Son xəbərlər

Müdafiə Nazirliyinin əməkdaşlarına maarifləndirici təlim təşkil olunub    

İnsan hüquqlarının müdafiəsi sahəsində hüquqi biliklərin inkişaf etdirilməsi üçün maarifləndirici təşəbbüslər mühüm əhəmiyyət kəsb edir. “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs (İnstitut) bu istiqamətdə görülən işlərin davamı kimi iyulun 21-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi Hərbi polis idarəsinin hərbi qulluqçuları üçün “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi” mövzusunda təlim təşkil edib.

İcra hakimiyyəti nümayəndələri üçün mülkiyyət hüququna dair təlim keçirilib  

İyulun 15-də “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquq şəxs tərəfindən icra hakimiyyəti nümayəndələri üçün “Mülkiyyət hüququnun müdafiəsi və yerli icra hakimiyyətləri” mövzusunda təlim təşkil olunub. Təlimdə şəhər və müxtəlif bölgələri təmsil edən 9 icra hakimiyyətindən ümumilikdə 14 nümayəndə iştirak edib.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair elmi-praktiki kommentariyanın təqdimatı

İyulun 8-də “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs (İnstitut) “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair hazırlanmış elmi-praktiki kommentariyanın təqdimatını keçirib.

DİN-in Polis Akademiyasında insan hüquqlarına dair mühazirə təşkil olunub

4 iyun 2025-ci il tarixində Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Polis fəaliyyəti və insan hüquqlarının təminatı” mövzusunda maarifləndirici mühazirə keçirilib. 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunmuş mühazirədə Polis Akademiyasının 60 kursantı iştirak edib.