İllik hesabat - 2025
İdarə Heyətinin sədri İnstitut əməkdaşları ilə görüş keçirib
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə sentyabrın 5-də İnstitut kollektivi ilə görüş keçirib.
Son zamanlar Hüquq və İnsan Haqları İnstitutu hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə tədbirlərinin aparılması, həmçinin məlumatların rahat və əlçatan şəkildə ictimaiyyətə çatdırılması məqsədilə bir sıra rəqəmsal baza sistemləri və platformalar yaradıb.
Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) Praktikaya aid siqnallar Sorğusu (PASS) platformasını istifadəyə verib.
Hüquq və İnsan Haqları İnstitutu hüquq elmi sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıların yazdıqları əsərlər, tədris etdikləri fənlər, h-indeksləri və digər məlumatları əks etdirən vahid elektron məlumat bazasını istifadəyə verib.
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə sentyabrın 5-də İnstitut kollektivi ilə görüş keçirib.
İyulun 28-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı ofisinin təşkilatçılığı ilə “Məlumatların mühafizəsi haqqında hesabat” layihəsinin müzakirəsi keçirilib.
Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının birgə əməkdaşlığı çərçivəsində iyulun 29-da Gəncə şəhərində təlim keçirilib. “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda keçirilən təlim ədliyyə qurumlarının, prokurorluq və məhkəmə orqanlarının əməkdaşları, həmçinin Vəkillər Kollegiyasının üzvləri üçün təşkil edilib.
Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının birgə əməkdaşlığı çərçivəsində növbəti təlim iyulun 28-də Şəki şəhərində keçirilib. “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda keçirilən təlim ədliyyə qurumlarının, prokurorluq və məhkəmə orqanlarının əməkdaşları, mediatorlar həmçinin Vəkillər Kollegiyasının üzvləri üçün təşkil edilib.
Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının birgə əməkdaşlığı çərçivəsində iyulun 27-dən başlayaraq silsilə təlimlərə start verilib. “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda keçirilən ilk təlimdə açılış nitqi ilə çıxış edən İnstitutun İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədov əvvəlcə təlim iştirakçılarına İnstitutun fəaliyyət istiqamətləri barədə məlumat verib.
İyulun 12-də Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Candice McDeigan ilə görüşüb.
İyulun 11-də Avropa Şurasının təşkilatçılığı ilə “Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığının Təşviqi - PRO-M-FEX” layihəsinin Rəhbər Komitəsinin görüşü keçirilib. Görüşdə Hüquq və İnsan Haqları İnstitutunu Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev təmsil edib.
Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) Hüquq və İnsan Haqları İnstitutunu “Səmərəli əməkdaşlığa görə” təltif edib.
İyulun 7-də Hüquq və İnsan Haqları İnstitutunda “Coca-Cola” şirkətinin əməkdaşları “Piar nədir”, “Etik davranış və qaydalara riayətetmə” mövzusunda təqdimatla çıxış ediblər.
İyulun 5-də Azərbaycan Respublikası "Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” təşəbbüsü çərçivəsində 1 yanvar-31 mart 2023-cü il tarixlərini əhatə edən monitorinqin yekun hesabatı açıqlanıb.