Cinayət prosesində mülki iddia vermək dispozitiv xarakterli hüquqlardan biridir. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir.Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır.
Müəllif :
Qəhrəman Cəfərov - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının dosenti
Nəşr tarixi : 2021
Məqalədə mülki prosesdə nümayəndəlik institutunun konseptual-hüquqi problemləri, anlayışı ilə bağlı nəzəri məsələlər tədqiq edilmişdir. Mülki prosesdə nümayəndəlik institutu Antik dövrdə yaranmış və cəmiyyətdə hüquq münasibətlərinin inkişaf dinamikasına paralel şəkildə inkişaf etmişdir. Məqalədə mülki prosesdə nümayəndəlik institutunun anlayışı ilə bağlı nəzəri məsələlər də təhlil edilmişdir. Bu istiqamətdə elmi ədəbiyyatlardakı fikir müxtəlifliyi müqayisəli şəkildə tədqiq edilmişdir. Mülki prosesdə nümayəndəlik geniş anlayışdır və hüquqi və fiziki şəxslərin mülki hüquq və azadlıqlarının müdafiəsi və yaxud da pozulduğu halda bərpası məqsədilə fəaliyyət qabiliyyətli şəxslər tərəfindən göstərilən yardım və ya sadəcə təmsilçilikdir. Azərbaycan hüquq sistemində nümayəndəlik institutuna, xüsusilə də mülki prosesdə nümayəndəlik məsələlərinə xüsusi diqqət ayrılmışdır. Konstitusion səviyyəsində bu məsələlər ümumi şəkildə tənzimlənmiş və digər qanunlarda və məcəllələrdə müvafiq sferada məsələlərin hüquqi tənzimlənməsi konkretləşdirilmişdir.
Müəllif :
Hüseyn Əsgərov - Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının dissertantı
Nəşr tarixi : 2021
ABŞ Dövlət Departamentinin sabiq mətbuat katibi Christine Shelly Ruandada soyqırım cinayətinin törədilməsi barədə məlumat verərkən müxbirlərdən biri “əməlin soyqırım kimi qiymətləndirilməsi üçün neçə aktın törədilməli” olmasına dair sual vermiş, Shelly isə bu suala cavab verə bilməmişdir. Qeyd edi lən sualın cavablandırılması soyqırım cinayətinin mahiyyətinin aşkarlanması baxımından ən problemli nəzəri-praktiki xüsusatları özündə ehtiva edir və bu məqalə həmin xüsusatların araşdırılmasına həsr edilmişdir. Göstərilən sualı cavablandırmaq daha geniş həcmli tədqiqat tələb etsə də hazırkı məqalədə bu məsələ müxtəsər şəkildə müzakirə olunacaq, nəzəri problemlər və ziddiyyətlərdən daha çox beynəlxalq cinayət hüququnda ümumqəbul edilmiş tezislər diqqətə çatdırılacaqdır.
Müəllif :
Təbriz Musayev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun baş məsləhətçisi
Nəşr tarixi : 2023
Xalqımıza qarşı sülh və insanlıq əleyhinə, digər cinayətlər, o cümlədən Xocalı qətliamını törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin rəhbərliyi ilə Hərbi Prokurorluq tərəfindən qanunvericiliyin, eləcə də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq kifayət qədər işlər görülüb.
Müəllif :
Firad Əliyev Azərbaycan Respublikasının Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri
Nəşr tarixi : 2024
В статье рассматривается юри дическая природа прав на результаты интеллектуальной деятельности и уяснения их места в системе права, характер и содержание этих прав. По мере дальнейшего развития научно-технического прогресса появляются новые объекты промышленной собственности, требующие новых способов правового регулирования и общего совершенствования законодательства, связанного с признанием и охраной прав интеллектуальной собственности, как на национальном, так и на международном уровне. Так как патентные права имеют территориальный характер, обеспечить их международно-правовую защиту лишь национальным правом невозможно. В международно-правовой защите патентных прав международные и национальные правовые нормы участвуют параллельно. Выражая одну и ту же волю, эти нормы, выраженные в различных формах, составляют правовую основу режима целостности защиты патентных прав.
Müəllif :
Нигяр Маммадова - Докторант кафедры международного частного права и европейского права Бакинского государственного университета
Nəşr tarixi : 2021
Исследован зал суда как составляющая судебной символики. Как структурные особенности судебного зала рассмотрены его зонирование, наличие государственной символики и места для судьи или судей (как правило на возвышении), а также места для присяжных (при наличии), места для секретаря и мест для сторон, трибуна для свидетелей (для показаний). Зал уголовного суда предусматривает наличие камеры для обвиняемого под стражей. Современные залы суда оборудуются системами технического фиксирования судебного процесса и оргтехникой, в частности, для видеоконференций и воспроизведения электронных доказательств. Размещение места для судьи (судей) на возвышении имеет символическое значение и призвано способствовать тому, чтобы было видно, что происходит именно правосудие, что судья (или председательствующий судья при коллегиальном рассмотрении) руководит судебным процессом, а все остальные участники должны выполнять распоряжения судьи (или председательствующего судьи), и именно суд принимает решение по делу. Наличие государственной символики (герба и флага) в зале судебных заседаний, которые видны при рассмотрении дела и провозглашении судебного решения, а также видны на видеозаписи судебного заседания, если таковая осуществляется, символизирует властный и обязательный характер самого судебного процесса и принятого по его результатам судебного решения, принятие судом решений властной силой государства и от его имени.
Müəllif :
Алексей Кравчук - доктор юридических наук, доцент, судья Высшего антикоррупционного суда, профессор Киевского политехнического института имени Игоря Сикорского (Украина)
Иван Остащук - доктор философских наук, профессор, профессор Национального педагогического университета имени М.П.Драгоманова (Украина)
Nəşr tarixi : 2021
Azərbaycan Respublikasında istintaq edilmiş bəzi qanunsuz miqrasiyanın təşkilinə dair cinayət işləri üzrə MDB üzv ölkələrin cinayət qanunvericiliyində boşluqların, ziddiyyətlərin mövcud olması müəyyən edilmişdir. Bu isə qanunsuz miqrasiyanın təşkili cinayətlərinin istintaqında, bu kimi əməllərin qarşısının alınmasında hüquqi problemlər yaradır.
Müəllif :
Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini, baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi
Nəşr tarixi : 2024
Mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizə hər bir cəmiyyətdə olduğu kimi bizdə də hər zaman aktual olaraq qalmaqdadır. Müasir dövrdə bu növ cinayətlərin sürətlə yeni-yeni təzahür formaları və törədilmə üsulları yaranır. Ona görə də qanunvericilik, məhkəmə şərhləri və izahları ya bu sürətli dəyişmələrə çevik reaksiya verməli, ya da elə səviyyədə olmalıdır ki, cinayət təqibini həyata keçirən orqanlar cinayət törətmiş şəxsi məsuliyyətə cəlb edərkən çətinliklərlə üzləşməsinlər, cinayət törətmiş şəxslər məsuliyyətdən kənarda qalmasın, cinayətkar qəsdə məruz qalmış şəxslərin pozulmuş hüquqları bərpa edilsin.
Müəllif :
Yasin Mikayıllı Daxili İşlər Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin rəis müavini, polis polkovniki
Nəşr tarixi : 2023