Son xəbərlər

Hüquq və İnsan Haqları İnstitutunda ədalətli məhkəmə baxışı mövzusuna dair təlim təşkil olunub  

Oktyabrın 2-də Hüquq və İnsan Haqları İnstitutunda “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi: ədalətli məhkəmə baxışı” mövzusunda təlim keçirilib. Təlimdə hakimlər, vəkillər, bir sıra dövlət qurumlarının hüquqşünasları,  eləcə də ali təhsil müəssisələrinin hüquq fakültələrinin müəllim və tələbələri olmaqla, ümumilikdə 21 nəfər iştirak edib.

Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün mülkiyyət hüququ mövzusunda təlim keçirilib

Hüquq və İnsan Haqları İnstitutu tərəfindən icra hakimiyyəti orqanlarının əməkdaşları üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda keçirilən silsilə təlimlər davam edir. Təlimlərin keçirilməsində əsas məqsəd mülkiyyət hüququnun müdafiəsi sahəsində biliklərin artırılması, milli hüquqi mexanizmlər və Avropa Konvensiyasının standartları barədə məlumatlılığın gücləndirilməsidir.

Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib

Ailə hüququ sahəsində beynəlxalq əməkdaşlığın və səmərəli elmi-praktik dialoqun inkişaf etdirilməsi, müasir və qabaqcıl təcrübələrin öyrənilməsi, eləcə də ailə institutunun hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə sentyabrın 4-də Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib.