Son zamanlar Hüquq və İnsan Haqları İnstitutu hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə tədbirlərinin aparılması, həmçinin məlumatların rahat və əlçatan şəkildə ictimaiyyətə çatdırılması məqsədilə bir sıra rəqəmsal baza sistemləri və platformalar yaradıb.
Məmməd Xələfovun 100 illik yubiley tədbiri keçirilmişdir
10 noyabr tarixində İnstitutumuzun əməkdaşı Səidə Həsənzadə Bakı Dövlət Universitetində görkəmli hüquqşünas alim, hüquq elmləri doktoru, professor Məmməd Xələfovun 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmişdir. Tədbirdə Məmməd Xələfovun Azərbaycanda hüquq elminin inkişafında, hüquqşünas kadrların hazırlanmasında əvəzsiz rol oynadığı, gələcək nəsillərə zəngin elmi irs qoyan örnək şəxsiyyət olduğu yubiley iştirakçılarının diqqətinə çatdırılmışdır. Eyni zamanda görkəmli alimin Xalq Cümhuriyyətinin süqutundan sonra hüquq elmində yaranmış problemlərin aradan qaldırılması istiqamətində apardığı araşdırmaların elmə bir töhfə olduğu bildirilmişdir.