Cinayət mühakiməsinin rəqəmsallaşması reallığa əsaslanmış qaçılmaz və mürəkkəb bir prosesdir. Cinayət prosesinə yeni texnologiyalardan istifadə edilməsi hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciətlərin elektron formatda verilməsini, işin materiallarının rəqəmsal formata çevrilməsini, ibtidai istintaq zamanı videokonfrans rejiminin tətbiq edilməsini, məhkəmələr tərəfindən işlərin distant formada aparılmasını, məhkəmə iclasının audio-protokollarının aparılmasını, məhkəmə hərəkətlərinin avtomatlaşdırılması üçün süni zəkanın istifadə edilməsi və sair məsələlərini əhatə edir. Digər tərəfdən, cinayət mühakimə prosesinin rəqəmsallaşdırıl masının tədqiqatı və nəticələrini təcrübi və nəzəri baxımdan təhlil etmək – bu prosesdə lehinə və əleyhinə olan arqumentlərə aydınlıq gətirməyə imkan verir.
Müəllif :
Əmir Ocaqverdiyev Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi, Nigar Əskərova şöbənin böyük prokuroru
Nəşr tarixi : 2023
Эта статья исследует преступления против несовершеннолетних в Республике Азербайджан, фокусируясь на законодательстве, проблемах и перспективах. В статье обсуждаются разнообразные виды преступлений, совершаемых против детей, включая детское насилие, детские сексуальные преступления, торговлю детьми, детскую дискриминацию и насилие в образовательных учреждениях. Она также рассматривает меры профилактики и поддержки жертв. Статья подчеркивает вызовы, с которыми сталкивается Азербайджан в этой области, и предлагает перспективы для улучшения ситуации, включая повышение осведомленности и сотрудничество с международными организациями.
Müəllif :
Нигяр Аскерова Старший прокурор Отдела стратегического планирования и определения рисков Научно-Учебного Центра Генеральной Прокуратуры Азербайджанской Республики
Nəşr tarixi : 2023
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində, o cümlədən dövlətimiz tərəfindən ölkədə və respublikamızdan kənarda görülən nəhəng işlər, həyata keçirilən sistemli və ardıcıl tədbirlər nəticəsində tarix boyu xalqımıza qarşı törədilən deportasiyalar, soyqırımlar, terrorlar və digər sülh və insanlıq əleyhinə cinayətlər, o cümlədən Xocalı, Qaradağlı, Ağdaban, Başlıbel, Bağanıs Ayrım, Meşəli, Kərkicahan qətliamları və sair insanlığa sığmayan vəhşiliklərlə törədilmiş cinayətlər, eləcə də Ballıqaya faciəsi barədə tarixi reallıqlar dünya ictimaiyyətinə çatdırılmış və hətta onların bəzilərinə beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsinə müvəffəq olunmuşdur.
Müəllif :
Firad Əliyev Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri
Nəşr tarixi : 2023
İnsanın əsas sosial-iqtisadi hüquqları içəri-sində mühüm yerlərdən birini Azərbay-can Respublikası Konstitusiyasının 38-ci maddəsində əks olunmuş sosial təminat hüququ tutur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində hər bir şəxsin yaşına, xəstəliyi-nə, əlilliyinə, ailə başçısını itirməyə görə və qa-nunla nəzərdə tutulan digər hallarda sosial təmi-nat hüququnun təmin edilməsi təsbit olunmuşdur. Ona görə ki, cəmiyyətin üzvü olan hər bir vətən-daşın sosial təminata olan konstitusion hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğ-də sosial təminatın müvafiq növlərini (pensiya, müavinat, sosial xidmət və s.) almaq hüququnu nə-zərdə tutur. Azərbaycan Respublikasının Konstitu-siyasının 71-ci maddəsinin II hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cüm-lədən insanın subyektiv hüququ kimi çıxış edən so-sial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz
Müəllif :
Mayis ƏLİYEV
BDU-nun Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru
Nəşr tarixi : 2023
Məlum olduğu kimi II dünya müha-ribəsindən sonra artıq insan hüquq və azadlıqları beynəlxalq müstəvidə daha da qabardılaraq ön plana keçirilməyə başlanmış, insan və onun hüquqları ən ali dəyər kimi qəbul edilmişdir. Eləcə də müasir dünya dövlətlərinin demək olar ki, hər biri tərəfindən qəbul edilən və dövlətlərin daxili qanunvericiliklərində təsbit edilən əsas insan quqları uzun sürən formalaşma mərhələləri keçərək günümüzdəki inkişaf səviyyəsinə çatmışdır. Bu baxımdan insan hüquqları şərti olaraq “birinci, ikinci və üçüncü nəsil hüquqlar” olaraq qruplaşdırılır [5, s. 101]. Birinci nəsil hüquqları “mülki və siyasi hüquqlar”, ikinci nəsil hüquqları “sosial, iqtisadi və mədəni hüquqlar”, üçüncü nəsil hüquqları isə “həmrəylik (kollektiv) hüquqlar” təşkil edir
Müəllif :
Ata Vəliyev -Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “Mülki hüquq” kafedrasının baş müəllimi, polis baş leytenantı
Nəşr tarixi : 2023
Müasir dövrdə insan hüquqlarının səmərəli müdafiəsi üçün milli hüquq sistemlərində ədalətli hüquqi prosedurun mövcud olması prinsipial əhəmiyyətə malikdir. Ədalətli hüquqi prosedurun təmin edilməsi dövlətlərin insan hüquqları sahəsindəki pozitiv öhdəliklərindən irəli gəlir. Qeyd edim ki, ədalətli hüquqi prosedur kifayət qədər geniş anlayışdır. Bu anlayışa hakimiyyətin həyata keçirilməsi proseduru, şikayət və müraciətlərə baxılması proseduru, hüquqi məsuliyyətə cəlb olunma prosesi və sair aid edilir. Hazırkı məqalədə ədalətli hüquqi prosedur anlayışının yalnız bir komponenti – səmərəli cinayət araşdırması prinsipi nəzərdən keçirilir. Məqalədə əsas diqqət işgəncəyə və qeyri-insani və ya ləyaqəti alçaldan rəſtara və ya cəzaya məruz qalmamaq hüququnun təmin edilməsi və məişət zorakılığı ilə mübarizə sahəsində bu prinsipin roluna və əhəmiyyətinə yetirilmişdir.
