Məqalədə konstitusiya qanunlarının hüquqi təbiətinin təhlili və müqayisəli-hüquqi tətqiqat metodu ilə spesifik cəhətləri ortaya çıxarılaraq onların Azərbaycan Respublikasının qanunvericilik sistemində yeri barədə müəllif yanaşması əsaslandırılır. Bu məsələdə konstitusiya qanunlarının hüquqi qüvvəsi, qəbul edilməsinin xüsusi prosedur qaydası, ölkənin konstitusion inkişafında funksiyaları, əhəmiyyəti və rolu kimi digər xüsusiyyətləri əsas götürülmüşdür. Araşdırmanın normativ hüquqi bazası qismində Respublikanın Əsas Qanunu, milli və xarici ölkələrin qanunvericilik aktları çıxış etmişdir.
Müəllif :
A. F. Həmidova - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019
Məqalədə separatizm problemi ilə bağlı tarixi, sosial-psixoloji və ideoloji baxışlar araşdırılır, bu mövzuda araşdırma istiqamətləri müəyyənləşdirilir. Məsələn, marksizmdə separatizmə və milli azadlıq hərəkatına qarşı bir müxalifət var idi. Milli azadlıq hərəkatı xalqların anti-imperialist, müstəmləkəçilik mübarizəsinin ümumi istiqamətinə uyğun gələn müsbət, mütərəqqi bir fenomen kimi təqdim edildi. Ayrılıq, bəzi təlimlərlə mənfi və ya müsbət bir fenomen olaraq xarakterizə olunurdu.
Müəllif :
İ. Bayramov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019
Tarixi dönəmin bütün mərhələlərində olduğu kimi, o cümlədən müasir dövrümüzdə də hər bir dövlətin qarşısında duran əsas öhdəliklərdən biri milli maraqlarının maksimal dərəcədə təmin olunmasına yönəlmişdir. Bu cəhətdən KİV təbliğat və təşviqat imkanları baxımından ölkələrin daxili siyasətində önəmli rol oynamış və oynamaqda davam edir. Dövrün reallıqlarına uyğun olaraq hər bir ölkə öz milli təhlükəsizliyinin effektiv təşkil edilməsi üçün medianın fəaliyyətindən səmərəli istifadə etməyi bacarmalıdır.
Məlumdur ki, KİV insanlara, ictimai rəyə ciddi təsir etmə mexanizmlərinə malikdir. Bu təsir xarici ünsürlərin və düşmən qüvvələrin fəaliyyəti nəticəsində hər bir xalqın milli maraqlarına ziyan vura bilər. Məhz buna görə müharibə vəziyyətində olan respublikamızda təhlükəsiz informasiya məkanının yaradılması üçün informasiya siyasətinə xüsusi diqqət yetirilmiş, bu sahə ümummilli maraqlarımızın təmin edilməsinin əsas istiqamətlərindən biri kimi hər zaman dövlətin himayəsində olmuşdur. Eyni zamanda dövlət və media əlaqələrinin liberal-demokratik dəyərlər üzərində qurulması da milli maraqlarımızın təmini baxımından müstəsna rol oynamışdır.
Müəllif :
X. Niyazov - AMEA Hüquq və İnsan Haqları İnstitutu
Nəşr tarixi : 2019
В статье рассматриваются истоки научных методов идентификации личности преступников, начиная с антропометрического метода до современного метода ДНК- идентификации. Начало идентификации преступников положила идея их регистрации, предложенная в середине 70-х годов ХѴШ века французским преступником рецидивистом Франсуа Эжен Видоком. Первый научный метод антропометрической идентификации преступников был предложен помощником письмоводителем французской полиции Сюрте - Альфонсом Бертилъоном. На смену антропометрии пришел метод дактилоскопии. В середине XX века появились биометрические методы идентификации человека. Новым революционным методом установления личности преступника является метод ДНК-идентификации или генетической идентификации, на основе уникальности ДНК индивидуума.
Müəllif :
Р. О. Кулиева - Бакинский Государственный Университет
Nəşr tarixi : 2019
Одним из недостатков работы в вопросе религиозного террирозма, по мнению автора, является отсутствие рекомендаций по исправлению и перевоспитанию осужденных указанной категории, учета психологических особенностей их поведения и восприятия окружающей социальной действительности. В статье приведены программы их перевоспитания, благодаря которым удалось добиться существенного прогресса в этом направлении, показаны основные методологические подходы, а также организация работы в местах лишения свободы. В результате проведенного исследования автор приходит к выводу, что для эффективной профилактики совершения новых террористических актов среди лиц, освобожденных из мест лишения свободы, необходимо на основании обобщения международного опыта, выработка общих рекомендаций по исправлению и перевоспитанию лиц, совершивших терроризм нерелигиозным мотивам.
