İllik hesabat - 2025
İnstitutun İdarə Heyətinin sədri ATƏT-in Vyana ofisində görüş keçirmişdir
20 oktyabr 2022-ci il tarixdə Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Vyana ofisində İnsan Alveri üzrə Xüsusi nümayəndənin ofisinin əməkdaşı cənab Evan Karr ilə görüşmüşdür. Məhəmməd Quluzadə ATƏT-in nümayəndəsinə İnstitutun yeni fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat vermişdir. Cənab Karr öz növbəsində insan alveri ilə mübarizə sahəsində ATƏT-in ən son fəaliyyətləri və tədqiqatları haqqında məlumat vermişdir.