Müəllif :
Ceyhun Qaracayev Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin hakimi, hüquq elmləri doktoru, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının professoru, İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəſtarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin üzvü
Nəşr tarixi : 2023
Heyətin idarə olunmasında ənənəvi yanaşmalar artıq günün tələbinə cavab verməməklə müasir, daha çevik imkanlara yol açaraq sıradan çıxmış olurlar ki, burada çevik yanaşmalar sırasında distant (məsafədən) iş, müvəqqəti iş, podrad və s. kimi imkanlar daha geniş müzakirə olunur. Hazırda tərəflər özünü uzun müddətli ohdəliklərlə bağlayacaq klassik yanaşmada qəbul etdiyimiz müddətsiz əmək müqaviləsi deyil, daha geniş çeviklik imkanları gətirəcək alterantiv alətlər axtarışındadılar ki, bu isə artıq dünyada gedən ümumi qlobal proseslərlə bilavasitə əlaqələndirilə bilər. Digər tərəfdən işçi daha çox stabil iş imkanları axtarışında ola bilir ki, daha əvvəl sadalanlar sırasından olan müddətli iş anlayışı bu tələbata tam cavab verməyə bilir.
Müəllif :
Azər Rəhimov - Bakı Dövlət Universitetinin, Hüquq Fakültəsinin elmlər doktoru hazırlığı üzrə dissertantı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Mediasiya Şurasının üzvü, hüquq üzrə fəlsəfə doktoru.
Nəşr tarixi : 2023
software refers to the programs, appli-cations, and data that are used to oper-ate and manage computer systems and devices. In essence, it is the set of instructions that tells a computer what to do, how to do it, and when to do it [9, p. 60]. Software has become an integral part of modern society, playing a critical role in everything from communication and en-tertainment to commerce and education. Overall, software has become an essential component of modern life, enabling us to work smarter, com-municate better, and live more connected and ful-filling lives.
Müəllif :
Gunel Najafzade -Baku State University, Student in Master of Intellectual Property Law
Nəşr tarixi : 2023
İnsan hüquqları ən ümumi mənada ifadə edilərsə, insanın insan kimi varlığından irəli gələn danılmaz və əvəzolunmaz təbii qazanclarını ifadə edir. İnsan hüquqlarının mənbəyi insanın öz fitrətidir. Texnologiyanın inkişafı tarixdə insan hüquqları ilə bağlı həmişə çətinliklər və mübahisələr yaradıb. Bu məqalədə süni intellekt texnologiyalarının insan hüquqları baxımından yaratdığı çətinlikləri və riskləri təqdim edəcəyik. Əslində insan hüquqları mövzusuna zaman-zaman toxunulmuşdur. Çünki, yarana biləcək təhlükə və risklər son nəticədə insan hüquqlarına əsaslanır.
Müəllif :
Turan Məhərrəmbəy - Milli Aerokosmik Agentliyinin Xüsusi Konstruktor Texnoloji Bürosu, elmi işçi,
Elnur Məmmədzadə - Milli Aerokosmik Agentliyinin Xüsusi Konstruktor Texnoloji Bürosu, elmi işçi
Nəşr tarixi : 2023
Məqalədə peşəkar hüquqi yardım hüququnun anlayışı və məzmunu hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və beynəlxalq praktika əsasında geniş təhlil edilir. Qeyd edilir ki, əsas insan hüquq və azadlıqlarından biri hesab edilən peşəkar yardım almaq hüququ müasir dövrdə insan və vətəndaşın layiqli həyat səviyyəsinin təmin edilməsində xüsusi əhəmiyyəti ilə seçilir. Digər tərəfdən müasir dövrdə peşəkar hüquqi yardım almaq hüququ ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsində əhəmiyyətli bir məsələ kimi də qiymətləndirilir. Bir-biri ilə sıx əlaqəli olan bu iki əsas insan hüquqlarının təmin edilməsini ayrı-ayrılıqda düşünmək qeyri-mümkündür ki, bu da demokratik cəmiyyətlərdə peşəkar hüquqi yardım hüququnu müzakirələrin mərkəzinə gətirən əhəmiyyətli məsələlərdən birinə çevirmişdir. Məqalənin sonunda belə bir nəticəyə gəlinir ki, peşəkar hüquqi yardım hüququnun məzmunu və həcmi hüquqi çərçivədən, mövcud resurslardan və sosial ehtiyaclardan asılı olaraq yurisdiksiyalar arasında dəyişə bilər. Hər bir yurisdiksiyada xüsusi qanunlar, qaydalar və ya siyasətlər peşəkar hüquqi yardım hüququnun əhatə dairəsini müəyyən edir. Ona görə fərqli ölkələrdə mövcud olan hüquq münasibətlərində peşəkar hüquqi yardım ilə bağlı fərqli məzmun və anlayışlara rast gəlmək olur.
Müəllif :
Polad Mehdiyev - Doktorant, Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022