İnzibati icraat hüquq subyektləri ilə dövlət arasında yaranan mürəkkəb münasibətlərin obrazlı desək, "ilk instansiyası"dır. Burada qəbul edilən hər bir inzibati akt sonradan məhkəmə mübahisəsinin obyektinə çevrilə və fərdin hüquq müdafiəsinin effektivliyini müəyyən edə bilər. Azərbaycan Respublikası Konstitusiyası "İnzibati icraat haqqında" Qanunu, eləcə də İnzibati Prosessual Məcəllə inzibati orqanlara işin faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaq, maraqlı şəxslərin iştirakını təmin etmək və nəticə etibarilə əsaslandırılmış qərar qəbul etmək öhdəliyi yaradır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların inzibati və məhkəmə təminatı nəzərdə tutulmuş, həmçinin hər kəsin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı inzibati qaydada və məhkəməyə şikayət etmək hüququ olduğu təsbit edilmişdir.
Müəllif :
Səadət Bəktaşi
Nəşr tarixi : 2025
Təqdim olunmuş məqalədə məhkəmə hakimiyyəti çoxşaxəli bir hadisə kimi təhlil olunur. Qeyd olunur ki, belə yanaşma məhkəmə haкimiyyətinin mahiyyətini, onun dövlət hakimiyyət budaqları sistemində yerini və statusunu hərtərəfli araşdırmağa imkan verir. Sübut olunur ki, yalnız güclü və müstəqil məhkəmə hakimiyyəti hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasının mühüm təminatıdır, çünki o nəinki dövlət hakimiyyətinin digər qollarını nizamlayır və tarazlaşdırır, həm də onlar tərəfindən insan hüquq və azadlıqlarına riayət edilməsinə nəzarət, vətən daş barışığının bərqərar olunmasına xidmət edir.
Müəllif :
Səadət Bəktaşi
Nəşr tarixi : 2005
Dövlətin məhkəmə sisteminin yaradılması ənənəvi olaraq ən yüksək qanunvericilik ölkə Konstitusiyası səviyyəsində həll olunur, belə ki, söhbət insan və vətəndaş hüquqlarına riayət olunmasına məhkəmə qarantiyalarının təmin olunmasından gedir. Bu zaman məhkəmə sistemi dedikdə, səlahiyyətlərinin bölünməsi, inzibati-ərazi bölgüsündən və məhkə- mələr arasındakı təşkilati əlaqələrdən asılı olaraq pillələrə bölgü, məhkəmə instansiyaları və məhkəmə orqanlarının özünün daxili strukturları arasında prosessual əlaqələrin müǝyyən olunması əsasında qurulmuş məhkəmə orqanlarının məcmusu başa düşülür.
Müəllif :
Səadət Bəktaşi
Nəşr tarixi : 2007
Məhkəmə hakimiyyətinin rolunun və nüfuzunun aydın şəkildə artan tendensiyası normativ hüquqi aktların konstitusiyaya uyğunluğu və qanuniliyi üzərində nəzarətin həyata keçirilməsi üzrə xüsusi konstitusiya məhkəmələrinin yaradılması ilə bilavasitə əlaqədardır. X.Hacıyevin fikrincə, ixtisaslaşdırılmış konstitusiya nəzarəti orqanlarının hüquqi təbiətini siyasi-hüquqi kimi xarakterizə etmək lazımdır. Bu, birincisi, məhkəmə коnstitusiya nəzarətinin təkcə hüquqi deyil, həm də siyasi- hüquqi sənəd olan konstitusiyanın mühafizəsi üçün nəzərdə tutulması, ikincisi isə göstərilən orqanların formalaşdırılma qaydası ilə bağlıdır.
