In the 21st century the rise of numerous Non-state Armed Groups (NSAGs) such as the Islamic State of Iraq and the Levant (ISIS), and Al Qaeda has been experienced. With the height of the “smart” generation and the ubiquity of social media platforms, numerous individuals from across all corners of the globe have been recruited by such groups online and have gone on to join them in the Middle East and Northern Africa. However, a prominent legal hurdle arises when they wish to return to their nation of birth. This article aims to analyse numerous instruments of international law, recent decisions by the European Court of Human Rights (ECtHR), diplomatic policies adopted by EU member nations, and Milanovic’s concept of the “personal model of extraterritorial jurisdiction” to answer one primary question – are States under an “erga omnes” obligation to repatriate Foreign Terrorist Fighters?
Müəllif :
Naman Anand
Nəşr tarixi : 2022
Şəxsi toxunulmazlıq hüququna aid olan bu təminat yalnız Konstitusiyada deyil, Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə də nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155-ci maddəsinə əsasən yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma cinayət məsuliyyəti yaradır. Göstərilən cinayətin obyekti vətəndaşın yazışma, telefon danışıqları, poçt teleqraf və digər məlumatların sirrini pozmada ifadə olunur. Bu cinayət min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Müəllif :
Nuridə Əlizadə - Ədliyyə Akademiyasının baş məsləhətçisi, Məhkəmə Ekspertizası Mərkəzinin dissertantı I dərəcəli ədliyyə qulluqçusu
Nəşr tarixi : 2022
In this article, the problems corollary to the claims based on human rights violations and brought before investment tribunals have been discussed. Particularly, the article focuses on the right to water as an indispensable counterpart of the right to life. Investment tribunals tend to more analyze claims based on international investment treaties and decide them in favor of investors, whereas human rights claims stemming from other international treaties are to some extent ignored. The article stresses the inappropriateness of such an approach and attempts to suggest efficient solutions.
Müəllif :
Huseyn Khasmammadov
Nəşr tarixi : 2022
Məqalədə yeraltı suların getdikcə artan əhəmiyyəti və hüquqi tənzimlənməsinin müxtəlif aspektləri araşdırılmış, həmin su obyektləri üzərində mülkiyyətin tarixən formalaşan və halhazırda da öz aktuallığını qoruyub-saxlamağı bacarmış müxtəlif formaları ətraflı şəkildə incələnmiş, bu sahədə Amerika Birləşmiş Ştatlarının qanunvericiliyi və Azərbaycan Respublikası qanunlarının xarakterik xüsusiyyətləri araşdırılaraq müqayisə edilmişdir. Eyni zamanda məqalədə yeraltı sulardan milli qanunvericilik çərçivəsində istifadə qaydaları və şərtləri göstərilmiş, yeraltı suların tənzimlənməsi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanlarının səlahiyyətləri, fəaliyyətlərinin əsas istiqamətləri üzrə müxtəlif mənbələrə istinad edilməklə tədqiqat aparılmışdır. Bundan əlavə, yeraltı suların əsas çirklənmə mənbələrinə diqqət çəkilərək onların hüquqi mühafizəsinin əsasları öyrənilmiş, müvafiq normativ hüquqi aktlarda yeraltı sularla bağlı olan hüquq pozuntularına tətbiq edilən inzibati tənbeh tədbirləri, cəzalar və s. araşdırılmışdır. Son olaraq, məqalədə beynəlxalq sahədə nizamlanma üçün əsas olan qanunvericilik aktları tədqiq edilmiş, beynəlxalq praktikaya yerli qanunvericilikdə hansı dərəcədə riayət olunması məsələsi araşdırılmış, müəyyən çatışmazlıq və boşluqlara diqqət çəkilmişdir.
Müəllif :
Sevil Həziyeva
Nəşr tarixi : 2022
Dövlət hakimiyyəti hər zaman xalq amili ilə bağlı olmuşdur, yəni xalq dövlət hakimiyyətinin əsasını təşkil etmişdir və onun həyata keçirilməsində birbaşa iştirak etmişdir. Lakin, bu iştirak yalnız qanunvericiliyə əsaslanmaqla leqal yollarla, yəni ümumxalq seçkiləri vasitəsilə olmuşdur. Tarixən dövlətçiliyin meydana gəlməsi və inkişafı minilliklərlə dövrü əhatə etmişdir. Bu baxımdan Respublikamız da çətin və keşməkeşli yol keçərək hazırki müstəqilliyə və demokratik cəmiyyətin qurulmasına nail olmuşdur. Bu uğurların qazanılmasında Ulu öndər Heydər Əliyev və onun siyasi strategiyasının layiqli davamçısı cənab Prezident İlham Əliyevin müstəsna rolu və xidmətləri vardır. Belə ki, məhz Ümumilli liderin qətiyyəti sayəsində ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən dövlət çevrilişlərinin, xaos və anarxiyanın qarşısı alınmış, ölkəmiz müstəqillik və demokratik, iqtisadi və sosial inkişaf yoluna qədəm qoymuşdur. Bu hadisələrə Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi tədbirləri haqqında 22 mart 1995-ci il tarixli 989 saylı qərarında da hüquqi qiymət verilmişdir.
