Məqalənin əsas məqsədi Fərdi Məlumatların Mühafizəsinin Ümumi Requlasiyanın (General Data Protection Regulation) 20-ci maddəsi ilə ərsəyə gəlmiş “məlumatların portabilliyi hüququnun” əsaslarını və həyata keçirilmə şərtlərini analiz etməkdir. Müasir cəmiyyətdə informasiya texnologiyalarının sürətli inkişafı, fərdi məlumatların yeni texnologiyalar vasitəsilə toplanılması və işlənilməsi, fərdi məlumatların regional və beynəlxalq səviyyədə qorunmasını zəruri edir. Fərdi məlumatların toplanılmasının, işlənilməsinin və istifadəsinin qanunun tələblərinə cavab verməyini təmin etmək üçün subyektlərə bir sıra hüquqlar, məsələn, fərdi məlumatlara düzəlişlərin edilməsi və fərdi məlumatların işlənilməsinə etiraz etmək, o cümlədən məlumatların portabilliyi kimi hüquqlar verilmişdir.
Müəllif :
A. G. Poladov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019
Çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur. Сinayət prosesi cinayət işinin başlanması mərhələsində başlayır və ibtidai araşdırma mərhələsində davam edir. Cinayət işinin başlandığı andan etibarən cinayət təqibi mexanizmi işə salınır və cinayət təqibi orqanları vətəndaşların hüquq və qanuni maraqlarını təmin etmək və obyektiv həqiqəti yaratmaq üçün qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etmək imkanına malikdir.
Müəllif :
C. H. Əzizov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019
Dövlət törətdiyi beynəlxalq hüquqa zidd əməl nəticəsində ziyan çəkmiş digər dövlətə və onun əhalisinə ziyanın əvəzini tam ödəməli, onun pozulmuş hüquqlarını bərpa etməlidir. İnsan hüquqlarının pozulması sahəsində dövlətlərin məsuliyyəti cinayət xarakterindən çox siyasi xarakter daşıdığından, bu problemin həllinə beynəlxalq hüquq prizmasından yanaşılmalıdır. Bu da müasir dövrdə beynəlxalq hüququn rolunun danılmazlığını sübut edir. Həmçinin qeyd edilir ki, insan hüquqlarının pozulması məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində də yarana bilər. Beynəlxalq hüquq dövlətlərin beynəlxalq vəzifələrinə uyğun olaraq dövlətlərin beynəlxalq hüquqlarını, həmçinin fərdlərin beynəlxalq hüquqlarını da müdafiə edir.
Müəllif :
N. H. Mehdiyev - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019
Məqalədə hüquqi məsuliyyətin müstəqil növlərindən biri olan əmək hüququ üzrə intizam məsuliyyətinin anlayışı haqqında elmi və tədris ədəbiyyatında mövcud olan yanaşmalar tədqiq olunur. Bundan başqa, intizam məsuliyyətinin bir çox müasir tərifləri əmək hüququnun inkişafının sovet dövrünün fundamental tədqiqatlarına söykəndiyindən onların arasında ciddi fərqlər yoxdur. Aparılmış tədqiqatlar nəticəsində əmək hüquq nəzəriyyəsində intizam məsuliyyətinin anlayışının müəyyən edilməsinə yeni yanaşma nümayiş etdirilərək belə bir qənaətə gəlinmişdir ki, intizam məsuliyyəti işçinin əmək vəzifələrini təqsirli və hüquqazidd surətdə icra etməməsinə görə əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş sanksiyaya məruz qalmaq vəzifəsidir.
Müəllif :
A. M. Qasımov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019
Ötən əsrin əvvəllərində Rusiya imperiyasında baş verən inqilabi proseslər və nəticə etibarilə xalqa vəd edilən bir sıra hüquq və azadlıqların qanunvericiliklə təsbiti hakimiyyət təsisatlarının təkmilləşdirilməsi zərurətini ortaya çıxarmışdı. Yeni formalaşdırılan ali nümayəndəlik orqanı – Dövlət Duması (parlamentin aşağı palatası) ilk dəfə olaraq tərkib etibarilə əhalinin çoxsaylı müxtəlif təbəqələrinin təmsilçiliyi əsasında fəaliyyət göstərməyə başlamışdı. Dumanın işində fəal iştirak edən azərbaycanlı deputatların burada müəyyən təcrübə toplamaları sonradan ilk respublikanın hakimiyyət təsisatlarının normal fəaliyyətinin təmin edilməsində mühüm rol oynamışdı. Bütövlükdə götürdükdə, Azərbaycan ərazisində parlamentizm ənənələri ilkin olaraq ilk Cümhuriyyətin zamanında formalaşdı. Məqalədə ilk respublika dövründə ali nümayəndəli hakimiyyət təsisatlarının təşkili və fəaliyyətinin hüquqi tənziminə diqqət çəkilir, ilk parlamentin tərkibinə daxil olan siyasi qüvvələrin nisbəti, bütövlükdə bu ali təsisatın fəaliyyətinin ayrı-ayrı aspektləri təhlil olunur.
