İllik hesabat - 2025
İnstitut rəhbəri TEDx platformasında çıxış etmişdir
2 aprel 2023-cü il tarixində Hüquq və İnsan Haqları İnstitutunun (“İnstitut”) İdarə Heyətinin sədri Məhəmməd Quluzadə TEDx platformasında gənclər qarşısında çıxış etmişdir.
Son zamanlar Hüquq və İnsan Haqları İnstitutu hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə tədbirlərinin aparılması, həmçinin məlumatların rahat və əlçatan şəkildə ictimaiyyətə çatdırılması məqsədilə bir sıra rəqəmsal baza sistemləri və platformalar yaradıb.
Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) Praktikaya aid siqnallar Sorğusu (PASS) platformasını istifadəyə verib.
Hüquq və İnsan Haqları İnstitutu hüquq elmi sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıların yazdıqları əsərlər, tədris etdikləri fənlər, h-indeksləri və digər məlumatları əks etdirən vahid elektron məlumat bazasını istifadəyə verib.
2 aprel 2023-cü il tarixində Hüquq və İnsan Haqları İnstitutunun (“İnstitut”) İdarə Heyətinin sədri Məhəmməd Quluzadə TEDx platformasında gənclər qarşısında çıxış etmişdir.
30 mart tarixində Hüquq və İnsan Haqları İnstitutunda BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan ölkə üzrə nümayəndəsi Rəşad Hüseynov “Rəqəmsal dövrdə kommunikasiya” mövzusunda institutun müvafiq şöbələrinin əməkdaşları üçün təlim keçib.
Cəmiyyətimizin həssas təbəqəsi olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün ötən ilin martında Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələr istifadəyə verilib. Dövlətimizin başçısı cənab İlham Əliyev insan haqlarının, o cümlədən məhkumların hüquqlarının qorunmasına daim xüsusi önəm verərək həmin müəssisələrə baş çəkib və yaradılan müasir şəraitlə yerində tanış olub. Görülən tədbirlər məhkumların səmərəli islahına və cəmiyyətə reinteqrasiyasına xidmət edir, Ədliyyə Nazirliyi tərəfindən bu sahədə ardıcıl işlər görülür və aidiyyəti qurumların, vətəndaş cəmiyyəti institutları ilə birgə kütləvi-mədəni və maarifləndirici tədbirlər təşkil olunur.
10 mart tarixində Hüquq və İnsan Haqları İnstitutunda Kentukki Universitetinin (ABŞ) professoru Tomas Glassman İnstitut əməkdaşları üçün “Sığorta hüququ” mövzusunda mühazirə oxuyub. Professor Glassman vətəndaşların sığorta hüquqlarının ABŞ-da səmərəli həyata keçirilmə mexanizmlərindən bəhs edib, insan hüquqlarının pozulması hallarının məhkəmə vasitəsilə bərpa edilməsi, həmçinin öz vəkillik təcrübəsinə əsaslanaraq maraqlı məhkəmə çəkişmələri barədə geniş məlumat verib.
03 mart 2023-cü il tarixində Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Milli Məclisdə İnsan hüquqları komitəsində keçirilən və Qərbi Azərbaycana dinc və hüquqi qayıdış mövzusuna həsr olunmuş ictimai müzakirədə iştirak etmişdir.
2 mart tarixində Hüquq və İnsan Haqları İnstitutunun Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev İnstitut əməkdaşları üçün “Uğurlu və emosional fotoşəkillərin İnstitutun fəaliyyətinin geniş ictimaiyyət qarşısında təşviq edilməsində rolu” mövzusunda təlim keçmişdir. Təlimçi İnstitutun tədbirlərində daha uğurlu və ruhlandırıcı, pozitiv emosiyalar tərənnüm edən və müsbət fikirlər aşılayan fotoların çəkilməsinin vacibliyini, həmçinin mobil telefonlarla uğurlu fotoşəkillər əldə etməyin yollarını izah edən təqdimat etmişdir.
Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyəti sədrinin müavini Natəvan Rüstəmova 27 fevral 2023-cü il tarixində Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük yekunlarına dair dəyirmi masada iştirak edib. “E-nəzarət” platforması vətəndaşların ictimai iştirakçılıq hüququnun təmin edilməsi və ictimai nəzarətin həyata keçirilməsi baxımından səmərəli bir alətdir
22 fevral 2023-cü il tarixində “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” hesabatının təqdimatı mövzusunda yekun konfrans keçirilmişdir. Konfransda Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və hüquq tədqiqatçısı Səidə Həsənzadə iştirak etmişlər.
15-17 fevral tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə İcra Probasiya Xidmətində məhkum yeniyetmələr üçün maarifləndirici təlimlər keçirilib. Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədr müavini Natəvan Rüstəmova bu cür maarifləndirici təlimlərin əhəmiyyətindən və mütəmadi keçirilməsinin vacibliyindən danışıb. O, təlimlərin məqsədinin yeniyetmələrimizi öz hüquqları ilə tanış etmək, onların cəmiyyətə sosial adaptasiyasına və gələcəkdə layiqli vətəndaş olmalarına töhfə vermək olduğunu qeyd edib.
17 fevral 2023-cü il tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (Mərkəz) İcraçı direktoru Samir Mahmudov və Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Rusiya Federasiyasının Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun (QMHİ) direktoru akademik Taliya Xabriyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüşdə Mərkəzin və İnstitutun fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilmiş, gələcək planlar barədə mülahizələr səsləndirilmişdir.