Məqalədə müasir dövrdə beynəlxalq qeyri-hökumət təşkilatlarının beynəlxalq münasibətlərin tənzimlənməsində rolu onların fəaliyyətlərinin əsas elementləri və inkişaf istiqamətləri üzrə təhlil edilir. Bu zaman hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyinə və beynəlxalq praktikaya müraciət edilir. Qeyd edilir ki, beynəlxalq qeyri-hökumət təşkilatları ən ciddi beynəlxalq problemləri effektiv şəkildə həll etmək qabiliyyətinə görə mühüm əhəmiyyət kəsb edirlər. Bu cəhətdən onların fəaliyyət dairələrinin daha genişləndirilməsi beynəlxalq ictimaiyyətin qarşısında dayanan əsas vəzifələrdən olmalıdır. Bundan başqa, beynəlxalq qeyri-hökumət təşkilatlarının beynəlxalq hökumətlərarası təşkilatlarla və dövlətlərlə müxtəlif istiqamətlərdə sıx əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi də zəruridir.
Müəllif :
Elnarə Mirzəyeva - Hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
After the most recent advancements in networks and the computer sector, the word "cybercrime" was coined. "The unauthorized use of any communication equipment to commit or enable the commission of any illegal act" is the definition of cybercrime. In the Criminal Code of AR, there is a separate chapter on cybercrimes. Illegal access to electron-computer information; creation, use and distribution of nocuous programs for electron-computers; infringement of service regulations on electron-computers, computer systems or their network are considered cybercrimes due to na-tional legislation and they all have their responsi-bilities
Müəllif :
Nargiz Hajiyeva - “Information Law” specialization, master’s degree Faculty of law, Baku State University
Nəşr tarixi : 2023
Məqalədə beynəlxalq humanitar hüquq və “müharibə cinayətləri” anlayışlarının formalaşmasının tarixi-nəzəri aspektlərinin qarşılıqlı əlaqəsi hüquq ədəbiyyatında mövcud fikir müx - təlifliyi və beynəlxalq praktika əsasında təhlil edilir. Qeyd edilir ki, müharibə cinayətlərinin anlayışı və mahiyyəti bu istiqamətdə mövcud normaların tarixi kökləri ilə birbaşa əlaqədardır. Bu sahədə əsas beynəlxalq normaların təhlili müharibə cinayətlərində tarixilik faktorunu xüsusi olaraq göstərir. Digər beynəlxalq normalardan öncə beynəlxalq humanitar hüquq normalarının formalaşması, dövlətlərin bu istiqamətdə razılaşmalara daha önəm verməsi, hətta bu isti qamətdə dini normaların mövcudluğu da qeyd edilməlidir. Primitivlikdən ən mürəkkəb qaydalara qədər beynəlxalq humanitar hüquq qaydalarının formalaşması müharibə cinayətləri anlayışının da meydana gəlməsinə səbəb olmuş, XIX əsrin ikinci yarısından sonra qəbul edilmiş mühüm beynəlxalq sənədlərlə müharibə cinayətləri ilə mübarizənin hüquqi əsası qoyulmuş, XIX əsrin sonu - XX əsrin əvvəllərində isə Haaqa konfranslarında qəbul edilmiş beynəlxalq sənədlərlə daha da möhkəmlənmişdir. Özünün ən əhəmiyyətli hüquqi əsaslarına isə 1949-cu il Cenevrə Konvensiyalarının qəbul edilməsi ilə nail olunmuşdir. Sonradan qəbul edilmiş mühüm bey nəlxalq sənədlər, hazırda Beynəlxalq Cinayət Məhkəməsinin yaranması və fəaliyyəti isə bunun əyani praktiki təsdiqidir.
Müəllif :
Mehriban Əyyubova - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
Müasir dövrdə cinayətkarlıqla mü-barizə işinin təkmilləşdirilməsi is-tiqamətində nəzəri və təcrübi mə-sələlərin uğurlu həlli mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizdə həyata keçirilən ümumsosial təd-birlər cinayətkarlığın səbəblərini mexaniki surət-də aradan qaldırmır. Bunun üçün ictimai və döv-lət mexanizminin mütəşəkkil və gərgin fəaliyyəti tələb olunur.
Müəllif :
Rəşid Yusifov - Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “Cinayət hüququ” kafedrasının müəllimi, polis leytenantı
Nəşr tarixi : 2023
На сегодняшний день Всемирная сеть Интернет играет роль ключевого фактора в разных сферах общественной жизни. Интеграция объектов авторского права во всемирную паутину, а также создание этих самых объектов в сети ярко демонстрирует факт того, что глобальная цифровизация не обошла стороной также и сферу творческой про - мышленности. По праву можно отметить тот факт, что в современный период Интернет является основной платформой для креативной индустрии. Естественно всё это порождает различные вопросы касательно прав Интеллектуальной Собственности, а именно авторских прав, проблему их защиты и обеспечения, выявлению нарушений и т. д. В сети Интернет циркулирует различное количество музыкальных произведений, про - изведений литературы, художественных и аудиовизуальных произведений. Самой по пулярной средой их обитания и распространения в сети служат такие социальные сети как Facebook, Twitter, Вконтакте, YouTube и т д. Контент же, включающий в себя различного рода объекты авторского права как, музыкальные, аудиовизуальные и иные про - изведения, является основным двигателем социальных сетей. Соответственно он служит центральным объектом авторско-правовых отношений в соцсетях. Касательно же лицензий Криэйтив Коммонс необходимо отметить их революционную роль в обес печении авторских прав в сети Интернет, позволили свободный оборот результатов твор - ческого труда правообладателя с указанием его авторских прав.
