Məqalədə “yenidənqurma”, “bərpa”, “yenidəndirçəltmə”‘anlayışlarına aydınlıq gətirilir. İkinci Dünya müharibəsində SSRİ və Avropanın dağıdılmış ərazilərinin bərpası, vurulmuş ziyanın ödənilməsi məsələlərinə tarixi ekskursiya edilir. İdarəetmənin universal xarakter daşımaqla Qarabağın işğaldan azad olunmuş ərazilərinin bərpa prosesində bütün məsələlərin birbaşa və ya dolayısı ilə onun vasitəsilə həll ediliməsi göstərilir. Bərpa prosesində idarəetmənin rolu, onun mahiyyəti, xarakterik əlamətləri, sistemliliyi, tənzimləmə ilə müqayisəsi, hakimiyyət və iradə ilə bağlılığı təhlil edilir. İdarəetmədə məqsədlərin proqnozlaşdırılmasının əhəmiyyəti qeyd edilir, təşkilati strukturun, idarəetmə qərarlarının rolu göstərilir.
Məqalədə hüquqi aktlara əsaslanaraq Qarabağda bərpa prosesində nəqliyyat, rabitə , enerji, yol infrastrukturu məsələlərinin həll edilməsi, perspektivdə Kəlbəcər və Laçın rayonlarında külək enerjisindən, Zəngilan, Cəbrayıl rayonlarında günəş enerjisindən istifadə etmək, Qarabağı “yaşıl enerji” zonasına çevirmək, Zəngilan rayonunda “ağıllı kənd-smart kənd”, Ağdamda “ağıllı şəhər” salmaq layihələrinin həyata keçiriləcəyi göstərilir.
Məqalədə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 07 may 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi ”nin imzalanmasının ələmatdar tarixi hadisə olduğu qeyd edilir.
Müəllif :
Ə. Rzayev - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu
Nəşr tarixi : 2021
Məqalədə əməliyyat-axtarış fəaliyyəti kontekstində milli təhlükəsizliklə bağlı məsələlər araşdırılır, təhlükə və təhdid terminləri təhlil olunur, bununla əlaqədar beynəlxalq və yerli təcrübəyə, milli təhlükəsizliklə bağlı mühüm məsələlərə nəzər salınır, əməliyyat-axtarış qanunvericiliyinin vəzifələri ilə bağlı mühüm aktual məsələlər araşdırılır,qanunvericiliyə müəyyən əlavə və düzəlişlər təklif olunur.
Müəllif :
E. Q. Nəbiyev - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2021
Məqalədə yeni digital (rəqəmsal) texnologiyaların üzə çıxması ilə əlaqədar baş verən rəqəmsallaşma dövrü, həmin texnologiyaların ictimai həyatın müxtəlif sferalarına nüfuz etməsi məsələləri xarakterizə olunur, onların hüququn və hüquqi materiyanın dərkində əhəmiyyətliliyi qeyd olunur. Bununlayanaşı, həmin məsələ üzrə nəşr olunmuş əsərlərə istinadən diqqət hüquqi texnologiyaların tətbiqinin, o cümlədən də hüquqa tətbiqinin mümkün neqativ nəticələrinə yönəldilir. Məqalədə rəqəmsal texnologiyaların dövlət-hüquqi gerkəçliyin dərketmə metodları sırasına aid olunması, həmçinin bilik cəmiyyətinin ictimai inkişafın müstəqil mərhələsi kimi tanınmamasına dair irəliyə sürülən mövqe əsaslandırılır.
Müəllif :
M. F. Məlikova - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2021
В статье исследованы правовые проблемы частного предпринимательства как одной из форм деятельности малого предпринимательства. На основе исследования автор, отмечая отсутствие в ГК АР отдельной нормы связанной с идивидиальной предпринимательской деятельностью граждан и для полноты и конкретности правового регулирования, считает целесообразным добавить в ст. 13 ГК АР новый пункт определяющий понятие индивидуального предпринимателя: «Индивидуальный предприниматель, это физические лицо, который может заниматься предпринимательской деятельностью со дня государственной регистрации, без образования юридического лица. Вопросы государственной регистрации индивидуальных предпринимателей, регулируется налоговым законодательством».