Müəllif :
Fuad Babaşov - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Milli Aviasiya Akademiyasının doktorantı
Nəşr tarixi : 2022
Digitalization involves the implementation of digital technologies in various areas of life, in everyday life, in production, at work, in government structures, in business and it has not bypassed the legal environment either. When disputes arise, the parties usually go to court for litigation, but there are also methods of resolving disputes outside the court, the so-called alternative dispute resolution methods. Technological development has also changed the vector of dispute resolution through alternative methods (arbitration, mediation and negotiation) and created what is known as “Online Dispute Resolution” (online arbitration, online mediation and online negotiations). This article analyses the potential opportunities and obstacles for functioning alternative forms of dispute resolution through digital transformation. Moreover, the article examines legal instruments for implementing online dispute resolution at the regional level, particularly, regulations and directives in the European continent. The last analysis of the article is devoted to possible emerging technologies in the online dispute resolution domain.
Müəllif :
Taleh Abbasli
Nəşr tarixi : 2022
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – AR CPM) 442.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin obyektləri hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlar və cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərdir.
Müəllif :
Xanlar Bayramzadə - hüquq üzrə fəlsəfə doktoru, dosent
Nəşr tarixi : 2022
Məqalədə mediasiyanın Azərbaycan Respublikasının ailə qanunvericiliyində və onunla əlaqəli hüquq təcrübəsində tətbiqi ilə bağlı münasibətlər ətraflı və kompleks şəkildə araşdırılmışdır. Daha sonra ailə mediatorunun mediasiya prosesindəki rolu, onun hüquq və vəzifələri, ailə mediasiya prosesinin aparılma qaydası, xarici ölkələrdə ailə mübahisələrinin həlli zamanı mediatorun fəaliyyətinə nəzər salınmışdır. Həmçinin məqalənin əsas məqsədi mövzu üzrə ailə mediasiyasında mediatorun rolu ilə bağlı fikir müxtəlifliklərinin təhlil edilməsi, mediasiya haqqında mövcud qanunvericiliyin modifikasiyası, ailə mübahisələri üzrə mediasiya prosesinin həyata keçirilməsi üçün elmi və praktiki bazanın təkmilləşdirilməsidir. Mediatorluğa namizədlərin hazırlıq və ixtisasartırma kurslarından keçmə qaydaları üzrə Azərbaycan Respublikasının qanunvericiliyindəki boşluqlar xarici ölkələrin hüquq praktikası üzərindən müqayisəli şəkildə təhlil olunmuşdur. Bundan əlavə, mediatorların qərəzsizliyi prinsipinin qorunub saxlanılması məqsədilə onların fəaliyyətində müəyyən məhdudlaşdırılmanın aparılması təklif edilmişdir. Araşdırma nəticəsində əldə edilmiş məlumatlar mediasiya ilə bağlı ailə qanunvericiliyinin təkmilləşdirilməsində, eləcə də bu sahədə yeni fəaliyyətə başlamış mütəxəssislərin və ixtisaslaşmış kadrların hazırlığının artırılmasında istifadə oluna bilər.
Müəllif :
Əkrəm Ələsgərov
Nəşr tarixi : 2022
Demokratik və hüquqi dövlət olan Azərbaycan Respublikası qarşısında duran ən mühüm sosial vəzifələrdən biri cinayət mühakimə icraatında şəxsiyyətin hüquqlarının təmin edilməsidir. Bu onunla şərtlənir ki, məhz bu sahədə şəxsiyyətin hüquq və qanuni mənafeləri dövlət orqanları tərəfindən ən aktiv təsirə, o cümlədən mühüm məhdudiyyətlərə məruz qalır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələri bilavasitə cinayət mühakimə icraatında şəxsiyyətin hüquq və qanuni mənafelərinə həsr edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 12-ci maddəsində “Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması” prinsipi müəyyən edilir.
Müəllif :
Ərəstun Qasimov - BDU, hüquq elmləri doktoru
Pərviz Rüstəmli - hüquqşünas
Nəşr tarixi : 2022
AR CPM-nin 7.0.20-ci maddəsində göstərilir ki, ittiham – şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. İttiham tərəfinə aid olan prokuror isə 7.0.23-cü maddəyə əsasən qanunda nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya dövlət ittihamçısı qismində məhkəmədə ictimai, yaxud ictimai-xüsusi ittihamı müdafiə edən şəxsdir. [1,s.42] Hüquq ensiklopedik lüğətində göstərilir ki, ittiham cinayət prosesində səlahiyyətli orqanların və şəxslərin cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirini sübut etməkdən ibarət fəaliyyətidir. Eyni zamanda ittiham hökmündə ifadə edilmiş tezisin məzmunu, ittihamçının irəli sürdüyü və öz nitqində şərh etdiyi ittihamın ifadəsidir. [2,s.200] Azərbaycan SSR-in 1961-ci il CPM-nin 150-ci maddəsinə əsasən ittiham sübut edilmiş cinayətin təsviri deməkdir.
Müəllif :
Şöhlət Kərimov - Milli Aviasiya Akademiyasının “Hüquq” kafedrasının dosenti, h.f.d.
Nəşr tarixi : 2022