Bu gün Azərbaycanın dünya miqyasında nüfuzunun yüksəlməsi Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının bariz nümunəsidir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strategiya həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində Azərbaycana böyük uğurlar gətirib. Bu illər ərzində ölkəmiz bütün sahələrdə inkişaf edib, hüquqi, sivil, demokratik dövlət quruculuğu yolunda qətiyyətli addımlar atılıb. Uğurlu xarici siyasət sayəsində Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilmiş, ilbəil nüfuzu artıb, əlaqələri genişlənib, mövqeyi möhkəmlənib. İndi Azərbaycanla hesablaşırlar, regionda bütün beynəlxalq, irimiqyaslı layihələr ölkəmizin milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Müəllif :
Səadət Rüstəmova Qobustan rayon prokuroru, ədliyyə müşaviri
Nəşr tarixi : 2023
Məqalədə rəqəmsal dövrdə ifadə azadlığı və demokratik yanaşmalar hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və praktiki əsaslarla təhlil edilir. İlkin olaraq qeyd edilir ki, son illərdə elm və texnologiya sahəsində dinamik sürətlə gedən inkişaflar, xüsusilə informasiya sistemlərindəki irəliləyişlər insanların həyatında mühüm təsiredici rola malikdir. Məqalədə daha sonra, rəqəmsal cəmiyyətdə demoratiyanın inkişafı kontekstindən ifadə azadlığını izah etmək, onun lehinə arqumentlər və əsaslandırmalar irəli sürmək üçün irəli sürülən müxtəlif nəzəriyyələr geniş təhlil edilir. Qeyd edilənlər bir sıra beynəlxalq sənədlər, məsələn, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası üzrə praktiki əsaslarla nəzərdən keçirilir. Eyni zamanda, qeyd edilir ki, demokratik cəmiyyətdə ifadə azadlığına müdaxilənin zəruri olub-olmadığını araşdırark ən sosial ehtiyac təzyiqi və mütənasiblik meyarlarını bir-birindən ayrı və müstəqil nəzərə almamaq lazımdır.
Müəllif :
Ramil Aslanov - hüquq elmləri doktoru, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının professoru
Nəşr tarixi : 2022
Ulu Öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə 15 iyun 1993-cü il tarixdə növbəti dəfə hakimiyyətə qayıdışından sonra Respublikamızda bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatlar həyata keçirilməyə başlanıldı. Böyük tarixi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental islahatlar sayəsində sürətlə qüdrətlənən ölkəmizdə paralel olaraq hüquq sahəsində də əsaslı islahatların aparılmasına zəmin yarandı. Vurğulanmalıdır ki, bu sahədə aparılan islahatlarda müdrik rəhbərin 9 avqust 1994-cü il tarixli “Cinayətkarlığa qar şı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqın da” Fərmanı xüsusi əhəmiyyət kəsb etmişdir. Qeyd olunan istiqamətdə səmərəli fəaliyyət, o cümlədən adıçəkilən fərmanın uğurlu icrası hüquq-mühafizə orqanlarının cinayətkar təzahürlərə, xüsusən də, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik va sitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər olunması və “cəzanın labüdlüyü” prinsipinin reallaşması ilə nəticələndi.
Müəllif :
Şöhrət Qəhrəmanov Gəncə hərbi prokuroru, ədliyyə polkovniki
Nəşr tarixi : 2023
Hüququn aliliyinin, qanunçuluğun və ədalətin bərqərar edilməsi dərin dövlətçilik düşüncəsi, qeyri-adi idarəçilik bacarığı ilə seçilən Heydər Əliyevin bütün dövrlərdə rəhbərlik və liderlik strategiyasının ən mühüm istiqaməti, parlaq zəkasının yönəldiyi ən vacib məsələlərdən biri olub. Təbii ki, sovet hakimiyyəti dövründə hüquq sistemi mövcud ideologiyanın tələbləri, keçmiş ittifaq dövlətinin qanunvericiliyi əsasında qurulmuşdu. Çox gənc yaşlarından bu sistemdə fəaliyyətə başlayan və sıravi əməkdaşlıqdan dövlət təhlükəsizliyi orqanının rəhbəri vəzifəsinə, general rütbəsinə yüksələn Heydər Əliyev onun bütün xüsusiyyətlərini mükəmməl bilirdi.
