Son xəbərlər

18 Oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf və qürur hisslərilə yazılmış əlamətdar bir gündür. SSRİ-nin süquta uğraması nəticəsində Azərbaycan xalqı ikinci dəfə öz dövlət müstəqilliyini yenidən bərpa etdi. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında müzakirələr aparılaraq oktyabrın 18-də “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Konstitusiya Aktı siyasi və iqtisadi münasibətlərin fundamental prinsiplərini, təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun və çoxpartiyalı sistemin təmin olunmasını özündə ehtiva edib. 1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi hər il bayram kimi qeyd edir.

“Hüquq və İnsan Haqları İnstitutu” loqo müsabiqəsini elan edir!

Göndəriləcək loqo təkliflərinin aşağıdakı tələblərə uyğun olması gözlənilir: 1. Dizayn konsepsiyasında “Hüquq və İnsan Haqları İnstitutu”nun fəaliyyət və məqsədlərinin nəzərə alınması; 2. Loqonun yadda qalan olması; 3. Loqonun png, pdf formatında olması; 4. Xüsusi rəng tələbi yoxdur, lakin seçim zamanı fəaliyyət sahəsinin nəzərə alınması; 5. Plagiat olmaması; 6. Loqonun açıqlaması və izahı ilə birgə göndərilməsi arzuolunandır.

Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları ilə görüş keçirilib

Bu gün Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmış “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin icraçı direktoru Samir Mahmudov tabeliyində fəaliyyətə başlamış “Hüquq və İnsan Haqları İnstitutu”nun yeni təyin olunmuş rəhbərini kollektivə təqdim etdi. İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə kollektivi salamlayaraq əməkdaşları yeni yaradılmış təşkilatın Nizamnaməsində qeyd olunan istiqamətlərlə tanış etdi və qarşıda duran planlara, yeniliklərə aydınlıq gətirdi.

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin (HEQT Mərkəzi) Müşahidə Şurasının qərarı ilə Məhəmməd Fəxrəddin oğlu Quluzadə “Hüquq və İnsan Haqları İnstitutu”nun İdarə Heyətinin sədri təyin olunub

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin (HEQT Mərkəzi) Müşahidə Şurasının qərarı ilə Məhəmməd Fəxrəddin oğlu Quluzadə “Hüquq və İnsan Haqları İnstitutu”nun İdarə Heyətinin sədri təyin olunub.