Məqalədə kiberhücumların silahlı münaqişə kimi qiymətləndirilməsi beynəlxalq hüquq normaları əsasında (BMT Nizamnaməsi, Müharibə qurbanlarının müdafiəsi haqqında Cenevrə Konvensiyaları və Əlavə Protokollar, Tallin Təlimatları və s.) təhlil edilir. Məlum olduğu kimi, beynəlxalq hüquqi tənzimləmənin əsas məqsədini BMT Nizamnaməsində nəzərdə tutulduğu kimi, beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək təşkil edir. Müasir cəmiyyətin rəqəmsallaşması, kiberməkanın sərhədlərinin bəlli olmaması bu məqsədin yerinə yetirilməsində tamamilə yeni məsələləri gündəmə gətirir. Belə ki, kiberməkanda törədilən hər hansı bir kiberhücumla nəinki bir dövlətə, hətta eyni anda bir neçə dövlətə müxtəlif iqtisadi, siyasi və digər ziyan vurmaq mümkündür. Bu gün hər hansı bir dövlətin kritik informasiya infrastrukturuna yönəlmiş kiberhücumla həmin dövlətin fəaliyyətini “iflic” etmək çox asan və rahat idarə olunan qanunsuz fəaliyyətə çevrilmişdir. Hazırda isə bu təhlükələr daha da artmaqdadır. Təqdim olunan məqalənin başlıca məqsədi kiberhücumlar zamanı beynəlxalq hüququn üzləşdiyi çətinliklərə həll yolu təklif etməkdir. Bu məqsədlə kiberhücumların və kiberhücumçuların anlayışı və əsas xüsusiyyətləri araşdırılmış, beynəlxalq sənədlər əsasında kiberhücumun silahlı münaqişə kimi qiymətləndirilməsi mümkünlüyü tədqiq olunmuşdur. Eyni zamanda, bir sıra mühüm beynəlxalq sənədlərin müddəalarına və beynəlxalq təşkilatların rəylərinə (“bərk” və “yumşaq” hüquq normaları) müqayisəli formada müraciət edilmişdir. Araşdırmanın sonunda kiberhücumların özünün də düşmənçilik xarakteri daşıyan davranış olması nəticəsinə gəlinərək, onların silahlı münaqişələr qədər təhlükəli olması və dövlətlərin bu cür hücumlardan özünümüdafiə hüququna malik olması irəli sürülmüşdür
Müəllif :
Mehdi Abdullayev
Nəşr tarixi : 2025
Məqalə məhkəmə baxışının uzadılması problemlərinin təhlil edilməsinə həsr edilmişdir. Məhkəmə proseslərinin uzadılması insan hüquqlarının etibarlı təmin edilməsinə, həmçinin ədalət mühakiməsinin “ağlasığan müddət” ərzində həyata keçirilməsinə və dövlətin hüquq sisteminin səmərəliliyinə təsir edir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı bəzi prosessual hüquqların həyata keçirilməsinin vaxtla məhdudlaşdırılması, bir sıra hallarda formalizmə gətirə bilər. Məhkəmə proseslərinin əsassız və subyektiv aspektlərdə uzadılmasının qarşısının alınması üçün ekspertizanın aparılması ilə bağlı müddətlərin tətbiqi sahəsində müəyyən qanunvericilik islahatları aparılmalı, elektron ekspertiza sistemi yaradılmalı, ekspertizalarıın elmi-texniki təminatı daha da möhkəmləndirilməli, rəqəmsallaşdırma tətbiq edilməli, hakimlərin, həmçinin prosesin digər iştirakçılarının prosesin uzadılması ilə bağlı subyektiv yanaşması hallarının aradan qaldırılması ilə bağlı mexanizmlər işlənib hazırlanmalı, məhkəmlərdə işlərin bölüşdürülməsinin elektron sisteminin mürəkkəb işlərlə bağlı funksionallığı artırılmalı, işlərə prioritet baxılmasının qanunvericiliyə və təcrübəyə daxil edilməsi, mürəkkəb işlərlə bağlı kriteriyaların Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə uyğun olaraq hazırlanması, məhkəmə arxivlərinin elektronlaşdırılması kimi tədbirlər həyata keçirilməlidir.
Müəllif :
Mətanət Əsgərova
Nəşr tarixi : 2025
Azərbaycan Respublikasında məntəqə tipli cəzaçəkmə müəssisələrinin yaranma tarixi, inkişafı, həmin müəssisələrdə cəzanın icrası təcrübəsi nəzərdən keçirilir, onların fəaliyyətinin təkmilləşdirilməsinə, mövcud çətinliklərin həllinə yönəlmiş təkliflər verilir.
Müəllif :
Musa Hümbətov
Nəşr tarixi : 2026
The main purpose of the article is to analyze the current state of legal education and science in the Republic of Azerbaijan, to identify the tasks and development opportunities in this field. The article also discusses the place of Azerbaijani legal scholars in the international ranking and the steps taken by the state in this direction. In order to better understand the overall picture, comparative international experiences are also referred to.
Müəllif :
Mahammad Guluzade
Nəşr tarixi : 2025
Ermənistanın etnik azərbaycanlılara qarşı həm Ermənistan ərazisində həm də, Qarabağda işğal olunmuş ərazilərdə törətdiyi beynəlxalq hüquqazidd əməllər, o cümlədən beynəlxalq cinayətlər birmənalı olaraq beynəlxalq məsuliyyətə əsas verir.