Müəllif :
X .C. İsmayılov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019
Beynəlxalq əhəmiyyətli avtomobil daşımalarının təşkili ölkədaxili daşımaların təşkilindən daha ciddi və məsuliyyətli hazırlıq tələb edir. Müasir mərhələdə beynəlxalq avtomobil daşımalarının əhəmiyyəti göz qabağındadır. Əgər avtomobil nəqliyyatı ilə daşınmanı nəzərə alsaq, o zaman, ilk növbədə, digər nəqliyyat növləri ilə müqayisədə əhəmiyyətli üstünlüyü, yəni daşımanın müştərinin konkret tələblərinə uyğunlaşdırmaq imkanını qeyd etmək lazımdır ki, bu da xidməti rahat və sərfəli edir. Hazırda daşımaların tənzimlənməsi sahəsində təşkilati, hüquqi, iqtisadi məsələlər kontekstində bir çox problemlər mövcuddur. Daşımanın məqsədyönlü tənzimlənməsi yoxdur. Bu problem müasir reallığın bütün tələblərinə cavab verəcək, daşınma prosesi ilə bağlı bütün suallara cavabları özündə əks etdirən normativ hüquqi baza yaratmaqla həll edilə bilər. Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsində bir çox mübahisəli vəziyyətlər mövcuddur. Onların arasında ən mühümləri aşağıdakılardır: vahid uçot və nəzarət sis teminin olmaması, nəqliyyat vasitələrinin təhlükəsizliyinə təminat, gömrük məsələlərinin tənzimlənməsi zərurəti.
Müəllif :
Vüsal Aslanov - Bakı Dövlət Universiteti.
Nəşr tarixi : 2023
Bu məqalədə beynəlxalq humanitar hüququn tətbiq sahəsi araşdırılmışdır. Məqalədə ardıcıl olaraq beynəlxalq humanitar hüququn vəziyyətə görə, şəxslərə görə, zamana görə və məkana görə tətbiqi məsələləri təhlil edilmişdir. Müəllif beynəlxalq humanitar hüququn tətbiq sahəsinin olduqca mürəkkəb və çoxcəhətli bir kateqoriya olduğunu, həmin tətbiq sahəsinə daxil olan halların və bunu şərtləndirən meyarların tam dəqiqliyi təyin olunmadığını diqqətə çatdırır. Həmçinin məqalədə hərbi əsirlərin mübadiləsi institutunun beynəlxalq humanitar hüququn mənbəyini təşkil edən konvensiylarda hüquqi aspektdə təsbit edilməsi zərurəti, beynəlxalq humanitar hüquq normalarının sülhyaratma əməliyyatlarına tətbiqinin xüsusiyyətləri, eləcə də kiberməkanda baş verən silahlı münaqişələrə münasibətdə beynəlxalq humanitar hüququn tətbiqi kimi xüsusi aktuallıq kəsb edən məsələlər tədqiq edilir.
Müəllif :
Məmmədov Nəsir - hüquq üzrə fəlsəfə doktoru, BDU-nun doktorantı.
Nəşr tarixi : 2023
Məqalədə müəllif tərəfindən muzdluluğun beynəlxalq hüquqi aspektdən izahı verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində muzdluluq müharibə cinayəti kimi göstərildiyindən beynəlxalq humanitar hüquq normaları ilə məcəllənin yanaşmasında bur uyğunsuzluq yaranmışdır. Doğrudur, muzdluluq beynəlxalq səviyyədə qadağan olunmuş əməldir. Muzdluluğu özündə əks etdirən beynəlxalq konvensiyalarda bu əməl cinayət kimi, Azərbaycan Respublikasının cinayət məcəlləsində isə müharibə cinayəti kimi göstərildiyindən müəllif müqayisəli təhlilə üstünlük vermişdir. İzah olunmuşdur ki, beynəlxalq humanitar hüquq normalarına görə, muzdluluq cinayət hesab olunmur. Cenevrə Konvensiyalarına görə isə, muzdlular silahlı münaqişə zamanı əsir götürüldükdə belə, hərbi əsir statusuna malik olmur.
Müəllif :
Əlövsət Allahverdiyev - Bakı Dövlət Universiteti Hüquq fakültəsi “İnsan hüquqları və informasiya hüququ “ UNESCO kafedrası, müəllim.
Nəşr tarixi : 2023
Bu məqalədə sağlamlığın qorunması hüququnun dövlətdaxili təminatlarının sistemi ilə bağlı məsələlər təhlil edilmişdir. Müəllif dövlətdaxili səhiyyə sistemində sağlamlığın qorunması hüququnun təminatları sisteminin təkmil və səmərəli olmasının əhəmiyyətini göstərir, sağlamlığın qorunmasına dair qanunvericilikdə sağlamlığın qorunması və tibbi yardım almaq hüququnun təminatlarının sistemli şəkildə təsbit edilməməsinə diqqəti çəkir və bu baxımdan, həmin təminatlar sisteminin “Əhalinin sağlamlığın qorunması haqqında” Azərbaycan Respublikası Qanununda ayrıca bir maddədə kompleks şəkildə təsbit edilməsi təklifini irəli sürür.
Müəllif :
Pənahov Fuad - Hüquq və İnsan Haqları İnstitutunun dissertantı.
Nəşr tarixi : 2023
В статье определяется понятие кредитного договора в гражданском праве Азербайджана, рассматриваются основные элементы и само содержание кредитного договора как разновидности договора займа, проводится анализ отдельных норм о договора займа, и как его разновидности, кредитного договора в гражданском законодательстве Азербайджанской Республики. Автор особое внимание обращает рассмотрению таких вопросов, как юридическая природа кредитного договора, форма и существенные условия кредитного договора, условие о процентах в кредитном договоре и т.п. На основе проведенного исследования автор, обосновывает выводы о необходимости внесения ряда изменений в действующее гражданское законодательство Азербайджана, с целью выработки оптимальной модели правового регулирования кредитных отношений.
Müəllif :
Исмайлова Вафа - докторант кафедры Гражданского права Юридического факультета Бакинского государственного университета.
Nəşr tarixi : 2023