Qətimkan tədbirləri cinayət yurisdiksiya orqanlarının cinayətlərin qarşısının alınması, cinayətlərin açılması və cinayət törətmiş şəxslərin məsuliyyətə alınması üzrə cinayət prosessual fəaliyyətin normal gedişini təmin etmək, öz vəzifələrini vaxtında və səmərəli yerinə yetirmək ücün cinayət prosessual qanunvericilikdə nəzərdə tutulan cinayət prosessual hüquqi vasitələrdir. Cinayət prosessual qanunvericilikdə bu tədbirlərin müxtəlif növlərinin nəzərdə tutulması və ümumilikdə seçilməsi və tətbiqi məqsədlərinin, şərtlərinin, əsaslarının və prosedur qaydasının müəyyən edilməsi bu tədbirlərin bilavasitə insan hüquq və azadlıqlarına müdaxilə ilə şərtlənməsi ilə bağlıdır. Məhz, bu mənada da qanunverici bu tədbirlərin sistemi və tətbiqinin ciddi şəkildə tənzimlənməsini zəruri hesab etmiş, bununla kifayətlənməmiş optimal hüquqi mexanizm müəyyənləşdirmişdir.
Müəllif :
Anar Məhəmmədov - BDU-nun Cinayət prosesi kafedrasının doktorantı
Nəşr tarixi : 2022
Respublikamızda uşaq hüquqlarının həyata keçirilməsi üçün dövlətimiz tərəfindən mühüm işlər görülmüş və bu iş prioritet bir istiqamət kimi davam etdirilir. Belə ki, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi və bu Qanundan irəli gələrək “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın, “Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının Qanunu”nun, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın və digər aktların təsdiq edilməsi buna bariz nümunədir. Lakin uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən hallara qarşı mübarizədə təkcə qeyd edilən aktlarla vəzifə bitmir, bu sahədə profilaktik fəaliyyət yüksək səviyyədə davam etdirilməlidir ki, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı tam azalsın.
Müəllif :
Canpolad Daanov - DİN-in Polis Akademiyasının rəisi, polis polkovniki, Polis Akademiyasının doktorantı
Nəşr tarixi : 2022
Azərbaycan Respublikasının 12 no-yabr 1995-ci il tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsi “Mülkiyyət hüququ” adlanır. Hə-min maddə Konstitusiyanın “Əsas hüquqlar, azadlıqlar və vəzifələr” adlı II Bölməsinin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlı III Fəslinin sisteminə aiddir.
Müəllif :
Davud Davudov - Milli Aviasiya Akademiyasının “Hüquq” kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2023
Bəşər cəmiyyətinin inkişafının bütün mərhələlərində, intellektin, elmin, mədəniyyətin, texnikanın inkişafına böyük önəm verilib. Təbii ki, ölkənin siyasi, sosi-al-iqtisadi inkişafı da məhz əhəmiyyətli dərəcədə yuxarıda göstərilən amillərdən asılıdır. Bu kon-tekstə demokratik, hüquqi dövlətdə əqli mülkiy-yətin tənziminə, mühafizəsinə hər zaman xüsusi diqqət olmuşdur.
Müəllif :
Ayişə Əliyeva - Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 2-ci kurs magistri, polis leytenantı
Nəşr tarixi : 2023
İnsan hüquqları, şəxsin sırf insan deyilən ləyaqətli, şüurlu və sərbəst iradəli varlıq olduğuna görə, hər yerdə və hər kəsə qar-şı yönəldilə bilən, şəxsin-qorunan qalası olan və onu digər şəxslərə, cəmiyyətə və dövlətə qarşı qoruyan, bununla belə, həm dövlətə öhdəlik qo-yan, həm də hüquq sahibinə də bəzi öhdəliklər yükləyən hüquqlardır.
Müəllif :
Aygül Cahangirova - BDU-nun İnsan hüquqları və YUNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2023
XX əsrin ikinci yarısında həbsxana xidmətləri həbsxana binaları daxilində tibbi müalicə xidməti-ni də əhatə etməyə başladı. Pat Carlen Britaniya həbsxana sistemində tibbiləşdirmə yolu ilə reabili-tasiyanın cinsiyyətə xas bir tədbir olduğunu vur-ğulamışdır: Bu cür tibbi müalicə qadın həbsxana-larının fundamental konsepsiyasına çevrildi. Həbs-xana rəhbərliyi tərəfindən müəyyən edilən patolo-ji, bioloji, emosional və xüsusi tibbi müalicə qadın məhbuslara qarşı daha yumşaq idi. Bu cür yum-şaqlığın əsas səbəbləri qadınların daha az ciddi ci-nayətlər törətmələri və kişilərə nisbətən residivist-liyinin aşağı səviyyədə olması idi
Müəllif :
Günay Hacıyeva - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ”, UNESCO kafedrasının müəllimi
Nəşr tarixi : 2023
Tobacco has been grown for quite a long time. Countries that grow the crop have justified their growing of it based on employment creation for local farmers and the contribution tobacco growing makes to economic emancipation. Despite that, the negative effects posed by tobacco use remain undeniable at a global level. Consequently, the World Health Organization (WHO) adopted the Framework Convention on Tobacco Control (FCTC) in 2003. The Convention is aimed at securing the health of the public from the adverse effects of tobacco and its use. It, therefore, calls on State Parties to adopt measures and strategies aimed at reducing the consumption of tobacco, such as plain packaging of tobacco products. While the Zambian government is aware of the obligations placed on it by the Convention, which it acceded to in 2008, calls for domestication have not been heeded. It will be demonstrated in this article that the failure to domesticate the Convention by the government offends the right to health and, by and large, leaves room for tobacco companies to take advantage of the right to trademark protection over the FCTC plain packaging recommendation.