Müəllif :
Məhəmməd Quluzadə
Nəşr tarixi : 2024
Enjoyment of human rights should not have territorial boundaries as such. Therefore, the present article sug-gests ‘the right to digital services’ as a new human right and analysis its scope from the perspective of the extra-territoriality principle. At the same time, the article attempts to analyze and discuss advantages and legal grounds of a ‘techno-legal station’ (TLS), a futuristic digital extra-territorial station that could enable any person to access digital services of a number of countries, including the country of his/her nationality irrespective of his/her physical location. In light of these issues, the article also reviews modern trends in ensuring human rights and data protec-tion in modern technological and AI platforms, including a new EU Digital Wallet.
Müəllif :
M.Guluzade, S.Mahmudov
Nəşr tarixi : 2025
Dövlət beynəlxalq hüququn subyekti kimi başqa dövlətlərlə bağladığı ikitərəfli və tərəfdar çıxdığı çoxtərəfli müqavilələrin müddəalarından irəli gələn öhdəliklərini icra etməyə borcludur. Bir qayda olaraq, dövlətin beynəlxalq müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi onun məsuliyyətinə səbəb olur. Lakin müqavilə öhdəliklərinin yerinə yetirilməməsi əməlin hüquqaziddliyini istisna edən hallara söykəndikdə dövlətin məsuliyyəti yaranmır.
Müəllif :
Məhəmməd Quluzadə
Nəşr tarixi : 2025
Məqalə beynəlxalq cinayətlərə və onların səbəb olduğu beynəlxalq hüquqi məsuliyyətin müzakirəsinə həsr edilmişdir. Dövlətin məsuliyyətinin müəyyən edilməsində “jus contra bello”, “jus ad bellum”, “jus in bello”, “jus post bellum” məhfumlarının önəmi vurğulanmış və onların kontekstində dövlətlərin çəkinməli olduğu davranışların hüquqazidd olması səbəbləri araşdırılmış və bu sahədə BMT-nin yanaşması təhlil edilmişdir.
Müəllif :
Məhəmməd Quluzadə
Nəşr tarixi : 2024
Bu tədqiqat işində cinayət davranışının proqnozlaşdırılması problemi psixoloji xarakteristikalar əsasında və qeyri-səlis məntiq metodologiyası çərçivəsində təhlil edilmişdir. İşdə cinayətkarlıq yalnız hüquqi hadisə kimi deyil, sosial, psixoloji və bioloji determinantların qarşılıqlı təsiri nəticəsində formalaşan mürəkkəb davranış sistemi kimi nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, cinayət riskinin qiymətləndirilməsi sadə səbəb-nəticə əlaqələri ilə deyil, çoxfaktorlu və qeyri-müəyyən sistemlərin kompleks təhlili ilə mümkündür. Tədqiqatın əsas məqsədi fərdin psixoloji xüsusiyyətləri əsasında cinayət davra-nışının baş vermə ehtimalını nəzəri və metodoloji baxımdan əsaslandırmaq, cinayətə təhrik edən və cinayətdən çəkindirən psixoloji amilləri sistemləşdirmək, həmçinin qeyrisəlis məntiq əsasında riskin qiymətləndirilməsini təsvir etməkdən ibarətdir. İşdə cinayət davranışının determinasiya problemi, proqnozlaşdırmanın çətinlikləri və xaotik sistemlərdə nizamın aşkarlanması məsələləri araşdırılmışdır. Psixoloji risk amilləri davranış tarixçəsi, emosional-affektiv xüsusiyyətlər, koqnitiv və qərarvermə mexanizmləri, şəxsiyyət strukturu, iradə və özünənəzarət, dəyər-motivasiya sistemi və sosial-psixoloji bacarıqlar üzrə təsnif edilmişdir. Eyni zamanda, cinayət davranışından çəkindirən psixoloji qoruyucu amillər ayrıca sistemləşdirilərək riskin hesablanmasında onların nəzərə alınmasının zəruriliyi əsaslandırılmışdır. Tədqiqatın tətbiqi hissəsində qeyri-səlis modelləşdirmə mərhələli şəkildə izah edilmiş, psixoloji dəyişənlərin [0;1] intervalında qiymətləndirilməsi, üçbucaq üzvlük funksiyalarının qurulması, “əgər–onda” qaydaları əsasında Mamdani tipli inferens mexanizminin tətbiqi və defuzzifikasiya mərhələsi göstərilmişdir.
Müəllif :
Yəhya Abdullalı, Afərin Abbasova
Nəşr tarixi : 2026
Bu məqalədə süni intellektin hüquqi qərarvermə proseslərinə inteqrasiyası və onun yaratdığı funksional imkanlar və risklər araşdırılmışdır. Müəllif süni intellekt alətlərinin hüquqi məlumatların təhlili, sənədlərin hazırlanması və qərarların proqnozlaşdırılması kimi funksiyaları sürətləndirərək hüquqi xidmətlərin səmərəliliyini və əlçatanlığını artırmaq potensialına malik olduğunu vurğulayır, eyni zamanda alqoritmik qərarvermədə şəffaflıq, məsuliyyət və qərəz kimi etik və sosial problemlər yarada biləcəyini qeyd edir. Məqalədə həmçinin göstərilir ki, süni intellekt yalnız insan hüquqşünasların peşəkarlığını dəstəkləyə bilər, lakin onları tam əvəz edə bilməz. Hüquqi sistemlərdə süni intellektin ədalətli və etibarlı tətbiqi üçün əhatəli hüquqi, etik və texniki nəzarət mexanizmlərinin vacibliyi vurğulanır. Belə yanaşma həm texnoloji effektivliyi, həm də hüquqi legitimliyi təmin edərək qərarvermə proseslərinin şəffaflığını və etibarlılığını gücləndirir və hüquqi dövlətin təməl prinsiplərinin qorunmasına xidmət edir
Müəllif :
Aygün Arifli
Nəşr tarixi : 2026