Müəllif :
У. Маликова - Бакинский Государственный Университет
Nəşr tarixi : 2021
Məqalədə qeyd olunur ki, müasir dövrdə insan hüquqları problemini təkcə dövlətdaxili məsələyə aid etmək olmaz. Belə ki, insan hüquqları qlobal xarakter daşıyır və onun tənzimlənməsində başlıca rol beynəlxalq hüquqa məxsusdur . Müasir insan hüquqları müəyyən beynəlxalq standartlara malikdir, onun müdafiəsi, həm milli-hüquqi, həm də beynəlxalq-hüquqi normalarla həyata keçirilir. Azərbaycan qanunvericiliyinin insan hüquqları və azadlıqları sahəsində beynəlxalq-hüquqi normalara və Avropa standartlarına uyğunlaşdırılmasının zirvə məqamı Azərbaycan Respublikasının Avropa Şurasına daxil olduğu və insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulduğu dövrə təsadüf edir. Müasir Azərbaycan qanunvericiliyinin insan hüquqları və azadlıqları sahəsində Avropa standartlarına uyğunluğu qanunvericiliyin bir sıra sahələrində mülki, əmək, ailə və digər sahələrində öz əksini tapmışdır.
Müəllif :
N. H. Mehdiyev - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2021
Hüquqi kolliziyalar hüquq nəzəriyyəsinin mühüm nəzəri məsələlərindən biridir. Məqalədə hüquqi kolliziyaların həlli ilə bağlı bəzi məsələlərə, xüsusən milli və beynəlxalq hüquq normaları arasında yarana biləcək uyğunsuzluqların həlli məsələsi araşdırılır. Bu növ hüquqi kolliziyaların həlli ilə bağlı elmi ədəbiyyatda mövcud olan fərqli mövqelərə xüsusi diqqət ayrılır.
Müəllif :
Z. N. Əzimov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2021
The World Trade Organization (WTO) regulates the trade between states. The WTO is a treaty-based trade regime with Member States currently representing some ninety-five percent (by value) of all international trade. The WTO contains a number of core agreements including GATT, GATS and side agreements on other matters such as sanitary and phytosanitary measures and technical barriers to trade. The Article discusses interpretation of moral exceptions clause. The "public morals" clause, which appears in both GATT and GATS, formulates one of the general exceptions to the basic obligation of trade liberalization contained in those agreements. Several trends suggest that the public morals exception will play an increasingly important role in international trade relationships within and outside of the WTO.
Müəllif :
Safar Safarli & Sabina Mammadzadeh
Nəşr tarixi : 2019
Unsatisfied with the standards of novelty and utility in front of the developing technology, the patent laws started to endorse a new standard which is 'non-obviousness'. The non-obviousness standard is aimed at the elimination of simple, therefore, doable innovations invented in science or technology from patent protection, thus has an undeniable importance. However, the application of the position of the person having ordinary skill in the art may yield to various approaches in the patent practice. The current practice in the Law on Patents of Azerbaijan Republic, particularly the Article 7(6) has brought the view of the specialist working in the same field of the invention to the center of the examination of non-obviousness. In contrast, the practice in the United States and Europe introduces a different notion of the PHOSITA mainly in the case law. This article is going to discuss the said provision in the light of the comparative law and practice and recommend on the revision of the Law on Patents in this regard.
Müəllif :
Elnur Karimov & Sevinj Aliyeva
Nəşr tarixi : 2019
İstənilən dövlətin suveren olaraq müqavilələr, o cümlədən beynəlxalq müqavilələr bağlamaq, belə müqavilələrə daxil olmaq səlahiyyəti var. Bu səlahiyyəti dövlətin adından onun qurumları, o cümlədən dövlət müəssisələri həyata keçirir. Amma dövlət müəssisələrin bağladıqları beynəlxalq müqavilələr heç də həmişə dövlətin müqaviləsi hesab edilməməlidir. Bu baxımdan, məqalə hansı beynəlxalq müqavilələrin dövlətin beynəlxalq müqaviləsi olmasını, hansı qurumların dövlət müəssisəsi hesab edilməsini, müəssisə anlayışını, dövlət müəssisələrinin beynəlxalq müqavilə praktikasını yerli qanunvericiliyin nəzərindən araşdırır.
Müəllif :
Sahid iikiirov
Nəşr tarixi : 2019
Son dövrlərdə həkimlərin peşə məsuliyyətinin icbari sığortasının tətbiq edilməsinin həm həkimlər, həm də pasiyentlər üçün əhəmiyyətli olması aktuallıq qazanmışdır. Burada məqsəd bir tərəfdən həkim səhvi zamanı pasiyentlərin maddi baxımdan kompensasiya edilməsi, digər tərəfdən isə həkimlərin reputasiya və peşəkar nüfuzunun təmin edilməsindən ibarətdir. Məqalədə əsas olaraq bu sığorta növünün vacibliyi, bu istiqamətdə dünya ölkələrinin təcrübəsi, ölkə qanunvericiliyinin cari vəziyyəti araşdırılmış və qanunvericiliyə əlavə və dəyişikliklər təklif edilmişdir.
Müəllif :
Sabina Farzaliyeva
Nəşr tarixi : 2019