Turizm - dövlətlərin iqtisadi və siyasi cəhətdən inkişafını təmin edən münasibətlər sistemidir. Bu o deməkdir ki, turizm münasibətləri iqtisadi potensialına uyğun olaraq dövlətə gəlir gətirir, eyni zamanda dövlətlərarası əməkdaşlığın yaxşılaşdırılması ilə nəticələnir. İqtisadi əhəmiyyət daşıyan turizm dövlətin büdcəsini formalaşdıran əsas mənbələrdən birinə çevrilir. Siyasi əhəmiyyət daşıyan turizm beynəlxalq əlaqələrin müsbət istiqamətdə irəliləməsinə səbəb olur. Turizm sahəsinin formalaşdırılmasında maraqlı olan dövlətlər bunun üçün bir çox əməkdaşlıqlar edirlər. Beynəlxalq müqavilələr həmin bu önəmli məsələləri özündə əks etdirən mühüm sənədlərdir. Məqalədə beynəlxalq müqavilələrin əhəmiyyətindən və onların praktikada tətbiqinin nəticələrindən bəhs olunur.
Müəllif :
Səadət Musayeva
Nəşr tarixi : 2023
Since the appearance of the human on earth, his actions have influenced the environment, changing it. As thousands of years passed and the number of people on the planet increased, this impact on the environment only intensified. This impact could be both negative and positive. Negative impacts are the result of the destruction of local flora and fauna, irrational use of natural resources leading to their depletion and destruction, thereby changing the balance in the ecosystems of certain regions, transforming the landscape. To date, the result of such actions has been air pollution, destruction of forests, pollution of water resources, soil, illegal destruction of animals and much more. Of course, these are not all the environmental problems that human has been able to cause, but their number is only increasing every day. We must understand that human existence without the presence of the environment is simply impossible. Human and nature are not only interconnected, but also interdependent.
Müəllif :
Idris Asadzade
Nəşr tarixi : 2023
Korporativ hüquqda demokratiya prinsipi müasir korporasiyaların idarə edilməsi və fəaliyyətinin əsasını təşkil edən fundamental anlayışdır. Bu məqalə bu prinsipin əsas aspektləri və onun korporativ hüquq sahəsində əhəmiyyəti haqqında ümumi məlumat verir. Korporativ hüquqda demokratiya, korporasiyanın qərar qəbul etmə proseslərində maraqlı tərəflərin, o cümlədən səhmdarların bərabər iştirakını və təsirini təmin edəcək şəkildə idarə edilməsi fikrini ifadə edir. Bu prinsip korporativ strukturda şəffaflığın, hesabatlılığın və ədalətin qorunması üçün vacibdir. Mahiyyət etibarı ilə o, cəmiyyətin daha geniş demokratik dəyərlərini əks etdirir və onları korporativ mühitə uyğunlaşdırır. Korporativ hüquqda demokratiya prinsipi korporasiyaların bütün maraqlı tərəflərin maraqlarına uyğun fəaliyyət göstərdiyi, səhmdarların maraqları ilə daha geniş ictimai maraqların tarazlaşdırılması sistemini təşviq edir. Bu prinsipə sadiqlik daim inkişaf edən biznes mənzərəsində müasir korporasiyaların uzunmüddətli uğuru və davamlılığı üçün vacibdir.
Müəllif :
Pəri Vəlixanova
Nəşr tarixi : 2023
This article describes the international methods and means of human rights protection in detail. The problems arising in the realization of human rights in modern times, as well as the characteristic features of their solutions, are one of the points covered in the article. Thus, the international acts adopted in the last century to ensure the systematic development of human rights, their composition and the institutions created on the basis of these acts have been discussed in the article. The variety of regional and national mechanisms created to protect the rights of individual human groups has been analyzed in detail as one of the issues of interest.
Müəllif :
Aisha Gasimova
Nəşr tarixi : 2023
Dünyada ərazi və resursların məhdudluğu şəraitində baş verən münaqişə və müharibələrin meydana gətirdiyi təhdidlər getdikcə daha da şiddətlənməkdə və daha ciddi nəticələr meydana gətirməkdədir. XXI əsrin qlobal problemlərinin də ağırlaşdırdığı belə bir vəziyyət beynəlxalq hüquqa və onun təklif etdiyi həll yollarına bir daha ciddi nəzər salmağı şərtləndirir. Bu məqalə də, sözügedən təhdidlərə münasibətdə hüquqi həll yollarına işıq tutmaq məqsədini daşıyır. Məqalənin giriş hissəsində ədəbi sülh, təcavüzlərin və müharibələrin qarşısının alınması məqsədilə tarixən irəli sürülmüş təşəbbüslərə qısa nəzər salınır və təcavüzün anlayışının verilməsinin əhəmiyyətinə diqqət yetirilir. Məqalənin 1-ci hissəsində II Dünya Müharibəsinə qədər belə bir anlayışın verilməsinə yönəlmiş səylər araşdırılır. 2-ci hissədə isə, təcavüzün BMT çərçivəsində verilmiş 1974-cü il tarixli anlayışının ən mühüm cəhətləri araşdırılır. Sonda, əgər beynəlxalq hüquq çərçivəsində zəruri tədbirlər görülməzsə, bəşəriyyəti gözləyən təhlükələr haqqında qısa məlumat verilir.
