İllik hesabat - 2024
İnstitutda gənclər üçün növbəti məlumat sessiyası keçirilib
Hüquq və İnsan Haqları İnstitutu martın 17-də 24 nəfər gənc üçün “Sosial davranış. Polis və gənclər” mövzusunda məlumat sessiyası təşkil edib.
Son zamanlar Hüquq və İnsan Haqları İnstitutu hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə tədbirlərinin aparılması, həmçinin məlumatların rahat və əlçatan şəkildə ictimaiyyətə çatdırılması məqsədilə bir sıra rəqəmsal baza sistemləri və platformalar yaradıb.
Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) Praktikaya aid siqnallar Sorğusu (PASS) platformasını istifadəyə verib.
Hüquq və İnsan Haqları İnstitutu hüquq elmi sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıların yazdıqları əsərlər, tədris etdikləri fənlər, h-indeksləri və digər məlumatları əks etdirən vahid elektron məlumat bazasını istifadəyə verib.
Hüquq və İnsan Haqları İnstitutu martın 17-də 24 nəfər gənc üçün “Sosial davranış. Polis və gənclər” mövzusunda məlumat sessiyası təşkil edib.
Hüquq və İnsan Haqları İnstitutu martın 14-də "Əlilliyi olan şəxslərin hüquqları" mövzusunda onlayn məlumat sessiyası təşkil edib.
“Konstitusiyanın təxminən üçdə biri məhz birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunmuşdur (24-71-ci maddələr)” – bu fikirlər Hüquq və İnsan Haqları İnstitutunun fevralın 28-də gənclər üçün təşkil etdiyi məlumat sessiyasında şöbə müdiri Vüsalə Muradxanlı tərəfindən səsləndirilib.
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə yanvarın 30-da Orta Asiya Mediatorlar Konsorsiumunun sədri və Qazaxıstan Mediatorlar Assosiasiyasının Baş direktoru Jandılda Jakupovla, həmçinin Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovla görüş keçirib.
27 dekabr 2024-cü il tarixində Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə Binəqədi Rayon Polis İdarəsində təlim təşkil edib.
“Şəxsi azadlıq hər bir fərdin təhlükəsiz və bərabər şəraitdə yaşamaq hüququnu təmin edir. Azadlığın pozulması yalnız qanuni əsaslarla mümkün olmalı və hüququn pozulmasına yol verilməməlidir.” — bu fikirlər 25 dekabr 2024-cü il tarixində Hüquq və İnsan Haqları İnstitutunun Daxili İşlər Nazirliyi (DİN) ilə birgə Nizami Rayon Polis İdarəsində təşkil etdiyi təlimdə səsləndirilib.
Hüquq və İnsan Haqları İnstitutu məişət zorakılığı qurbanlarının hüquqlarının qorunmasına dair yeni videotəqdimat hazırlayıb. Bu təqdimat məişət zorakılığına qarşı mübarizədə hüquqi bilikləri artırmağa və qurbanlara dəstək göstərməyə yönəldilib.
Cari il dekabr ayının 21-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasının final mərhələsi keçirilib.
Hüquq və İnsan Haqları İnstitutu inzibati xəta haqqında işlər üzrə icraat zamanı tərtib olunan prosessual sənədlərə dair yeni bir videotəqdimat hazırlayıb. Bu təqdimat inzibati hüquq sahəsində çalışan hüquqşünaslar, dövlət qulluqçuları və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün xüsusilə faydalıdır.
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (HEQT Mərkəzi) və Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) birgə təşəbbüsü ilə dekabrın 6-da “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi ilə bağlı dəyirmi masa keçirilib.