Müəllif :
Mobil Şəfiyev Bakı şəhər prokurorunun müavini, ədliyyə müşaviri
Nəşr tarixi : 2023
Ulu Öndər Heydər Əliyevin keçdiyi ömür yoluna nəzər salsaq, bu tarixi dəyişdiyi, torpaqlarımızın mövcud sərhədlər daxilində qorunub saxlanmasında, ana dilimizin rəsmi dil kimi formalaşmasında, milli dəyərlərimizin və adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsində, milli kadrların yetişdirilməsində, ordu quruculuğunda, bir millətin, xalqın formalaşmasına səbəb ola biləcək bütün sahələrin inkişafında misilsiz və birinci dərəcəli xidmətləri olmuşdur. Belə ki, Ulu Öndər Heydər Əliyev keçdiyi ömür yolu ilə yeni bir şanlı tarix yaratmış, misilsiz fəaliyyəti gələcək nəsillərə bir nümunə olmuş, gərgin və fasiləsiz əməyi nəticəsində xalqımız yuxarıda sadaladığım hallara məruz qalmamış və bir daha məruz qalmaması üçün özünün zəngin ideya və təcrübələrini xalqına ötürmüş, keçmiş tarixi daim öz çıxışlarında xatırlatmış, hakimiyyətinin bütün mərhələrində maarifləndirici istiqamət götürmüş və xalqın gələcək həyatına, yoluna işıq salmışdır.
Müəllif :
Tural Nəbiyev Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri
Nəşr tarixi : 2023
İran və Osmanlı dövlətlərindən köçürülən ermənilərin İrəvan, Naxçıvan və Qarabağ bölgələrində yerləşdirilməsi ilə bu bölgələrin yüz illər ərzində formalaşmış Azərbaycan dövlətlərinin etnik (əhali) əlaməti süni surətdə zorla dəyişdirildi və bununla da həmin bölgələrin erməniləşdirilməsinin əsası qoyuldu. Rusiya imperiyası tərəfindən türk -müsəlmanlara qarşı hərtərəfli şəkildə dəstəklənən ermənilər mərhələ-mərhələ həmin ərazilərdə möhkəmləndilər və 1917-ci ildə Rusiya imperiyasının dağılması ilə Qafqazda yeni dövlətlər yaranan zaman həmin bölgələrin “sahibi” kimi “Erməni vilayəti” - Ermənistan çıxış etməyə başladı.
Müəllif :
Səftər Rəhimli - h.ü.f.d., Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
Hər bir dövlətin yaşaması və xalqın varlığını davam etdirməsi üçün onun milli təhlükəsizlik strategiyasının mövcudluğu mütləqdir. Məlum dur ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyi siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələr üzrə təmin olunur. Ölkənin milli təhlükəsizliyinin təminatının əsas məqsədləri insan – onun hüquq və azadlıqlarının, cəmiyyət – onun maddi və mənəvi dəyərlərinin, dövlət – onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyünün təmin edilməsidir. Hər bir dövlət öz təhlükəsizlik strategiyasını məhz milli maraqları və mənafeləri əsasında formalaşdırır.
Müəllif :
Nail Əliyev Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru, ədliyyə müşaviri
Nəşr tarixi : 2023
Ümummilli Lider Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin, xaos və hərc-mərcliyin astanasında olan, hətta müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsi istiqamətində mühüm praktik addımlar həyata keçirməyə başladı. Heydər Əliyev irəli sürdüyü dövlətin təməl prinsiplərindən biri sayılan qanunun aliliyinin Azərbaycanda təmin edilməsinə nail oldu.
Müəllif :
Nisə Qasımova Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri
Nəşr tarixi : 2023
Hər bir sahədə olduğu kimi, hüquq sahəsində də potensiallı, qabiliyyətli kadrların yetişdirilməsi ümumilikdə Heydər Əliyev siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur. Bu ideyanın müvəffəqiyyətlə həyata keçirilməsi üçün Ulu Öndər hər zaman uğurlu təhsil siyasətini dəstəkləmişdir. Odur ki, ittifaqın nüfuzlu universitetlərinə azərbaycanlı tələbələrin göndərilməsi ilə yanaşı, Azərbaycanda hüquq təhsili ilə bağlı bir sıra önəmli qərarlar qəbul edilmiş və islahatlar həyata keçirilmişdir.
Müəllif :
İradə Xəlilova Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin böyük prokuroru, kiçik ədliyyə müşaviri
Nəşr tarixi : 2023
Müdrik və uzaqgörən zəkaya, uzunmüddətli dövlətçilik təcrübəsinə və analitik düşüncəyə malik Ulu Öndərin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir” deyə səsləndirdiyi sitatı onun layiqli bir dövlət başçısı və siyasi xadim, eyni zamanda hüquqi təfəkkürü təcəssüm etdirən lider olmasını təsdiqləyir. Dahi strateq gözəl bilirdi ki, dövlətin qurulması prosesində olduğu kimi inkişaf prosesində də qəti addımlar vacibdir. Bu addımlar əzmli olmaqla yanaşı fundamental prinsiplərin tətbiqinə yönəlməli idi. Odur ki, Ulu Öndər tərəfindən bütün sahələrdə reallaşdırılan islahatların ana xəttini ilk növbədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu ehtiva edən fəaliyyət təşkil edirdi.
Müəllif :
Heydər Məmmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri
Nəşr tarixi : 2023