Müəllif :
Səadət Bəktaşi
Nəşr tarixi : 2007
Renta münasibətləri sivilistikaya orta əsrlərdən məlum olsa da, Azərbaycanda müqavilə münasibətlərinin bu növü geniş yayılmamışdır. Bu gün də renta müqaviləsinin bağlanması çox nadir hallarda rast gəlinir. Buna görə də mülki qanunvericilikdə renta münasibətlərinə dair müddəalarda bəzi boşluqlar və kolliziyalar mövcuddur. Daimi renta müqavilələrinin bağlanması hallarının olmaması hüquqşünaslara bu sahəni müəyyən edilməmiş halda saxlamaq hüququ vermir, əksinə, bu sahədə mübahisələrin yaranmasının qarşısını almaq üçün daha dərin nəzəri tədqiqatlar aparmağa stimul olmalıdır. Bu məqalədə daimi renta münasibətlərində hüquq varisliyi problemləri araşdırılır, renta müqaviləsinin hüquqi mahiyyəti, tərəfləri və predmeti izah olunur, tarixi aspektlərə toxunularaq, Azərbaycan SSR-in 1923 və 1964-cü illərdəki mülki qanunvericilikləri, sovet dövründə renta münasibətlərinə ideoloji yanaşmalar və müasir dövrdə Azərbaycan Respublikasının Mülki Məcəlləsindəki tənzimləmələr təhlil edilir. Bu məqalədə renta ödəyicisi və renta alanın hüquqlarının hüquq varisliyi qaydasında keçid mexanizmlərini, bu sahədəki normativ boşluqları və tətbiqi problemləri vurğulanır. Bununla yanaşı, bu məqalə daimi renta müqaviləsinin aleator xarakterini təhlil edir. Aleator müqavilə baxımından ömürlük və daimi renta müqavilələri müqayisə olunur. Məqalə hüquqi praktika və nəzəri müddəalar əsasında daimi renta münasibətlərində hüquq varisliyi məsələləri təhlil edilir.
Müəllif :
Ələm Nəbizadə
Nəşr tarixi : 2025
Qlobal miqyasda qeyri-qanuni miqrasiya, bir çox ölkələrin qarşılaşdığı mürəkkəb problemlərdən biridir. Bu fenomen iqtisadi, siyasi və humanitar amillərdən qaynaqlanaraq, dövlətlərin idarə etməkdə çətinlik çəkdiyi ciddi məsələlərə yol açır. Qeyri-qanuni miqrasiya, yalnız miqrantların öz həyatlarına deyil, həmçinin onların yerləşdiyi cəmiyyətlərə də sosial, iqtisadi və hüquqi məsələlər doğurur. Bu miqrantlar çox vaxt işsizlik, təhsil çatışmazlığı və sosial təcrid kimi problemlərlə üzləşirlər, bu da onların cəmiyyətə inteqrasiyasını daha da çətinləşdirir. Bununla yanaşı, qeyri-qanuni miqrasiya, insan alveri kimi ən təhlükəli və qaranlıq cinayətlərdən birinin inkişaf etməsinə imkan yaradır. İnsan alveri miqrantların zəif vəziyyətindən sui-istifadə edən cinayətkarlar tərəfindən həyata keçirilən və qlobal təhlükəsizlik, insan hüquqları və iqtisadi sabitliyə ciddi təhdid olan bir fenomendir. İnsan alverçiləri, əsasən, qanunsuz miqrantların qeyri-rəsmi vəziyyətindən, onların hüquqi yardıma və sosial dəstəyə məhdud çıxışından faydalanır. Bu məqalə, qeyri-qanuni miqrasiya və insan alveri arasındakı sıx əlaqəni tədqiq edərək, bu iki problemin qarşısının alınması üçün dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən görülə biləcək tədbirləri müzakirə edəcəkdir.
