Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Məhkəmə-Hüquq Şurasına üzv seçilib.
Avropa Şurasının dəstəyi ilə İnstitut silsilə təlimlərə başlayıb
Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının birgə əməkdaşlığı çərçivəsində iyulun 27-dən başlayaraq silsilə təlimlərə start verilib. “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda keçirilən ilk təlimdə açılış nitqi ilə çıxış edən İnstitutun İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədov əvvəlcə təlim iştirakçılarına İnstitutun fəaliyyət istiqamətləri barədə məlumat verib.