Son xəbərlər

“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti məlumat sessiyası Naxçıvanda fəaliyyət göstərən media nümayəndələri üçün təşkil edilib

Aprelin 25-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Medianın İnkişafı Agentliyi Hüquq və İnsan Haqları İnstitutu ilə birgə Naxçıvanda fəaliyyət göstərən media nümayəndələri üçün “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda məlumat sessiyası təşkil edib.

Polis Akademiyasında İnstitutun nəşr etdirdiyi kitabın təqdimatı olub  

Aprelin 14-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Hüquq və İnsan Haqları İnstitutunun nəşr etdiyi "Heydər Əliyev: Cinayətkarlıqla mübarizə" kitabının təqdimatı keçirilib. Tədbirdə çıxış edən Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov polis sistemində aparılan islahatlardan, İnstitutun Akademiya ilə əməkdaşlığından və hazırlanan kitabın tədrisə töhfəsindən danışıb.

Qazaxıstan Mediatorlar Assosiasiyasının Baş direktoru İnstitutun qonağı olub

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə yanvarın 30-da Orta Asiya Mediatorlar Konsorsiumunun sədri və Qazaxıstan Mediatorlar Assosiasiyasının Baş direktoru Jandılda Jakupovla, həmçinin Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovla görüş keçirib.