Müəllif :
Nəzrin Kərimli
Nəşr tarixi : 2025
İnformasiya sistemlərinin cəmiyyət həyatının hər sahəsinə daxil olması ilə insanların gündəlik rejimlərində zaman və məkan baxımdan səmərəli nəticələr əldə olunmasına baxmayaraq, informasiya sistemlərinin və sistem istifadəçilərinin təhlükəsizliyi ilə bağlı problemlər də qaçılmazdır. Bəşər tarixinin hər mərhələsində olduğu kimi, kompüter və internet şəbəkələrinin geniş yayılması ilə keçmişdə və indiki dövrdə informasiya hüququnun həm texniki, həm də nəzəri cəhətdən təhlil edilərək araşdırılması və daim yenilənməsi zəruridir. Bütün dünyada müşahidə olunan kibercinayətlərin respublikamızda da geniş yayılması və Cinayət Məcəlləsinin Avropa Şurasının Kibercinayətkarlıq haqqında Konvensiyasına uyğunlaşdırılması üçün kibercinayətlərlə bağlı bir çox qanuni tənzimləmə aparılmışdır. Lakin dinamik inkişaf edən kiber aləmdə hər gün yeni sistem boşluqları və çoxsaylı kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilələrlə qarşılaşırıq. Çünki bu cür müdaxilələrin aşkarlanmasında ən vacib məsələ sübutedici faktlara çatmağın çətinliyidir. Qeyd olunmalıdır ki, kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilələr yalnız ayır-ayrı fiziki şəxslərə münasibətdə törədilmir. Müasir dünyamızda kompüterlər və kompüter şəbəkələri həyatımıza o qədər sürətlə daxil olmuşdur ki, elektrik, su, rabitə, nəqliyyat, səhiyyə, müdafiə sahəsi və s. bu kimi istiqamətlərdə infrastrukturların rəqəmsallaşdırılması ilə daha yaxşı monitorinq və idarəetməyə nail olunmuşdur. Bununla belə, həmin infrastrukturların informasiya-kommunikasiya texnologiyaları ilə iç-içə olması bu xidmətləri kiberhücumlara qarşı həssas edir. Kəsildiyi və ya davamlı işləmədiyi təqdirdə ölkə daxilində ciddi ziyan vura biləcək elektrik, su, səhiyyə, ictimai xidmətlər, rabitə, nəqliyyat, müdafiə və təhlükəsizlik kimi informasiya texnologiyaları ilə idarə olunan kritik infrastrukturların təhlükəsizliyi milli təhlükəsizlik üçün də həyati əhəmiyyət kəsb edir və məqalənin tədqiqat mövzusunun aktuallığından xəbər verir. Məqalədə kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilələrin izahının verilməsi məqsədilə kompüter, verilən, informasiya sisteminə hüquqi anlayış verilmiş, kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilələrlə bağlı beynəlxalq hüquqi sənədlər tədqiq edilmiş və bəzi xarici dövlətlərin təcrübəsinə nəzər yetirilmişdir. Bütün bunlarn nəticəsi olaraq, səmərəli təcrübi və hüquqi tövsiyələr işlənib hazırlanmışdır.
Müəllif :
Rəşad Məhərrəmov
Nəşr tarixi : 2025
Bu gün ictimai münasibətlərin bütün sektorlarında rəqəmsal transformasiya müşahidə olunur və bu labüd keçid istehlakçı hüquqları da daxil olmaqla bütövlükdə iqtisadi mənzərəyə əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. Danılmaz faktdır ki, informasiya-kommunikasiya texnologiyaları inkişaf etdikcə elektron cihazların mürəkkəbliyi artır və bu da onların təmirini daha çətinləşdirir, eləcə də istehlakçıların həmin məhsulları saxlamaq və dəyişdirmək imkanlarını məhdudlaşdırır. Bu tendensiya elektron tullantıların artmasına səbəb olur və belə cihazların yalnız bir qismi təkrar-yenidən emal olunur. Qeyd olunanlar təmir hüququnu gündəliyə gətirməklə onun aktuallığını zəruri edir. Bu tədqiqatın məqsədi təmir hüququnun istehlakçılara öz məhsullarını təmir etmək, davamlılığı təşviq etmək və tullantıları azaltmaq üçün lazım olan məlumat, ehtiyat hissələri və alətlər əldə etmək imkanı təqdim etməsinin əsas aspektlərini, o cümlədən rəqəmsal transformasiya kontekstində davamlı və ədalətli iqtisadiyyat yanaşmasını təhlil etməkdir. Bu məqalə təmir hüququnun nəzəri və təcrübi realizəsi üçün hüquqi çərçivələrin və uyğun strateji yanaşmaların hazırlanması üçün köməkçi vasitə ola bilər.