Müəllif :
Орхан Рагимов - Главный советник Центра Обеспечения Прав Интеллектуальной Собственности Агентства Интеллектуальной Собственности Азербайджанской Республики
Nəşr tarixi : 2022
Cəza təyin etmək təcrübəsi cinayət hüququ normasının səmərəliliyinin, ictimai münasibətləri qorumaq qabiliyyətinin mühüm göstəricisidir. Cinayət Məcəlləsinin 306-cı maddəsinin sanksiyasında cəza növlərinin qeyd edilməsinin optimallığı və məqsədəuyğunluğu məsələlərini nəzərə alaraq, əlbəttə ki, nəticələrimizi və təkliflərimizi məhkəmə təcrübəsinin reallıqları ilə təhlil etmək və əlaqələndirmək lazımdır.
Müəllif :
Ülvi Əsədullayev - Bakı Dövlət Universitetinin “Cinayət hüququ və kriminologiya” kafedrasının doktorantı
Nəşr tarixi :
Bank xidmətləri, insanların həyatında mühüm rol oynayan əsas iqtisadi proseslərin əhəmiyyətli bir hissəsidir. İqtisadiyyatın inkişafı ilə birlikdə, bank sektorunda təcrübələr mühüm dəyişikliklərə uğrayır və bu prosesdə ənənəvi və elektron bank xidmətləri arasındakı fərqlər daha da dərinləşərək, müxtəlif aspektlərdən özünü göstərir. Elektron bank xidmətlərinin inkişafı ənənəvi bank xidmətlərinin formalarını və metodlarını dəyişdirmiş, müştərilərə daha geniş seçim imkanları təqdim etmişdir. Bu məqalədə "Banklarda ənənəvi bank xidmətləri və elektron bank xidmətləri arasındakı fərqlər" mövzusu ətraflı şəkildə tədqiq ediləcək və hər iki bank xidmətlərinin xarakteristik üstün və zəif cəhətləri tədqiq ediləcək, gələcək inkişaf perspektivləri araşdırılacaqdır. Müvafiq araşdırma ilə əlaqədar son illərdə xidmətlərin daha da elektronlaşması ilə əlaqədar qanunvericilikdə aparılan islahatlara istinadlar veriləcək, həmçinin qabaqcıl ölkələrin təcrübələri təhlil ediləcəkdir.
Müəllif :
Fərahim Hüseynzadə - Doktorant, Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
Hal-hazırda əksər dövlətlərin qanunvericiliyi informasiya texnologiyaları sahəsindəki pozuntuların qiymətləndirilməsinə vahid yanaşmanın olmaması ilə xarakterizə olunur. Bundan əlavə, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi və istifadəsini tənzimləyən qanunvericiliyin mükəmməl olmaması, texnoloji tərəqqinin müxtəlif aspektlərinin hüquqi tənzimlənməsinə yanaşmalarda tənzimləyici bazanın bölünməsi ümumi hüquqi problem olaraq qalmaqda davam edir. Bu da informasiya hüquq pozuntularının artmasına və bir çox hallarda latent qalmasına gətirib çıxarır. Məqalədə informasiya-hüquq pozuntuları və informasiya-hüquqi məsuliyyətlə bağlı problemlərin hüquqi və təcrübi aspektdən təhlili aparılmış, təklif və tövsiyələr irəli sürülmüşdür.
Müəllif :
Hüseyn Əlizadə - Baku Dövlət Universitetinin Hüquq Fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2022
Cəmiyyətdə son dövrlərdə texnologiyanın sürətli inkişafi nəticəsində “sosial həyat”-ın “virtual həyat”-la paralel irəlilədiyi müşahidə edilmişdir. Nəticədə insanlar “rəqəmsal aləmdə” “yaşamağa” başlamışlar. Sözsüz ki, insanlar bu aləmdə bir fərd kimi öz hüquqlarını da yeni bir müstəviyə gətirib çıxarmış və bununla da hüquqa yeni prizmadan yanaşmağın labüdlüyü hiss edilmişdir. Bu da öz növbəsində hal hazırda təkamül prosesində olan “rəqəmsal hüquq” adlı yeni hüquq sahəsinin yaranması ilə nəticələnmişdir. Qlobal səviyyədə bir çox sahənin rəqəmsallaşması hüququn da rəqəmsallaşmasını qaçınılmaz etmişdir. Lakin burada maraqlı nüans bu rəqəmsallaşmanın hüquqa necə və hansı üsullarla nüfuz etməsidir.
Müəllif :
Erkin Musayev - Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Cinayət hüququ və kriminologiya kafedrasının Cinayət hüququ və kriminologiya kafedrasının doktorantı
Nəşr tarixi : 2022
Hüquqi məsuliyyət institutu əksər hüquq sahələrində mühüm mexanizmlərdən biri kimi tədqiq olunur. Məhz hüquqi məsuliyyət ictimai münasibətlərin tənzimlənməsində əsas rol oynayır. Əgər müxtəlif sahələri tənzimləyən qanunvericilik aktlarına nəzər salsaq müəyyən edə bilərik ki, həmin normativ mənbələrdə onun pozulmasının hüquqi məsuliyyətə səbəb olacağı müəyyən olunmuşdur. Bu hüququnun ümumi prinsipi olan ədalətliliyin təmin edilməsi ilə yanaşı cəmiyyətdəki fərdlər üzərində preventiv təsiri ilə də seçilir. Müəyyən olunmuş hüquqi məsuliyyət şəxsi belə qeyri-qanuni hərəkətlər etməkdən çəkindirir.
Müəllif :
Aytəkin İbrahimova - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosenti
Nəşr tarixi : 2022