Müəllif :
К. Н. Салимов - Бакинский Государственный Университет
Nəşr tarixi : 2019
Məqalədə konstitusiya qanunlarının özünəməxsus cəhətlərinin təzahür etdiyi aspektlərdən biri olan hüquqi tənzimləmə predmeti, onların digər normativ hüquqi aktların, xüsusən cari qanunların tənzimləmə predmeti il qarşılıqlı təsiri və nisbəti məsələləri araşdırılır, bu əsasda konstitusiya qanunlarının Azərbaycan Respublikasının qanunvericilik sistemində yeri, hüquqi qüvvəsi müəyyən edilir. Bu məsələlərin araşdırılması konstitusiya qanunlarının anlayışı və fərqləndirici cəhətlərinin təhlilinə yönəlmişdir. Müəllif tərəfindən konstitusiya qanunlarının hüquqi tənzimləmə predmetinə görə təsnifatının həyata keçirilməsinə cəhd edilir. Mövzu üzrə məsələlərin tədqiqi Azərbaycan Respublikasının qanunvericiliyinin təhlili və mövcud elmi yanaşmaların tənqidi iclmalı əsasında aparılır.
Müəllif :
A. F. Həmidova - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019
Hüquqi kolliziyalar hüquq nəzəriyyəsinin mühüm nəzəri məsələlərindən biridir. Məqalədə hüquqi kolliziyaların milli hüquq sistemində terminoloji asektləri nəzərə alınmaqla anlayışı və mahiyyəti araşdırılır. Məsələ ilə bağlı elmi ədəbiyyatda mövcud olan elmi mübahisələrə xüsusi diqqət ayrılır.
Müəllif :
Z. N. Əzimov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019
Cinayət prosesində dövlət orqanları tərəfindən bəzi qərarların qəbul edilməsi üçün vəzifəli şəxs olmayan proses iştirakçılarının razılığının alınması tələb olunur. Bu, cinayət- prosessual hüququn dispozitivliyi prinsipinin təzahürlərindən biridir. Qanunla nəzərdə tutulan hallarda bu və ya digər qərarın qəbul edilməsinə razılıq verib-verməmək subyektin öz iradəsindən asılıdır. Konkret normativ qaydada təsbit edilmiş hallarda əgər subyekt bu və ya digər qərarın qəbul edilməsinə razılıq verərsə, cinayət prosesini həyata keçirən orqan həmin qərarı qəbul edə bilir, əgər razılıq verməzsə, cinayət prosesini həyata keçirən orqan bunu edə bilmir. Başqa sözlə, subyekt razılıq vermək hüququndan istifadə etməklə cinayət prosesini həyata keçirən orqanın prosessual fəaliyyətinin istiqamətinə bilavasitə təsir göstərə bilir. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi zamanı cinayət təqibinə məruz qalan şəxsin razılığının tələb olunması da bu kimi qaydalar dandır. Məqalədə həm məhkəməyədək icraatda, həm də məhkəmə icraatında cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi zamanı şübhəli və ya təqsirləndirilən şəxsin razılığının alınmasının xüsusiyyətləri araşdırılmış, həmçinin hansı hallarda cinayət təqibinə məruz qalan şəxsin hüquqi varisinin və hansı hallarda onun müdafiəçisinin belə bir razılıq verməli olması məsələlərinə də aydınlıq gətirilmişdir. Məqalədə baxılan institutla bağlı qüvvədə olan cinayət- prosessual qanunvericiliyin aidiyyətli normaları doktrinal qaydada təfsir edilmiş, normadakı qüsurlar müəyyən edilmiş və onların aradan qaldırılması üçün təkliflər irəli sürülmüşdür
Müəllif :
Q. V. Cəfərov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019
В статье анализируется современная концепция прав и свобод человека в контексте всеобщей декларации прав человека 1948 г., характеризуется процесс формирования концепции прав человека прошедший длительный путь начиная с Древней Греции и Римского государства по сегодняшний день, дается обзор деятельности международных контрольных органов как обязательного структурного элемента универсальных конвенций по правам человека, начиная с принятия в 1965 г. Международной конвенции ООН о ликвидации всех форм расовой дискриминации, а также анализируются мнения ряда юристов-международников по данной проблеме.
Müəllif :
Ф.И. Курбанова - Бакинский Государственный Университет
Nəşr tarixi : 2019
İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılması dövlət və insanın qarşılıqlı əlaqəsinin mühüm aspektlərindən birini təşkil edir. Məhdudiyyətlər ictimai, dövlət maraqları ilə hüququn subyektinin maraqlarının kompromis yaratmaq məqsədini daşıyır. İnsan və vətəndaşın hüquq və azadlıqların məhdudlaşdırılması hallarından biri də, şəxsi toxunulmazlıq hüququ ilə bağlıdır. AR Konstitusiyasının 32-ci maddəsi bu hüququ təsbit edir. Məqalədə ictimai yerlərdə və iş yerlərində şəxsi həyata müdaxilə kimi vdeonəzarət sisteminin legitimik şərtləri təhlil olunur.
Müəllif :
R. M. İsmayılov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019