Müəllif :
Sevinc Şıxəliyeva
Nəşr tarixi : 2025
Sığorta münasibətləri tarixən heç də XX əsrdə yaranan münasibətlər olmadığı kimi, tənzimlənməsi də daha qədim dövrləri əhatə etmişdir. Ölkəmizdə sığorta Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövründə təşəkkül tapmış, Azərbaycan SSR Mülki Məcəlləsində normativ tənzimlənməsi nəzərdə tutulmuş, lakin yalnız dövlət şirkəti tərəfindən tətbiq edilmiş münasibətlər kimi formalaşmışdır. Müasir dövr qanunvericiliyi çərçivəsində isə 2008-ci ilə qədər olan dövrdə ayrıca qanun və ya qaydalarla tənzimlənən sığorta münasibətləri özəl sığortaçılığın təşəkkülündə mühüm rol oynamışdır. “Sığorta fəaliyyəti haqqında” Qanunun qüvvəyə minməsi ilə requlyativ çərçivə müəyyən edilmiş və sığorta münasibətlərində korporativləşmə tələbləri tənzimlənmişdir. Sığorta mübahisələrinin tənzimlənməsi isə sırf Mülki Məcəllənin 50-ci fəslində yenidən işlənməsi ilə təkmilləşmişdir. Sığorta münasibətlərinin inkişafı digər mülki münasibətlərdə olduğu kimi müqavilədən irəli gələn iddiaların ortaya çıxması ilə yadda qalır. Sığorta münasibətlərinin həmçinin özünəməxsus spesifikliyi də mövcuddur. Belə ki, sığorta münasibətləri tənzimlənərkən sığorta müqaviləsi bağlayan şəxslərlə sığortaçılar arasında bir sıra mübahisələr də ortaya çıxa bilir. Misal üçün, azadolma məbləğlərinin tətbiqi, hadisələrin dairəsi, müqavilənin qüvvədə olması müddətləri və bir sıra digər iddialar bu münasibətlərin spesifikliyindən irəli gəlməklə formalaşır. Hər bir halda sığorta mübahisələri sığorta müqaviləsinin bağlanması anından müqavilənin qüvvədə olduğu müddətdə baş verən hadisələrə münasibətdə daha dinamik nəzərə çarpır.
Müəllif :
Şəhriyar Həbilov
Nəşr tarixi : 2025
Статья посвящена анализу теоретических и практических аспектов компенсации морального вреда как формы гражданско-правовой защиты личных неимущественных прав. Рассматриваются особенности законодательного регулирования морального вреда в странах континентальной и англосаксонской правовых систем. Особое внимание уделено вопросам установления исковой давности, сложности определения размера компенсации и различиям в подходах национальных судебных систем. Также приводится анализ прецедентной практики Европейского суда по правам человека, который оказывает значительное влияние на унификацию подходов к защите прав пострадавших. В работе исследуются правовые аспекты формирования института морального вреда в национальном законодательстве, учитывая влияние международных стандартов. Подчёркивается необходимость разработки единых критериев для определения компенсации морального вреда, что способствует повышению правовой определённости. Сделаны выводы о значимости совершенствования правоприменительной практики для эффективной защиты личных неимущественных прав. Исследование подчёркивает, что унификация международных подходов может стать важным инструментом повышения справедливости при рассмотрении дел о моральном вреде. Отмечены ключевые различия между континентальной моделью, ориентированной на чёткую регламентацию, и англосаксонской системой, предусматривающей элементы штрафных убытков и большую гибкость в подходах. Предложены конкретные рекомендации по устранению правовых пробелов и повышению прозрачности в определении компенсаций.
Müəllif :
Гёзель Гусейнзаде
Nəşr tarixi : 2025