Son xəbərlər

Əməkdaşımızın məqaləsi Rusiyada dərc olunub

İnstitutumuzun əməkdaşı Emin Dadaşovun ingilis dilində “İnstitute of the Real Estate in the State and Legal History of France and England in the Middle Ages” (“Orta əsrlərdə Fransa və İngiltərənin dövlət və hüquq tarixində daşınmaz əmlak institutu”) adlı məqaləsi Rusiyada dərc edilmişdir. Məqalə noyabr ayının 14-də keçirilmiş “İqtisadiyyatın və hüquq elminin inkişafının aktual məsələləri” mövzusunda olan beynəlxalq elmi-praktik konfransın məqalələr toplusuna daxil edilmişdir.

İnsan hüquqlarına dair mübahisələr mövzusunda təlim keçirilmişdir

Noyabrın 15-də Hüquq və İnsan Haqları İnstitutunda professor Fərhad Mehdiyev tərəfindən “İnsan hüquqlarına dair mübahisələrin beynəlxalq tribunallara götürülməsində ratione materiae kriteriyası” mövzusunda təlim keçirilmişdir. İnstitutun əməkdaşları üçün təşkil olunan təlimdə ilk öncə Roma hüququndan gələn latın mənşəli “ratione materiae” və digər terminlərin müasir dövrdə Beynəlxalq Məhkəmənin qərarlarında tətbiq olunması məsələsinə toxunuldu, həmçinin Avropa Məhkəməsinin presedent hüququ, dövlətlərin neqativ və pozitiv öhdəlikləri, irqi ayri seçkilik kimi məsələlər təhlil olundu.

Şəlalə Həsənovanın məqaləsi dərc olunub

İnstitutumuzun əməkdaşı Şəlalə Şakir qızı Həsənovanın “Müəllif hüquqlarının və əlaqəli hüquqların haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət” adlı məqaləsi dərc olunub. Məqalə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda keçirtdiyi elmi-nəzəri konfransın materialları əsasında dərc olunmuşdur.

Hüquq və İnsan Haqları İnstitutu On Think Tanks bazasına daxil edilmişdir

Hüquq və İnsan Haqları İnstitutu 15 noyabr 2022-ci il tarixdən etibarən “beyin mərkəzlərinin” qlobal bazası olan On Think Tanks (OTT) platformasına daxil edilmişdir. OTT platforması 2010-cu ildən fəaliyyət göstərir və özündə müxtəlif ölkələrin “beyin mərkəzləri” haqqında məlumatı əks etdirir. Hal-hazırda 160 ölkənin istifadəçiləri OTT platformasından faydalanmaqdadır.

Alimimizin məqaləsi dərc olunub

İnstitutumuzun əməkdaşı Sevinc Hüseynovanın “Ekoloji cinayətlərin ictimai təhlükəliliyi və hüquqi mahiyyəti” adlı məqaləsi dərc olunub. Məqalə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda keçirdiyi elmi-nəzəri konfransın materialları əsasında nəşr olunmuşdur.

Əməkdaşlarımızin Rusiyada məqalələri dərc olunub

İnstitutumuzun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin əməkdaşları Məhəmməd İmanlı, Xəyalə Kələşova və Maral Həsənovanın birgə müəllifliyi ilə “Azərbaycanda kibertəhlükəsizlik və informasiya sahəsində cinayətlər” adlı məqalə dərc olunmuşdur. Məqalə bu il aprelin 28-29-da Moskva şəhərində keçirilmiş “Cinayət hüququ və əməliyyat-axtarış fəaliyyəti: qanunvericilik, elm və təcrübə problemləri” mövzusunda elmi-praktik konfransın materiallarına daxil edilmişdir.

İnstitutumuzun rəhbəri BMT-nin tədbirində iştirak etmişdir

10-11 noyabr 2022-ci il tarixlərində Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə BMT İnkişaf Proqramının İstanbulda keçirdiyi “Şərqi Avropa və Orta Asiyada Biznes və İnsan Haqları 3-cü BMT Regional Forumu”nda iştirak etmişdir.

Əməkdaşımızın AzərTac-da məqaləsi dərc olunub

12 Noyabr tarixində Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq üzrə fəlsəfə doktoru İlham Malik oğlu Əliyevin AzərTac-da "Azərbaycan Respublikasının Konstitusiyası qürur mənbəyimizdir" başlıqlı məqaləsi dərc olunub.

Məmməd Xələfovun 100 illik yubiley tədbiri keçirilmişdir

10 noyabr tarixində İnstitutumuzun əməkdaşı Səidə Həsənzadə Bakı Dövlət Universitetində görkəmli hüquqşünas alim, hüquq elmləri doktoru, professor Məmməd Xələfovun 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmişdir. Tədbirdə Məmməd Xələfovun Azərbaycanda hüquq elminin inkişafında, hüquqşünas kadrların hazırlanmasında əvəzsiz rol oynadığı, gələcək nəsillərə zəngin elmi irs qoyan örnək şəxsiyyət olduğu yubiley iştirakçılarının diqqətinə çatdırılmışdır. Eyni zamanda görkəmli alimin Xalq Cümhuriyyətinin süqutundan sonra hüquq elmində yaranmış problemlərin aradan qaldırılması istiqamətində apardığı araşdırmaların elmə bir töhfə olduğu bildirilmişdir.