İllik hesabat - 2025
İnstitutumuzun rəhbəri Məhəmməd Quluzadə Məhkəmə-Hüquq Şurasına üzv seçildi
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Məhkəmə-Hüquq Şurasına üzv seçilib.
Son zamanlar Hüquq və İnsan Haqları İnstitutu hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə tədbirlərinin aparılması, həmçinin məlumatların rahat və əlçatan şəkildə ictimaiyyətə çatdırılması məqsədilə bir sıra rəqəmsal baza sistemləri və platformalar yaradıb.
Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) Praktikaya aid siqnallar Sorğusu (PASS) platformasını istifadəyə verib.
Hüquq və İnsan Haqları İnstitutu hüquq elmi sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıların yazdıqları əsərlər, tədris etdikləri fənlər, h-indeksləri və digər məlumatları əks etdirən vahid elektron məlumat bazasını istifadəyə verib.
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Məhkəmə-Hüquq Şurasına üzv seçilib.
İyunun 16-da İnstitutun rəhbəri Məhəmməd Quluzadə "Heydər Əliyev ili" çərçivəsində Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan "Heydər Əliyev və insan hüquqları: Qurtuluşdan başlanan inkişaf yolu" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.
“İnsan Hüquqları Aylığı” çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) İdarə Heyətinin sədri Məhəmməd Quluzadə iyunun 14-də Naxçıvan MR İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva ilə görüşüb.
18 may - 18 iyun – “İnsan Hüquqları Aylığı” çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) rəhbəri Naxçıvan Dövlət Universitetində (Universitet) işgüzar səfərdə olub.
Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertlərinin bölgələrimizdə DİN-in polis idarə və şöbələrinin əməkdaşları üçün “azadlıq və şəxsi toxunulmazlıq hüququ”na dair mütəmadi keçirdiyi təlimlərə Naxçıvan MR DİN-də təşkil olunmuş təlim ilə yekun vurulub.
Hüquq və İnsan Haqları İnstitutu 18 iyun - Milli İnsan Hüquqları Gününə həsr etdiyi silsilə tədbirlərin sırasına birini də əlavə etdi. Belə ki, iyunun 7-də İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “İnsan hüquqları aylığı” çərçivəsinə təlim keçirilib.
İyunun 7-də İnstitutumuzun təlimçi-ekspertləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin müstəntiq və təhqiqatçıları üçün təlim keçirilib.
6 iyun tarixində Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqləri və təhqiqatçıları üçün təlim keçirilib.
İyunun 6-da İnstitutun təlimçi-ekspertləri növbəti təlimi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətində keçiriblər. İcra hakimiyyətinin əməkdaşları üçün keçirilən təlim “Vətəndaşların müraciətlərinə baxılması”, “Dövlət qulluğu və korrupsiya”, “Sosial mediada məsuliyyət” və “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzularını əhatə edib.
İyunun 2-də Bakıda türk dövlətlərinin ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilmiş “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.