İllik hesabat - 2025
YAP Yasamal rayon təşkilatında tədbir keçirilib
16 noyabr tarixində Yeni Azərbaycan Partiyasının İnstitut üzrə ilk partiya təşkilatının sədri İlqar Xəlilov YAP Yasamal rayon təşkilatında partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib. Toplantı iştirakçılarının diqqətinə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin birbaşa iştirakı ilə təsis edilən YAP ölkəmizin inkişafında mühüm rola malikdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasıın Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya nəinki ölkəmizin, hətta regionun aparıcı siyasi qüvvəsinə çevrilib.