Müəllif :
Ramin Əliyev
Nəşr tarixi : 2023
Hər bir xalqın gələcəyi potensial olaraq gənc nəsildən asılıdır, ona görə də uşaq hüquqlarının müdafiəsi birmənalı olaraq müasir dövrümüzün əsas vəzifəsidir və onun həllində bütün dünya dövlətləri maraqlı olmalıdır. Uşaq hüquqlarının özəlliyi uşaqların azad və hərtərəfli inkişafı üçün imkanlar və əlverişli şərait yaratmaq üçün onların xüsusi müdafiəyə ehtiyacının olmasıdır. Bu gün beynəlxalq insan hüquqları sisteminin mühüm göstəricilərindən biri də uşağın həm doğuşdan əvvəl, həm də doğuşdan sonra xüsusi müdafiə və qayğıya, o cümlədən zəruri hüquqi yardıma ehtiyacı olduğunun, eləcə də onun hüquq subyekti kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Məqalənin yazılması zamanı uşaq hüquqlarının müdafiəsi üzrə prinsiplərin dairəsi müəyyən olunmuş, uşaq hüquqlarının müdafiəsi üzrə beynəlxalq normaların milli qanunvericiliyə tətbiqi üzrə təklif və tövsiyələr təqdim edilmişdir.
Müəllif :
Zamiq Allahverdiyev
Nəşr tarixi : 2023
Məqalədə vəkillik institutunun müasir hüquqda beynəlxalq və məhkəmə praktikasında yeri məsələsi araşdırılır, peşəkar hüquqi yardım hüququnun hüquqi təminat kimi təhliliaparılır, vəkillik fəaliyyətinin ən əsas xidmət sahələrindən biri kimi nümayəndəlik fəaliyyəti araşdırılır, peşəkar hüquqi yardım hüququnun müxtəlif aspektləri qiymətləndirilir, vəkillərin peşəkar hüquqi yardım hüququnu qorumaq və onun cəmiyyətdə ədalətin əsas sütunu olaraq qalmasını təmin etmək üçün nəzərdə tutulmuş təminatlar sistemində əhəmiyyətli və vacib rola malik olmaqla mühüm funksiyaları yerinə yetirdiyi, nəhayət, vəkillərin insan hüquqlarını müdafiə etdiklərinə görə beynəlxalq cəmiyyyətin və dövlətin maraqlarına birbaşa xidmət etdiyi vurğulanır.
Müəllif :
Polad Mehdiyev
Nəşr tarixi : 2023
Müasir dövrdə davamlı inkişaf çərçivəsində indiki nəsillərin tələbatlarının gələcək nəslin mənafeyinə zərər vurmadan ödənilməsi durur ki, bu da özünün üç istinad nöqtəsi ilə xarakterizə olunur. Davamlı sosiallıq adını almış ən mühüm sütunlardan biri insanların layiqli həyat səviyyəsinin təmin olunmasında ən başlıca yerlərdən birini tutur. Cəmiyyət davamlı sosiallıq çərçivəsində insanların əsas sosial hüquqlarını təmin etməklə onların rifahının yüksəldilməsinə nail ola bilər. Məqalədə Minilliyin inkişaf məqsədləri qismində planlaşdırılan sektorların inkişaf mərhələləri və hüquqi əsaslarının əks olunduğu mənbələr araşdırılmış, on yeddi məqsəddən on birinin sosial hüquq qismində təhlili aparılmış, bu barədə tədqiqatçıların fikirlərinə yer verilmişdir. Müəllif tərəfindən davamlı inkişafa nail olmağın ən başlıca şərti kimi sosial mənafeyin təminatı fikri irəli sürülmüş, bu məqsədin digər iki (iqtisadi və ekoloji) məqsədlərə gedən yolun da başlıca şərti olduğu müdafiə olunmuş, bu istiqamətdə təkliflər səsləndirilmişdir.
Müəllif :
Mələkxanım Rəhimova
Nəşr tarixi : 2023
Nümayəndəlik institutu praktiki olaraq hüququn bütün sahələrində mövcuddur. Mülki prosesdə nümayəndəlik institutu fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının məhkəmədə müdafiəsinin vacib konstitusion təminatıdır. Hüququn bu institutu ümumi anlamda bir şəxsin digər şəxsin adından, onun maraqları naminə, onun tapşırığı ilə həmin şəxsə qanunla verilən səlahiyyətlər çərçivəsində prosessual hərəkətləri icra etdiyi, eyni zamanda təmsil olunan şəxsə münasibətdə müəyyən hüquq və vəzifələr yaradan hüquq münasibətidir. Nümayəndəlik maddi və prosessual hüquqda öz məqsədlərinə, yaranma əsaslarına və nəticələrinə görə fərqlənir.
Müəllif :
Hüseyn Əsgərov
Nəşr tarixi : 2023
Müasir dövrdə İKT-nin dinamik inkişaf etdiyi bir dövrdə insanın şəxsi həyatı sferasında məlumat azadlığının sərhədlərinin hüquqi tənzimlənməsi aktual mövzulardan hesab olunur. Çünki bir tərəfdnə insanın şəxsi və ailə həyatının qorunması vacibdirsə, digər tərəfdən hər bir kəsin istənilən məlumatı əldə etmək hüququ təmin olunmalıdır. Ona görə də şəxsi toxunulmazlıq hüququnun məzmunu dəqiq müəyyən olunmalıdır ki, məhz hansı məlumatların əldə olunması və yayılmasına məhdudiyyətlərin qoyulması məsələsi konkretləşdirilsin. Təqdim olunan məqalə şəxsi toxunulmazlıq hüququ ilə bağlı məqamlara aydınlıq gətirilməsini, məlumat azadlığının əksər hallarda şəxsi toxunulmazlıq hüququ ilə toqquşmasından irəli gələn ziddiyyətlərin aradan qaldırılması üçün təkliflərin təqdim olunmasını qarşıya məqsəd kimi qoymuşdur. Məqalədə mövcud problemlər həm hüquqi, həm də təcrübi baxımdan şərh olunmuş, təklif və tövsiyələr irəli sürülmüşdür.
Müəllif :
Gülnaz Rzayeva
Nəşr tarixi : 2023