Müəllif :
Chisanga Mutale & Chipasha Mulenga
Nəşr tarixi : 2024
Süni İntellekt (bundan sonra – Sİ) artıq hüquq da daxil olmaqla, bir çox sahədə gündəlik olaraq tətbiq edilir. Sİ-dən istifadənin artan tempdə davam etməsi özü ilə bərabər həm üstünlüklər, həm də risklər gətirir. Belə ki, Sİ işlərin avtomatlaşdırılması, hüquqi araşdırmaya ayrılan vaxtın azaldılması və hüquqi yazının daha tez tərtib edilməsi kimi üstünlüklərə malikdir. Bununla belə, vəkilin yeni, süni intellektli köməkçisi yanlış faktların təqdim edilməsi və fərdi məlumatların yayılması kimi riskləri də özündə daşıyır. Bu məqalədə Sİ-nin vəkillik peşəsinə təsiri ABŞ-də bir sıra vəkillər kollegiyaları tərəfindən qəbul edilmiş tənzimləmələr kontekstində araşdırılır. Həmçinin yazıda həmin sənədlərlə Azərbaycandakı vəkillik peşəsini tənzimləyən aktlar müqayisəli olaraq təhlil edilmiş, milli qanunvericilikdəki boşluqlar müəyyənləşdirilmişdir. Sonda isə Sİ texnologiyasından istifadənin cəmiyyətdə sürətlə yayılmasını nəzərə alaraq qanunvericilikdəki boşluqların aradan qaldırılması üçün təkliflər verilmişdir.
Müəllif :
Rüfət Nağıyev
Nəşr tarixi : 2024
The issue of extraterritorial jurisdiction of the ECHR is no longer confidential, it is openly discussed and often regulated by law. The purpose of this article is to elucidate the contradictory provisions of the European Convention on Human Rights (ECHR) concerning extraterritorial jurisdiction that may arise from a signatory state’s actions on another state’s territory. Additionally, the Strasbourg Court’s application of the Convention to international armed conflicts will be examined. This article aims to clarify the conflicting aspects of the ECHR regarding extraterritorial jurisdiction arising during the activities of a signatory state in the territory of another state and to determine how the Strasbourg Court applied the Convention to international armed conflicts in this context. According to Article 1 of the ECHR, member states are obliged to recognize the rights and freedoms set out in the Convention to everyone “within their jurisdiction”. Nevertheless, the Strasbourg Court did not precisely explain when and how the jurisdiction of the ECHR regarding the extraterritorial actions of signatory states emerged. In other words, there is no particular provision for extraterritorial aspects. Therefore, this study analyzes two essential models presented by the ECtHR for solving the problem. While the spatial model is based on the state’s control over a particular territory, the personal model consists of the power of authority that the state exerts on individuals through its agents. The topic of this article establishes an obvious background by examining numerous court cases on both models. In addition, this research explores the functional and third models under alternative approaches and presents the author’s views on which model will be effective. Additionally, this article provides the author’s arguments after analyzing the ECtHR’s reference to IHL norms through its case law. The author focuses on applying the balance method to solve the problem. In conclusion, this study suggests that extraterritorial jurisdiction under the ECtHR is an important legal tool for maintaining a workable balance between the Convention’s regional identity and its universalist aspirations.
Müəllif :
Kamran Khalilov
Nəşr tarixi : 2024
Məqalənin əsas məqsədi özbaşına tikinti ilə bağlı nəzəri və praktiki problemlərin, bu institutun əsas xüsusiyyətlərinin kompleks təhlilidir. Əlavə olaraq, məqalə özbaşına tikinti obyektlərinə mülkiyyət hüququnun tanınması ilə yaranan münasibətlərin hüquqi tənzimlənməsinə toxunur və onun səmərəliliyinin artırılması üsullarını araşdırır. Bu məqalədə Azərbaycanda özbaşına tikinti institutunun tarixçəsi, hüquqi mahiyyəti və xüsusiyyətləri araşdırılır. Həmçinin özbaşına tikintiyə münasibətdə yaranan hüquqi nəticələr xarakterizə olunur, qanunvericilikdə və məhkəmə təcrübəsində bu hüquqi fenomenin mövcud problemləri müəyyən edilir, daha sonra onların həll olunması istiqamətində bir sıra təkliflər verilir. Sonda isə araşdırmanın nəticələri əsasında mövcud mülki qanunvericiliyin və məhkəmə praktikasının təkmilləşdirilməsi üzrə konkret təkliflər irəli sürülür.
Müəllif :
Natiq Xəlilov
Nəşr tarixi : 2024