt təxribatı, Quqark faciasi, Hamamlı zəlzələsi və digər hadisələr tarix və hüquq kontekstində araşdırılmış həmçinin Qərbi Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndinə köçürülən əhali barəsində də geniş məlumatlar əksini tapmışdır.
Müəllif :
Səməd Vəkilov
Nəşr tarixi : 2024