Axtarışın nəticələri

Hüquq və İnsan Haqları İnstitutunda tələbələr və hüquqşünaslara təlim keçirilib

Hüquq və İnsan Haqları İnstitutu dekabrın 4-də hüquq ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıyan maarifləndirici təlim keçirib. “Mülkiyyət hüququnun müdafiəsi və Avropa İnsan Hüquqları Konvensiyası kontekstində mülkiyyət hüquqları” mövzusuna həsr olunan tədbir ali təhsil müəssisələrinin hüquq fakültələrində təhsil alan tələbələri və hüquqşünasları bir araya gətirib.

Ətraflı

Hüquq və İnsan Haqları İnstitutu Naxçıvan Dövlət Universitetində təqdimat keçirib

Hüquq və İnsan Haqları İnstitutu dekabrın 2-də Naxçıvan Dövlət Universitetində hüquqi maarifləndirmə, müasir rəqəmsal yeniliklərə və yeni nəşrlərə həsr olunmuş geniş təqdimat keçirib. İnstitutun fəaliyyəti, hüquqi maarifləndirmə istiqamətləri və insan hüquqları sahəsində rəqəmsallaşmanın yaratdığı yeni imkanların gənc nəslə daha yaxından tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edən tədbirdə İnstitutun Zəfər Gününə həsr olunmuş yeni nəşri – “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı universitet ictimaiyyətinə təqdim olunub.

Ətraflı

Naxçıvanda bələdiyyə nümayəndələrinə təlim keçirilib

Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) bələdiyyələrin fəaliyyətinə dair növbəti təlimi dekabrın 1-də Naxçıvan Muxtar Respublikasında təşkil edilib. “Bələdiyyələrin fəaliyyətində insan hüquqları aspekti” mövzusunda təlim İnstitut və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsi ilə birgə həyata keçirilib.

Ətraflı

Beynəlxalq hüquq və cinayət-prosessual hüquq sahəsində üç yeni kitab ictimaiyyətə təqdim edildi

Noyabrın 21-də "Hüquq və İnsan Haqları İnstitutu" (İnstitut) publik hüquqi şəxsin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru Mətanət Əsgərovanın yeni nəşr olunmuş üç kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda "Beynəlxalq hüquq" (Ümumi hissə), "Уголовно процессуальное право" (I Tom, Общая часть) və "Уголовно процессуальное право" (II Tom, Особенная часть) adlı kitablar geniş auditoriyaya təqdim olunub.

Ətraflı

Daxili İşlər və Səhiyyə nazirliklərinin əməkdaşları üçün təlim keçirilib

Oktyabrın 23-də “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs (İnstitut) tərəfindən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi” mövzusunda təlim təşkil olunub. Təlimdə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin, Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Psixiatriya Xəstəxanasının və Respublika Narkoloji Mərkəzinin ümumilikdə 24 əməkdaşı iştirak edib.

Ətraflı